KAFİ

sif. [ ər. ]
1. Kifayət edən, bəs edən, tələbi təmin edən. Kafi qədər. Kafi məbləğ.
// Zərf mənasında.
Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli.
[Qafar:] Məgər sansız evlərin kirayəsi ona kafi deyil ki?… S.S.Axundov.

□ Kafi olmaq – yetmək, bəs olmaq, kifayət etmək.
Tahir bu aləmin gözəlliyini başqasına da sevdirmək üçün sadə, tez-tez işlənən, adi sözlərin kafi olmadığını yalnız indi başa düşdü. M.Hüseyn.

2. İs. mənasında. Tələbənin, şagirdin biliyinə verilən ən aşağı müsbət qiymət. Riyaziyyatdan “kafi” almaq.
3. Xəbər şəkilçisi ilə: kafidir – bəsdir, yetər, kifayətdir.
[Roza:] Mənzilimiz böyükdür, beş otaq bizə kafidir, ancaq … burada mənim istədiyim süs yoxdur. Çəmənzəminli.

Антонимы

  • KAFİ KAFİ – PİS Güclə kafi qiymət alırdı (İ.Fərzəliyev); Dərslərindən pis qiymət alır (“Azərbaycan”)
KAFƏR
KAFİLİK

Значение слова в других словарях