kafe-avtomat
kafe-çayxana
OBASTAN VİKİ
Kafe
Kafe (fr. Café) — ictimai yeməkxana və istirahət yeridir. Kiçik restorana oxşayan, ancaq məhsullarının çeşidi az olan bu yemkxana oraya gələn insan kontiqentinə görə gənclik, uşaq və s. bölünür. Bundan əlavə yemək çeşidinə görə dondurma kafesi, şirniyyat kafesi də olur. Kafelər ayrı-ayrı binalarda, əsasən restoranlardan fərqli olaraq binalara yaxın tiklilərdə yerləşirlər. Bəzən zolların kənarında da yerləşir. İqlimdən asılı olaraq dənizkənarı, çaykənarı kafelər fəaliyyət göstərir. Yay vaxtı kafelər yerləşən binaların kənarında açıq səma altında da kafelər işləyirlər. SSRİ dağıldıqdan sonra bu ad getdikcə az işlədilməyə başlamışdır.
Bar
Bar — müştərilərə əsasən alkoqollu içkilər (çox vaxt kokteyl şəklində) təqdim edilən, içində içki vermək üçün hündür stola və stullara malik guşə olan istirahət yeridir. Bar sözü ingilis mənşəli olub, baryer sözündən əmələ gəlmişdir. Burada içkilər saxlanılan şkaflar nəzərdə tutulur. Məqsəd Amerikanın məskunlaşmadırılması zamanı içkiləri qorumaq idi. Barların əksəriyyəti axşam və ya kecə açıqdır. Aralıq dənizi hövzəsinin ölkələrdində bar bir az baş məna daşıyır. Məsələn, İtaliyada bu kafeyə oxşayan kiçik qastronomiya şəklində fəaliyyət göstərir və onlara hər küçədə rast gəlmək olur. Belə espresso barlara artıq başqa ölkələrdə rast gəlinir.
Kafe stadionu
Kafe stadionu (port. Estádio do Café) — Braziliyanın Londrina şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 31,019 nəfərdir. "Londrina" və "Matsubara" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 22 avqust 1976-cı ildə olmuşdur.
Mirvari (kafe)
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir.Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.Əvvəlcə kafeni Xəzər dənizinin sahilində yerləşdirmə planları olsa da, 1970-ci illərdə dəniz sürətlə geri çəkilməyə başladıqdan sonra "Mirvari" quruda qaldı.Sovet dövründə kafe simvolik olaraq bulvarı "dəbdəbəli" qərb hissəsinə və "bədbəxt" şərq hissəsinə bölürdü.2008-ci ildə kafedə bərpaolunma işləri görülüb. Bərpaolunma Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib.
Nərgiz (kafe)
"Nərgiz" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. == Tarixi == "Nərgiz" kafesi 1961-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı.SSRİ dövründə kafə-restoranda yoxlanışdan yoxlanışa bəzi, çətin tapılan yeməklərin qiyməti ikiqat baha olurdu. Misal üçün, menüdə nərə və qara kürü olsa da, amma qeyd olunan qiymətə şəhərdə onları tapmaq mümkün deyildi. == Populyar mədəniyyətdə == Kafedə 1961-cı ildə çəkilən "Amfibiya adam" filminin bir epizodu çəkilib. Epizodda Latın Amerikalı xanım "Ey moryak, tı slişkom dolqo plaval" (azərb. Ey dənizçi, sən çox uzun müddət üzmüsən‎) caz mahnısını ifa edir.
Çinar (kafe)
"Çinar" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe. Kafe Azneft meydanında yerləşirdi. 2010-cu ildə kafenin binası sökülərək, kafenin yerində Paşa Holding-ə məxsus "Chinar" adlı restoran tikilib.
İnternet-kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bar (Monteneqro)
Bar (mont. Бар/Bar, it. Antivari, alb. Tivari, yun. Θηβάριον, Thivárion) — Monteneqroya aid Adriatik dənizi sahilində şəhər. Eyni adlı bələdiyyənin inzibati mərkəzidir. Bələdiyyənin sahəsi 67 km²-dir. Ölkənin əsas dəniz limanıdır. == Coğrafiya == Şəhər Monteneqronun cənub hissəsində, Adriatik dənizi və Şkoder gölü arasında, 42 ° 6 'enlik və 19 ° 6' uzunluqdadır. Barda il ərzində 270-dən çox günəşli gün müşahidə edilir.
Bar (dəqiqləşdirmə)
Bar
Bar (relyef)
Bar (relyef) — qumdan ibarət olan su altı say olaraq çayların mənsəbində yerləşir. Dəniz və çay axınlarının birləşdiri yerdə əmələ gəlir. Çayın gətirdiyi çöküntünün və dəniz axınlarının sahilə çıxartdığı qumların bir yerə toplanması ilə əlaqədardır.
Bar (şəhər)
Bar— İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7000 nəfərdən ibarət idi.
Bar Pali
Bar Pali (ivr. ‏בר פאלי‏‎; doğum adı: Varvara Aleksandrovna Paley, rus. Варвара Александровна Палей; 29 aprel 1982, Nijniy Taqil, RSFSR, SSRİ) — İsrail-Amerikalı aktrisa və model. == Həyatı == Pali 29 aprel 1982-ci ildə SSRİ-nin tərkibinə daxil olan Rusiya SSR-in Nijni Tagil şəhərində Olqa (qızlıq soyadı Drob) və Aleksander Paleyin ailəsində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə havəsi olan Pali 4 yaşından pianoda ifa edirdi. Doqquz yaşında ailəsi İsrailə köçdü və o, İsrailin Təl-Əviv şəhərində böyüdü. Babaları II Dünya Müharibəsi illərində Qızıl Orduda xidmət etmişdir. Məktəb illərində aktrisalığa olan marağının nəticəsində Təl-Əvivdə yerləşən Alef İncəsənət Məktəbinə yazıldı və burada Vilyam Şekspir və Bertolt Brextin Atiqona kimi əsərlərinin taşamasında iştirak etdi. == Karyerası == === Model === Pali modellik karyerasına 17 yaşında başlamışdır. O, Maxim, Rolling Stone və GQ kimi jurnalların üz qapığında yer almışdır.
Bar Rafaeli
Bar Rafaeli (ivr. ‏בר רפאלי‏‎; 4 iyun 1985) — israilli model, aktrisa və aparıcı. 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır. == Həyatı == Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı.
Bar Rifaili
Bar Rafaeli (ivr. ‏בר רפאלי‏‎; 4 iyun 1985) — israilli model, aktrisa və aparıcı. 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır. == Həyatı == Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı.
Bar konfederasiyası
Bar konfederasiyası (pol. Konfederacja barska) — Krakov yepiskopu Kaetan Soltikin çağırışı ilə Reç Pospolitanın Roma-katolik şlyaxtası tərəfindən ölkənin daxili və xarici müstəqilliyini Rusiya İmperiyasının təzyiqindən qorumaq üçün, Slutsk, Torun və Radom konfederasiyalarına qarşı 29 fevral 1768-ci ildə Podoliyadakı Bar qalasında yaradılmış konfederasiya. Konfederantlar maqnatların gücünü məhdudlaşdırmaq və müxaliflərə qarşı ən bədnam təqiblərə son qoymaq istəyən Kral Stanislav Avqust Panyatovskinin məsləhətçilərinə qarşı çıxırdılar. Əvvəlcə formal olsa da, faktiki olaraq Bar konfederatları kralın özünə qarşı çıxırdılar.
Bar şəhəri
Bar— İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7000 nəfərdən ibarət idi.
Qotfrind Bar
Qotfrind Bar (11 aprel 1952) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Qotfrind Bar Avstriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Torsion bar
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Task bar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Bar lətifəsi
Bar lətifəsi — lətifə dövrünün bir növü. Əsas sintaksis aşağıdakı kimidir: "<isim> bara girir və <yumoristik hadisə baş verir>". == İlk nümunəsi == Bar lətifəsinin ən qədim məlum nümunəsi Şumerdir. XIX əsrin sonunda Nippurda qazıntılar əsnasında tapılmış iki gil lövhədə oxunmuşdur. Bu, üzərində bir çox başqaları ilə yanaşı yazılmış atalar sözünün bir qədər fərqli iki variantı şəklində müşahidə olunmuşdur. Lövhələr təxminən e.ə. 1700-cü ildə, Qədim Babil imperiyası dövründə həkk olunmuşdu. Buna baxmayaraq, lövhələrdə yazılmış atalar sözlərinin əksəriyyətinin ilk tərcüməsini nəşr edən Edmund Qordon onların çox güman ki, xeyli erkən dövrə aid olduğunu iddia etmişdir.Alimlər atalar sözünün şumer dilindən ən yaxşı şəkildə necə tərcümə ediləcəyi ilə bağlı fikir ayrılıqları var. Qordonun tərcüməsinə görə, atalar sözü belədir: "Mehmanxanaya girən it heç nə görmədi (və belə dedi): Bunu (qapını) açımmı"? Assuroloq Serayna Nett bir az fərqli tərcümə təqdim etmişdir: "İt mehmanxanaya girdi və dedi: Mən heç nə görmürəm.
Abdişo bar Berika
Abdişo bar Berika və ya Ebed İeşu (klass. süry. ܥܒܕܝܫܘܥ ܕܨܘܒܐ; təq. 1250, Nüseybin – 1318 və ya noyabr 1318) — orta əsr süryani yazıçısı, Nestorian ilahiyyatçısı, Nüseybin mitropoliti. Nüseybində anadan olmuşdur. Müqəddəs yazıların, yunan və süryani kilsə atalarının biblioqrafiyasını tərtib etmişdir. Məhəmməd Həririnin "Adəmin cənnəti" məqamələrin təqlidi olan "Cavahirat kitabı" fəlsəfi və teoloji essesi də teoloji məzmunla doludur. O, "Kormçaya" kitabının yeni nəşrini və kilsə qanunları məcəlləsini yazmışdır. O, bidət və doqmatizmin fəal əleyhdarı idi. Abdişo həmçinin, metrik formada mətnlər, o cümlədən müəllif kataloqu yazmışdır.
Bar-Koxba üsyanı
Bar-Koxbanın üsyanı - 132-135-ci illərdə Roma imperiyasının əyaləti İudeyada baş vermiş üsyan. == Üsyanın səbəbləri == İudeyada üsyana səbəb Roma imperatoru Adrianın yəhudilərə qarşı ciddi tədbirləri olmuşdu. O,Yerusəlim şəhərinin yerində Elio-Kapitoli şəhəri saldırmışdı. Məşhur Yaxve məbədinin yerində isə Yupiter ilahəsinə həsr olunmuş məbəd tikdirməyə hazırlaşırdı. Adrian yəhudilərə hətta şənbə günlərini bayram etməyi də qadağan etmişdi. Bu üsyan təkcə Roma zülmünə qarşı deyil, həm də yerli hakim sinfə qarşı çevrilmişdi. == Üsyanın gedişi və məğlubiyyəti == Üsyan bütün İudeyanı əhatə etmişdi. Üsyana Simon adlı bir nəfər rəhbərlik edirdi. Sonuncu özünü Bar-Koxba (Ulduzdan doğulmuş) adlandırırdı. Yəhudilər onu "İlahi xilaskar", "Messiya" adlandırırdılar.
Bor-e-Bar
Bor-e-Bar (fr. Bor-et-Bar, oks. Vòrs e Bar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12029. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşında (15-64 yaş arasında) 65 nəfər iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 69.4%).
Folies-Bergèredə bar
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
безала́берность беспу́тность версификацио́нный вы́строчка дире́кторствовать лицо́м к лицу́ очерте́ть глади́льщица грузи́ть неинтере́сно прикладни́к фиска́льничать хитру́щий шансовина banking cabman failure fumose grassing ianthine monk's cloth non-standard panegyrist pine tar постучаться