KALAPIR
KALAVA
OBASTAN VİKİ
Kənan Kalav
Kənan Kalav (d. 20 noyabr 1961, Mardin, Türkiyə) — Türk kino və televiziya aktyoru, rejissor, ssenarist, Yeşilçam kinostudiyasının ən yaraşıqlı aktyorlarından biri. == Həyatı == Alman qadın Suzi xanım və Mardindən olan kimya professoru Cavad bəyin ailəsində dünyaya göz açıb. Alman-Türk liseyini bitirdikdən sonra Marmara üniversitetinə qəbul oldu. Orada turizm və otel təhsili aldı. Həyat yoldaşının gül dükanında işləyən Lətif Dəniz ilə Kalav İstanbuldan İspaniyanın Barselona regionuna gedmək üçün yola çıxır. Hava limanında olarkən polis tərəfindən tutulur. Amma onların çantalarında 2 kq narkotik tapıldı. Aktyorun iddiasına görə o hava limanında qəhvə içərkən, çantaları Dənizə vermişdi. Aktyorun ifadəsinə görə narkotikli çantalar onun adına qeyd edilmişdi.
Kalaveras qraflığı (Kaliforniya)
Kalaveras — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 40,171 nəfər olmuşdur. Mərkəzi San-Andres şəhəridir.
Kalaverit
Kalaverit — mineral, (Au,Ag)Te2 == Haqqında == Kalaverit - Monoklinik. Kristalları prizmatik, uzununa cizgili. İkiləşmə {010}, {301} və {111} üzrə. Aqreqat: dənəvər. Bürüncü-sarı, gümüşü-ağ. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,4. Sərbəst qızıl, silvanit və başqa tellurid və sulfidlərlə aşağı və orta temperaturlu hidrotermal yataqlarda. Qızılın kalaverit ilə əvəzlənməsi məlumdur.
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Nasir Məhəmməd bin Kalavun
Əbül-Məali əl-Məlikün-Nasır Nasırəddin Məhəmməd bin Kalavun (1284, Qahirə – 1341, Qahirə) — Məmlük sultanı (1293–1294, 1299–1309, 1310–1341). == Həyatı == mart 1285-ci ildə Qahirədə Kalatülcəbəldə doğuldu. Məmlük Sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məlikül-Əşrəf Xəlil bin Kalavunun dekabr 1293-cü ildə öldürülməsinə görə Zeynəddin Kitbuğa əl-Mənsurinin liderliyindəki komandanların dəstəyiylə səkkiz yaşında taxta çıxarıldı və dövlət idarəsində yeni vəzifə dağılımı aparıldı. Zeynəddin Kitbuğa naib-i səltənət, Aləməddin Səncər əş-Şücai vəzir, Rüknəddin Baybars əl-Mənsuri əd-dəvadarül-kəbir təyin ədildi. Ancaq Aləməddin Səncərin Kitbuğanı bərtərəf edərək iqtidara tək başına sahib olmak istəməsi siyasi krizə yol açdı. Aləməddin, dəstəyini aldığı Bürciyyə və Sultaniyyə Məmlüklərini Kitbuğa əleyhinə qızışdırdı. Buna qarşılıq Aləməddinin əsgərlərindən bir qismi Kitbuğaya qatıldı. Vəzirlə naib-i səltənət arasındakı mücadilə vəzir Aləməddin Səncərin öldürülməsiylə sonuclandı. Sultan Məhəmməd bu olaydan sonra Kitbuğanın nüfuzu altına girdi.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
помпе́зный смирнёхонький уси́дчиво чудна́я ава́рец болтли́вость вы́потрошить выясня́ть копиро́вщица парагва́йский прокрути́ть раскоше́литься утопа́ть в крови хла́дно штришо́к fission muggy overanxious rack sagene villous бактериолог бесстрастный гумус лапидарный