sif. 1. Dəyməmiş, yetişməmiş, göy. Kal yemiş. Kal tut. Kal alça.
– [Hurizadın] …tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli.
Nəbi güllə atsa düzdə, ya dikdə; Tağlar meyvəsini yerə kal salar. M.Rahim.
// İs. mənasında. Əriyin kalı.
– İyid nərəsindən, güllə səsindən; Dəyməmiş tökülür kalların, dağlar! Aşıq Ələsgər.
2. məc. Hələ yetişməmiş, inkişaf etməmiş.
Almaniyanın İngiltərə-Fransa-Rus əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. M.S.Ordubadi.
Bax, bu yerlərdə adamlar dəyişir; Kal (z.) gələn burda dəyir, tez yetişir. S.Rüstəm.
3. məc. Tutqun, boğunuq (səs haqqında).
[Vəkil] kal səsi ilə Nemətə yer göstərdi. Çəmənzəminli.
Əsgərin qulağında Əlyarın kal səsi eşidildi. S.Rəhimov.
4. məc. dan. Kütbeyin, gecanlayan. Kal adam.
– Yaş yetirib kal oldunuz; Görə-görə kor oldunuz; Dinə-dinə lal oldunuz; Səbrinizə heyrətdəyik; Siz dözümdə fil oldunuz. B.Vahabzadə.
◊ Yuxudan kal oyanmaq – lazımınca yatıb yuxusunu almamaq, yuxudan yarımçıq durmaq.
[Səttar:] Əşi, yuxudan kal oyanıb gözümü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən.