KALEYDOSKÓP

[ yun. ]
1. Əldə fırlatdıqda tez-tez dəyişən, rəngli naxışlar göstərən, boruşəkilli optik cihaz (oyuncaq).
2. məc. Hadisələrin, şəxslərin və s.-nin ardı-arası kəsilmədən dəyişməsi.
Əgər “Ağa Məhəmməd şah Qacar” faciəsi kaleydoskop isə, görünür ki, cənab tənqidnəvis bu ləfzin nə olduğunu layiqincə düşünməyib, fəqət bir xarici ləfzi, heç məhəli olmayaraq istemal etmişdir; çünki cəmi tarixi faciələr kaleydoskopdurlar. Ə.Haqverdiyev.

KALENDÁR
KALIM
OBASTAN VİKİ
Kaleydoskop
Kaleydoskop — içinə baxıldığında rəngli naxışlar görülən bir əşya. Bu naxışlar, işığın əks olunmasıyla əldə edilir və durbin hərəkət etdirildikcə davamlı dəyişir. "Kaleydoskop" sözü yunanca kalos (gözəl), eidos (forma) və scopos (izləmək) sözlərinin birləşməsindən yaranmışdır. Durbin şotlandiyalı David Brüster tərəfindən 1816-cı ildə işığın polyarlaşdırılmasından faydalanaraq icad edilmiş və 1817-ci ildə ona patent alınmışdır. Durbinin içərisi qara, ya da tünd bir rəngə boyalıdır. İçində arasında 60 dərəcəlik əyilən bir-birinə bitişik iki ayna, aynaların arasında rəngli şüşə parçaları, tüklər, pullar, incə muncuqlar və s. kimi vəsaitlər olur. Bu durbinin bir ucundan baxıldığında şəkil dəyişdirən çoxbucaqlılar, əksəriyyətlə bir daha eyni olmayacaq görünüşlər görülür.
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.

Digər lüğətlərdə

выла́щивать вы́малевать до земли́ коммивояжёрски лейтмоти́в маловмести́тельный миролю́бно насбира́ть переверста́ть поверя́ющий ре́заный репрезентова́ть третьегоди́чный гла́сно неподконтро́льно черено́к boracite care-taker civil defence Iricism Stavropol Territory straightbred Yorkist драматизация осушать