KAFTAR

is.
1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən.
[Pəri nənə:] …Keçmişdə bizim qədim qışlağa bir kaftar dadanmışdı. S.Rəhimov.

2. məc. dan. Qoca, çirkin, idbar adam haqqında (bəzən “qoca” sözü ilə söyüş məqamında).
[Gülnaz və Sənəm Məşədi İbada:] Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək? Ü.Hacıbəyov.
[Bədircahan:] …Sənin adın çəkiləndə, a kaftar, Züleyxa xanımın qusmağı gəlir. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KAFTAR kaftar bax 1. goreşən; 2. çirkin
  • KAFTAR qoca — yaşlı

Omonimlər

  • KAFTAR KAFTAR I is. [ fars. ] zool. Goreşən, xırda şeylərlə qidalanan yırtıcı. Musa kişi isə bu söhbətlərə gah sükut içində, gah böyük həyəcanla qulaq asaraq

Antonimlər (əks mənalı sözlər)

  • KAFTAR KAFTAR – CAVAN Deyirlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı qoca kişinin tayıdır? (Ə.Haqverdiyev); Cavan adamsan, nə çoxdur ər, birinə qoşul
KAFTANLI
KAFTARKUS

Digər lüğətlərdə