KAL

прил. 1. кал; дигмиш тахьай, къацуз амай, бегьем чурун тавур (мес. емиш); 2. пер. лазим тир дережадиз агакь тавунвай, бегьем тахьанвай; 3. пер. бамиш жедай хьтин, туьтер кьур хьтин, усай, ифей (ван); 4. пер. рах. куьт, гъавурда такьар, геж гъавурда акьадай, кьиле затӀ гьат тийир (мес. кас); ** yuxudan kal oyanmaq вахтунилай фад ахварай аватун, лазим кьадар ахвар тахьун, ахвар галамаз къарагъун.
KAQOR
KALA²
OBASTAN VİKİ
10 nöqtəli kalvia
10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.)-Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. == Biologiyası == Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur. Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür.
2017 Şimali Kaliforniya meşə yanğınları
Şimali Kaliforniya yanğınları — 8 oktyabr 2017 tarixində baş vermiş meşə yanğınları ardıcıllığı. Yanğınlar Şimali Kaliforniya sahəsinin əksəriyyətinə böyük qırmızı bayraq xəbərdarlığına səbəb olan şiddətli hava şəraiti zamanı Napa, Leyk, Sonoma, Mendosino, Byutt və Solano dairələrində baş vermişdir. Bu müddətdə on yeddi ayrı yanğın hadisəsi qeydə alınmışdır. == İqlim == Meşə yanğınlarından günləş əvvəl Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Şöbəsi, Şimali Kaliforniyanın əksər hissələrində qırmızı bayraq xəbərdarlıqları verməyə başlamışdı. Buna səbəb isə, küləklərin sürətinin 40 ilə 56 km/saat arasında olması idi. 8 oktyabr axşamı, Diablo küləkləri saatda 110 kilometrə çatdıqları bildirilmişdir. == Təsir == Yanğınlarda həlak olanların əksəriyyəti 8 oktyabr və ya 9 oktyabr 2017 tarixində, yanğınlar başladığı zaman öldüyünə inanılır. Qurbanların əksəriyyəti yaşlıdır, baxmayaraq ki, ölənlərin yaşları 14-dən 100-ə qədərdir.9 oktyabr 2017 tarixində Kaliforniya qubernatoru Jerri Braun Napa, Sonoma, Yuba, Byutt, Leyk, Mendosino, Nevada və Orinc kimi dairələr üçün fövqəladə vəziyyət elan etdi və Ağ Evə böyük fəlakət bəyannaməsi tələb edən bir məktub göndərdi. ABŞ prezidenti Donald Tramp 10 oktyabr tarixində təbii fəlakət nəticəsində hazırlanan bəyannaməni təsdiqləmişdir. Ərazini araşdırarkən, Kaliforniya 5-ci Konqresinin nümayəndəsi Mayk Tompson, "Bu, Kaliforniya tarixinin ən pis yanğın fəlakəti olacağını gözləyirəm" dedi.10,000-dən çox yanğınsöndürən 1000-dən çox yanğın mühərrikləri və digər avadanlıqları istifadə edərək, yanğına qarşı mübarizə aparırlar.
Adres-kalendar
Adres-kalendar (rus. Адрес-календарь; mənası – ünvan-təqdim) — Rusiya imperiyasında rəsmi illik nəşr (1765–1916), bütün dövlət qurumlarının (mərkəzi və yerli) vəzifəli şəxslərinin siyahısı.Hazırda ünvan təqvimləri qiymətli elmi məlumat mənbəyidir, xüsusən də tarixi, genealoji, statistik sahədə. Rusiya Dövlət Kitabxanasının yaddaqalan kitabların axtarışı layihəsi çərçivəsində Rusiya imperiyasının rayon və quberniyalarında nəşr olunan məlum və itirilmiş adres-kalendarın siyahısı tərtib edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адресные книги // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Adımı Kalbine Yaz
Adımı Kalbine Yaz - Tarkanın 29 iyul 2010 - cu ildə çıxardığı sayca səkkizinci studio albomudur. Alboma daxil olan mahnılar üzərində Tarkan, Sezen Aksu, Yıldız Tilbe, Ozan Çolakoğlu, Mithatcan, Günay Çoban və başqaları işləmişlər. Son albomunun yayımlanmasından sonra çıxışı dəfələrlə təxirə salınmış bu albom uzun çalışmalardan sonra 2010 - cu ildə dinləyicilərə təqdim edilmişdir. Alboma daxil olan nmahnılar hamısı türk dilində ifa edilmişdir. Müğənni müsahibələrinin birində albomun ərsəyə gəlməsi üçün çox əmək sərf etdiyini qeyd etmişdir. Albomun satşa çıxarılmasından əvvəl 11 may 2010 - cu il tarixində alboma daxil olan Sevdanın Son Vuruşu mahnısı promo sinql kimi satışa çıxarılmış və böyük uğur qazanmışdır. Ümumilikdə albom satışa çıxarıldığı iki ay müddətində 591.782 nüsxəylə satılmaqla böyük uğur qazanmışdır.
Alamida qraflığı (Kaliforniya)
Alameda — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yer alan bir dairədir. Dairənin əhalisi 2010-cu il hesablamasına görə 1,510,271 nəfərdir. Rayonun mərkəzi Oklend şəhəridir. == Tarixi == Qraflıq 25 mart 1853-ci il tarixində Contra Costa County böyük bir qismi və Sanda Klara County kiçik bir hissəsindən yaradılıb. Qraflığın formalaşması zamanı rayonun idarəetməsi, Yunion Sitinin bir hissəsi olan Alvaradoda yerləşirdi. 1856-ci ildə, Rayon Ədliyyə Hayward Fay dağıdıcı 1868 zəlzələ tərəfindən darmadağın edilib San Leandroya köçürüldü. Rayon yeri daha sonra 1872-1875-ci illər arasında Bruklin qəsəbəsində yenidən qurulub. Bruklin indi 1873-cü ildən bəri rayon yeri olan Oaklandın bir hissəsi olmuşdur. == Coğrafiyası == ABŞ Əhalinin Siyahıyaalınma Bürosuna görə, rayonun ümumi sahəsi 821 mil kvadrat (2,127 km²) olub 739 mil kvadrat (1,910 km²) ərazi və 82 mil kvadrat (210 km²) (%10) sudur.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.
Aldo Kalulu
Aldo Kalulu Kvatenqva (21 yanvar 1996, Lion) — peşəkar Fransa futbolçusu. O, "Soşo" klubunda hücumameyilli yarımmüdafiəçi və ya hücumçu mövqeyilərində oynayır. == Uğurları == === Klub === Bazel İsveçrə Kuboku Qalib (1): 2019 === Milli === === Şəxsi === == Klub karyerası == === Lyon === Kalulu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. Kalulu Liqa 1-də debütünü 12 sentyabr 2015-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Lill klubu ilə qarşılaşmada Yordan Ferrini əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion Liqa 1 görüşündə Lill ilə 0–0 bərabərə qalmışdır.Kalulu ilk qolunu 23 sentyabr 2015-ci ildə Bastiya klubu ilə qarşılaşmada Stid Malbrankenin ötürməsindən sonra vurmuşdur. === Bazel === 26 iyun 2018-ci ildə Kalulu İsveçrə təmsilçilərindən olan Bazel klubu ilə üç illik müqavilə imzalamışdır. == Milli karyerası == Kalulu Fransada anadan olmuşdur. Valideynləri isə Ruanda vətəndaşlarıdır. Kalulu bir müddət Fransanın U-18 gənclər yığmasında çıxış etmişdir.
Aleksandr Kaleri
Aleksandr Kaleri (rus. Александр Юрьевич Кале́ри; 13 may 1956, Yurmala) — rus kosmonavtı.
Aleksandr Kalvert
Aleksandr Kalvert (ing. Alexander Calvert) — Kanadalı aktyor. == Karyera == O, Nikledon, Əsgər, Mənim kimi gombul və Ölü zona kimi bir sıra film və teleseriallarda çəkilib. Məktəbdən qaçmaq-da cavan Castin rolunu ifa etdikdən sonra Ceki geri qaytatmaq filmində baş rola çəkildi. O həmçinin Best Buy, Kohl's, Road Runner, General Mills və Mattel üçün reklam çrxlarında da çəkilib. 17 iyul 2015-ci ildə Kalvertin CW-nun Ox serialının 4-cü mövsümündə Lonni Maçin rolunu oynayacağı bildirildi. Bundan başqa CW-nun digər serialı olan Fövqəltəbii-də Lusiferin oğlu rolu olan əsas rola çəkildi.
Aleksandr Kalyagin
Aleksandr Kalyagin (25 may 1942, Malmıj, Kirov vilayəti) – rus aktyor, RSFSR xalq artisti (1983). == Həyatı == Aleksandr Aleksandroviç Kalyagin 25 may 1942-ci ildə Kirov vilayətinin Malmıj şəhərində anadan olub. B.Şukin adına Teatr Məktəbində təhsil alıb (1965). Moskva Dram Teatrında, Yermoloyeva adına Teatrda, A.Çexov adına MXAT-da (1971) aktyor, "Et cetera" Moskva Teatrında bədii rəhbər (1993), bundan başqa kinoaktyor və kinorejissor kimi çalışıb. "İstintaq" filmindəki roluna görə SSRİ dövlət mükafatına layiq görülüb (1981). Rusiyanın xalq artistidir (1983).
Alpayn qraflığı (Kaliforniya)
Alpayn — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,175 nəfər olmuşdur. Mərkəzi Marklivill şəhəridir.
Alpin qraflığı (Kaliforniya)
Alpayn — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,175 nəfər olmuşdur. Mərkəzi Marklivill şəhəridir.
Alxan-Kala
Alxan-Kala (çeçen. Іалхан-Гӏала) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Alxan-Kalinski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Sunja çayının sol sahilində, Qroznı şəhərindən 7 km cənub-qərbdə, Sunja silsiləsinin cənub ətəyində yerləşir. Kəndə yaxın yaşayış məntəqələri: şimal-şərqdə Qroznı şəhərinin Oktyabrskoye kəndi və Zavodskoy rayonu, cənub-şərqdə Alxan-Yurt və Krasnopartizanski kəndi, cənub-qərbdə Kuları kəndi, qərbdə Zakan-Yurt və şimal-qərbdə Krasnostepnovskoye kəndi. == Tarix == Alxan-Yurtovskaya (sonradan Yermolovskaya) kəndi 1851-ci ildə qurulmuşdur. 1860-cı ildə burada Mixaylo Arxangel Kilsəsi inşa edildi. 1914-cü ildə kənddə Uspenski Manastırı, iki illik məktəb və qadınlar üçün bir Kilsə məktəbi olan üç qədim mömin kilsəsi var idi. 1920-ci ilin oktyabrında Sovet rejiminin köçürmə siyasətinə cavab olaraq Yermolovskaya anti-sovet qiyamının mərkəzlərindən birinə çevrildi. 1920-ci il noyabrın əvvəlində qiyam bastırıldıqdan sonra kəndin bütün kazak əhalisi (cəmi 638 ailə, 2704 nəfər) sürgün edildi.
Alüminium-kalium sulfat
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. == Tətbiqi == Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.
Amador qraflığı (Kaliforniya)
Amador — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 38,091 nəfər olmuşdur. Mərkəzi Cekson şəhəridir.
Amblyseius kalandadzei
Amblyseius kalandadzei (lat. Amblyseius kalandadzei) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius kalandadzei Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anahaym (Kaliforniya)
Anahaym (ing. Anaheim) - ABŞ-nin cənub-qərbində, Kaliforniya ştatında şəhər. Los-Anceles şəhərinin aqlomerasiyasına daxildir. Əsası 1857-ci ildə alman köçkünləri tərəfindən qoyulmuş, 1915-ci ildə şəhər statusu almışdır. Nəqliyyat qovşağı, elektron nəqliyyat maşınqayırması, kimya, poliqrafiya, yeyinti sənayesi müəssisələri; universitet, muzey, Disneylend parkı var. Sakit okean sahilində iqlim kurortudur.
Azərbaycan–Yeni Kaledoniya münasibətləri
Azərbaycan–Yeni Kaledoniya münasibətləri — Azərbaycan Respublikası ilə Yeni Kaledoniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Viza == Yeni Kaledoniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün viza tələb edilir. Diplomatik pasportlar üçün 3 aya qədər viza tələb edilmir.
Ağır kalibrli snayper tüfəngi
Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür. Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.
Aşağı Kalalə (Xudafərin)
Aşağı Kalalə (fars. كلاله سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (37 ailə).
Aşağı Kaliforniya
Aşağı Kaliforniya rəsmi adı Estado Libre y Soberano de Baja California (azərb. Azad və Suveren Baxa Kaliforniya Ştatı‎) - Kaliforniya yarımadasının şimalında yerləşən Meksika ştatı. Paytaxtı Tixuana şəhəridir. == Tarixi == Baja Kaliforniyaya ilk dəfə böyük ehtimalla 9 min və ya 10 min il əvvəl şimaldan gələn insanlar ayaq basdı. O zaman iqlim daha nemliydi və bölgədə nəhəng Pleyistosen məməliləri yaşayırdı. İspan lar 1533 ' te bölgəyə gəldiklərində , Amerika ' dakı ən primitiv mədəniyyətlə qarşılaşdılar ; ədədləri 60-70 min təxmin edilən Yerlilər , hər biri qəti sərhədlərlə ayrılmış müəyyən bir bölgədə ovçuluq , balıqçılıq və yabanı bitki toplayıcılığı edən kiçik qruplar halında yaşayırdı. Cizvit missionerlər 1697 ' də Loreto ' da ilk yerləşməyi girənə qədər bölgəni koloniyalaşdırma səyləri nəticəsiz qaldı. 1768 ' də Cizvitlərə yeri Fransisken lər aldı.Beş il sonra bölgədəki missioner yerləşmələri Dominiken rəhbərliyinə buraxıldı. Baja California 1822 ' də İspaniya ' dan müstəqilliyini kazandıysak da , bu müstəqillik bölgədə çox önemsenmedi . Missioner yerləşmələri yavaş-yavaş tərk edildi.Yerlilerin yerini, mestizo lardan ( İspan- Yerli mələzi) ibarət olan az sayda cütçü və mal yetişdiricisi aldı.Alta California olaraq bilinən bölgənin şimalı , Meksika -ABŞ müharibəsi 'ndan ( 1846 - 1848 ) sonra Guadeloupe Hidalgo Andlaşması ilə ABŞ 'ye buraxıldı.
Aşağı Kaliforniya səhrası
Aşağı Kaliforniya səhrası — Şimali Amerika ərazisində, Kaliforniya yarımadasında yerləşən səhra. Yarımadanın sahil boyu əraziləri boyunca 77 700 km² sahəni əhatə edir. İqlimi quru subtropikdir. Qumlu və daşlı sahələrdən ibarətdir.
Benyamin fon Kallai
Benyamin fon Kallai (alm. Benjamin von Kállay‎, mac. Kállay Benjámin; 22 dekabr 1839[…], Peşt[d], Peşt medyesi – 13 iyul 1903[…], Vyana) — Avstriya-Macarıstan dövlət xadimi. 1867-ci ildə Macarıstan parlamentinə seçildi. Belqradda baş konsul vəzifəsində çalışarkən Balkan yarımadası və Kiçik Asiya üzrə geniş səyahətlər etmişdir. Yojef Slavinin istefasından sonra Kallai maliyyə naziri təyin edildi və eyni zamanda vəzifəsinə uyğun olaraq ona Bosniya və Herseqovinanın rəhbərliyi həvalə edildi. "Serblərin tarixi" (1877-1878) və "Rusiyanın şərq siyasəti" (1878) əsərlərini yazmış və Con Stuart Millin "Azadlıq haqqında" traktatı Macar dilinə tərcümə etmişdir.
Berkli (Kaliforniya)
Berkli (ing. Berkeley /ˈbɜːrkli/ ) — Kaliforniya, Alamida dairəsində, San-Fransisko Körfəzinin şərq sahilində yerləşən şəhər; San-Fransisko Körfez Bölgəsinə daxildir. Yepiskop, idealist filosof və şair Corc Berklinin (1685-1753) adına adlandırılmışdır. Cənubda Oakland və Emervill şəhərləri, Olbani şəhəri və şimalda Kensinqton təsis edilməmiş əraziləri ilə həmsərhəddir. Şərqdə, Berkli Hills boyunca Kontra-Kosta dairəsi ilə həmsərhəddir. 2010-cu il siyahıyaalınmasına görə şəhərin əhalisi 112.580 nəfərdir. Ölkənin ən liberal şəhərlərindən biri hesab olunur. 1984-cü ildə müasir tarixdə ilk dəfə "ev tərəfdaşlığı" ifadəsindən istifadə edərək eyni cinsli ailələri qanuni olaraq tanıyan bu şəhər idi. Berkli — elm mərkəzi kimi tanınır. Şəhər Kaliforniya Universitetinin — Berkli Kaliforniya Universitetinin, Lourens Milli Laboratoriyasının və digər institut və laboratoriyaların ən qədim kampusuna ev sahibliyi edir.
Berkli Kaliforniya Universiteti
Berkli Kaliforniya Universiteti (ing. University of California, Berkeley) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Berkli şəhərində yerləşən ali təhsil müəssisəsi. Berkli Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının yaradıcılarından biridir. == Tarixi == 1866-cı ildə özəl Kaliforniya Kolleci maliyyə çətinliyi səbəbindən dövlət tabeliyindəki Kənd Təsərrüfatı, Dağ-Mədən Sənayesi və Mexaniki İncəsənətlər kollecləri ilə birləşdirilərək Kaliforniya Universiteti yaradılır. 1868-ci il martın 23-də Kaliforniya ştatının qubernatoru Henri Heyt Kaliforniya Universitetinin yaradılması haqqında nizamnaməni imzalayır. 1870-ci ilədək universitetin prezidenti vəzifəsini professor Con Le Kont icra etsə də, həmin ildən etibarən Regentlər Şurası bu vəzifəyə özəl Kaliforniya Kollecinin yaradıcısı Henri Dyurantı seçir. Universitetin açılışı 1869-cu ilin sentyabrında müvəqqəti olaraq Oklend şəhərində yerləşən binada baş tutur. Regentlər Şurasının qərarına əsasən qızlar oğlanlarla birgə universitetdə təhsil almaq hüququna malik olurlar. 1873-cü ildə universitet 167 oğlan və 222 qız tələbəsi ilə Berkli şəhərində yeni tikilən Cənub və Şimal binalarına köçür. Universitet tədricən inkişaf edir, yeni-yeni korpuslar açılır, proqramlar qəbul edilir.

Digər lüğətlərdə

акклиматизи́рование за трои́х защи́та идио́ма Карата́у лоскутный пораспусти́ть середокре́стная газосилика́тный заскору́злость обра́тный проспекти́вный стесни́тельно измарагд ушат eclipse homographic illuminates leeside rurbanization subaudible бесцветность прозвенеть сбруя шиворот-навыворот