KAMİL

\[ər.\] прил. камил (1. рехне (нукьсан) квачир, нукьсансуз, там, тамам, бегьем; 2. акьул балугъ хьайи, агакьнавай, бегьем; тежрибалу; мес. устӀар).
KAMIŞİT
KAMİLCƏ
OBASTAN VİKİ
Hüseyn Kamil
Hüseyin Kamil (d. 21 noyabr 1853 - ö. 9 oktyabr 1917) — Misir sultanı. == Həyatı == === İlk illəri === 21 noyabr 1853-cü ildə Qahirədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı İsmayıl Paşa, anası isə onun xanımlarından Nurfələk Qadınəfəndidir. İlk təhsilini saray mənsubları üçün Menyel sarayında açılan məktəbdə alan Hüseyn Kamil 1867-ci ildə atasıyla birlikdə İstanbula gedərək Sultan Əbdüləzizi ziyarət etdi. Ardından Parisə getdi və 1869-cu ildə Süveyş kanalının açılış mərasiminə qədər orada qaldı. Kanalın açılışı münasibətilə Qahirəyə döndükdən qısa müddət sonra Florensiyaya İtaliya kralı II Viktor Emanuelin nəznində diplomatik elçi olaraq göndərildi. Vəzifəsini tamamlamasının ardından 1870-ci ildə Qahirəyə döndü və müxtəlif nazirlikliklərin tərkibində fəaliyyət göstərdi. Bu illərdə Qahirə-Hulvan dəmiryolu xəttinin çəkilməsinə nail oldu.
Kamil Mənsimov
Mənsimov Bayraməli oğlu Kamil (10 dekabr 1950, Puşkin rayonu) — riyaziyyat elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Mənsimov Kamil Bayraməli oğlu 1950-ci ilin dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və universiteti 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan MEA Kibernetika institutunda baş laborant kimi işə başlamışdır. 1974-cü ildə həmin institunun qiyabi aspiranturasına daxil olmuş və 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 26 iyun 1985-ci il tarixi qərarı ilə (protokol№870) "böyuk elmi işçi" elmi adı verilmişdir. 1992-ci ilə qədər həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələlərində işləmişdir. 1992-ci ilin iyul ayında müsabiqədən keçərək Bakı Dövlət Universitetinin "Əməliyyatlar tətbiqi və riyazi modelləşdirmə" kafedrasının dosenti vəzifəsinə qəbul olunmuşdur. 1994-cü ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 26 aprel 1994-cü il tarixli qərarı ilə "dosent" elmi adı verilmişdir. Dosent attestatı DR № 0458. 1994-cü ildə 01.01.09-riyazi kibernetika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1995-ci ildən 1998-ci ilə qədər yuxarıda adı çəkilən kafedranın professoru vəzifəsində işləmişdir.
Kamil Nurəhmədov
Kamil Kamal oğlu Nurəhmədov (10 iyun 1991-ci ildə Qusarın Şirvanovka kəndində anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == === Çempionat === 2011-12 -ci illər mövsümündə Kamil Nurəhmədov Sumqayıt klubunda bir mövsüm keçirdikdən sonra Neftçi Bakı klubuna icarəyə verilmişdir. Bu mövsüm Kamilin ən yaxşı mövsümlərindən birini hesab olunur. Kamil kimyaçıların tərkibində bütün turnirlər daxil olmaqla ümumilikdə 32 oyuna çıxmış və rəqib qapılarından 4 qol keçirməyi bacarmışdır. Bu nəticə ilə o, yerli futbolçuların arasında bir mövsüm ərzində keçirilən oyunların sayına görə rekord vurmuşdur. Yayda Kamil Neftçi Bakı klubuna transfer olmuş və bir mövsüm bu klubda çıxış etmişdir.2013-cü ilin iyulunda Kamil Nurəhmədov yay transfer pəncərəsi zamanı Rəvan klubu bir illik müqavilə imzalamışdır. === Кубок === Kamil Azərbaycan Kubokunda 4 klubun tərkibində 7 oyuna çıxmışdır. == Avropa Liqası == Kamil Nurəhmədov 4 oktyabr 2011-ci ildə Neftçi Bakı klubunun üzvü olaraq UEFA Avropa Liqasının H qrupunda İnter Milan klubuna qarşı oyunda iştirak etmişdir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Kamil oyunun ilk 46 dəqiqəsini meydanda keçirmişdir.
Kamil Nəcəfzadə
Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929, Lənkəran – 29 iyun 2011) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1989), iki dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980, 1986), "Şöhrət" ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir.1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir. Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat etmişdir. Kinorejossor Şamil Nəcəfzadənin atasıdır. Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilmiş "Rənglərdə yaşayan kino" adlı 38 dəqiqəlik veriliş istehsal edilmiş və 6 yanvar 2009-cu ildə AzTV-də efirə getmişdir. 2014-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə "Ağ kətanın sehri… Kamil Nəcəfzadə" sənədli filmi ekranlarda çıxmışdır.
Kamil Nəsibov
Nəsibov Kamil Balədə oğlu (8 oktyabr 1946, Bozlu, Laçın rayonu – 29 iyun 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir. 1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur. == Ailəsi == Kamil Nəsibov ailəli idi, dörd övladı var. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.Ağcabədi rayonunda dəfn edilmişdir. Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.
Kamil Pissarro
Kamil Jakob Pissarro (ing. Camille Pissarro; 10 iyul 1830[…], Şarlotta Amaliya, Sen-Tomas, Danimarka Qərbi Hindistanı – 13 noyabr 1903[…], Paris) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri. == Həyatı == Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur. Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris). İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir. Rəsm, akvarel, ofort və litoqrafiyaları da var. == Əsərləri == "Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris "Şumlanmış torpaq", 1874, Puşkin adına Təsviri Sənət Muzeyi, Moskva "Parisdə Monmartr bulvarı", 1897, Ermitaj, Leninqrad == Qalereya == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh.
Kamil Qasımov
Kamil Nüsrət oğlu Qasımov (5 fevral 1995, Səfikürd, Goranboy rayonu – 10 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Qasımov 5 fevral 1995-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Kamil Qasımov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Kamil Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kamil Qasımov 10 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamil Qubuşov
Kamil Mehdi oğlu Qubuşov (Kubışev) (25 dekabr 1915 – 30 oktyabr 1977) — Azərbaycan aktyoru, teatr və kino sənətçisi. == Filmoqrafiya == Ağasadıq Gəraybəyli (film, 1974) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: kəndli; filmi səsləndirən: Şabanzadə Bakıda küləklər əsir (film, 1974) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Dəli Kür (film, 1969) Doğma xalqıma (film, 1954) Hörmətli alim yoldaşlar (film, 1971) Xatirələr sahili (film, 1972) İnsan məskən salır (film, 1967) İyirmialtılar (film, 1966) Lətif (film, 1930) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qatır Məmməd (film, 1974) Qəribə əhvalat (film, 1960) Sən niyə susursan? (film, 1966) Şahzadə-qara qızıl (film, 1974) Yaşamaq gözəldir, qardaşım!
Kamil Qəhrəmanov
Kamil Rzayev
Kamil Fərhad oğlu Rzayev (d. 17 aprel 1957, Tərtər, Azərbaycan SSR, SSRİ – ö. 10 may 1992, Tərtər, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi, həkim-reanimatoloq, inspektor. == Həyatı == 1957-ci il aprel ayının 17-də Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. Burada şəhər 1 nömrəli orta məktəbində təhsil almışdır. 1974-1980-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda təcili yardım xəstəxanasında həkim-reanimatoloq işləyib. Sonra Səhiyyə nazirliyində inspektor vəzifəsində çalışmışdır. 1991-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi üzrə dissertasiya etmişdir. Müdafiədən sonra Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitunda laboratoriya müdiri işləmişdir.Kamil Rzayev 1992-ci il mart ayının 5-də doğma rayonu Tərtərə gələrək könüllü olaraq rayonun özünümüdafiə batalyonuna yazılmışdır.
Kamil Rüstəmbəyov
Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi. == Həyatı == 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir. 1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər. Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Kamil Rəhimli
Kamil Vəli oğlu Rəhimli (19 aprel 1993, Yasamal rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Rəhimli 1993-cü il aprelin 19-da Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdu. Təhsilinə 175 saylı orta məktəbdə başlamış və sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam etmişdir. Məktəb illərində hərbiyə maraq göstərən Rəhimli Kamil, məktəb illəri dövründə hərbi yarışlarda iştirak etmiş və yüksək nailiyyətlər əldə etmişdir. Gənc vaxtlarından idmana çox böyük maraq göstərirdi və bunun əyani sübutu olaraq, seçilmiş zabitlərdən olmuşdur. Heydər Əliyəv adına hərbi akademiyanı bitirdikdən sonra xidmətə Füzuli rayonun N saylı hərbi hissəsində başlamışdır.2016-cı ildə aprel döyüşlərində belə iştirak etmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yasamal rayonunda II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Rəhimli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Kamil Sadıxov
Kamil İsmayıl oğlu Sadıxov (27 fevral 1927-ci il Şimali Osetiya Muxtar Respublikasının Orcenikidze şəhəri - 8 iyul 2016-cı il Bakı şəhəri) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü(2001). == Həyatı == Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il 27 fevral SSRİ, Şimali Osetiya MR Orcenikidze şəhərində anadan olub. O, Azərbaycan kimyaçısı və texnoloqdur, əslən Azərbaycanlıdır. 1934-cü ildə Bakı şəhərindəki 13 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1940-cı ildə həmin məktəbdə 7 illik təhsili bitirdikdən sonra 1941-1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsində ali təhsil almışdır. Hələ beşinci kursda oxuyarkən keçmiş V.V.kuybışev adına AETNEİ-də (indiki Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirib. Universiteti bitirdikdən sonra həmin institutda mühəndis vəzifəsində işləmiş və 1953-1956-cı illərdə aspiranturada oxumuşdur. 1956-cı ildə "Avtotraktor yağlarına silfonat aşqarların sintezi və tədqiqi" namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqaerların sintezi, texnologiyaların işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Texnika üzrə elmlər doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü K.Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut - Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Akademik K.İ.Sadıxov şərəfli yaradıcılıq yolu keçərək, sıravi laborantdan görkəmli alim səviyyəsinə kimi yüksəlmişdir.
Kamil Salahov
Kamil Mətləb oğlu Salahov (30 iyul 1998; Yevlax, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Salahov 1998-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra 2016-2017-ci illərdə hərbi xidmətdə olub. Daha sonra yenidən Orduya yazılmaqla çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamil Salahov Suqovuşan döyüslərində savaşıb. Kamil 28 sentyabr 2020-ci ildə düşmənin doqquz postunu yararaq yaralı döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsi ilə başından vurularaq şəhid olub. Yevlaxda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Kamil Sultanov
Kamil Sultanov — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (14.09.2012) == Həyatı == Kamil Sultanov 6 sentyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Kitabxanaçılıq texnikumunu bitirmişdir. 1966-cı ildən Opera və Balet teatrında çalışır. 1966–1977-ci illərdə xor artisti vəzifəsində çalışmış, 1977-ci ildən rejissor assistenti vəzifəsində işləyir. Tamaşaları idarə edən rejissordur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissor assistentidir.
Kamil Səlimov
Kamil Səlimov (d. 12 aprel 1956. Bakı, Azərbaycan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992), hüquq elmləri doktoru (2000), professor. == Həyatı == Kamil Səlimov 1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. O, 1974-1979-cu illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir və kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini tədris edir. Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb. O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.
Kamil Tolon
Kamil Özdemir Tolonçok (29 fevral 1912, Konstantinopol, Türkiyə – 23 iyul 1978, İsveçrə) - türkiyəli təşəbbüskar, sənayeçi, iş adamı və ixtiraçı. == Həyatı == İstanbul Beylerbeyli Saatçioğullarından olan Defterdar Muhittin bəy və Behiye Hanımın altı övladının ikincisi olaraq dünyaya gəldi. Uşaqların təhsilə əhəmiyyət verdikləri və ailənin məmur olduğu üçün uşaqlarının təhsili ilə sıx əlaqəli olduqları müşahidə edildi.1937-ci ildə Müeyyet Hanımla evləndilər, lakin evlilikləri uzun sürmədi və 1942-ci ildə boşandılar. Onların Müeyyet Hanımla evliliyindən Abatun və Barkın adlı iki qızları vardı. İkinci evliliyini 1943-cü ildə Muzaffer Biliktü ilə etdi. Bir il sonra oğlu Dara dünyaya gəlir. 1949 cu ildə qızı Cana dünyaya gəldi. == İxtiralar == Jukebox icad etdi. Bu ixtiranı Efes ailəsinə satdı. Türkiyə Adnan Menderes'in məsləhəti ilə ilk paltaryuyan maşın və elektrik mühərriki istehsal etdi.
Kamil Vəliyev
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adını almışdır. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvüdür.
Kamil Vəzirov
Kamil Səfərəli oğlu Vəzirov (2 avqust 1949, Bakı – 13 fevral 2018, Bakı) — Azərbaycan qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. == Həyat və fəaliyyəti == Kamil Vəzirov 1949-cu il sentyabr ayının 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1964–1968-ci illərdə A. Zeynallı adına Musiqi Məktəbinin instrumental ifaçılıq şöbəsində,1972–1977-ci illərdə M. Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil almışdır. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Kamil Vəzirov 1974-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi qəbul olunmuş və 2014-cü ilədək burada fəaliyyət göstərmişdir. O, kollektivlə birgə dünyanın bir çox ölkələrində -Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin,Meksika, Nepal, Pakistan, Hindistan, İsveçrə, Danimarka, Ukrayna,Türkiyə, İran, Gürcüstanda Azərbaycan incəsənətini layiqincə təbliğ etmiş, milli musiqimizə geniş şöhrət qazandırmışdır. Gözəl ifaçı bir çox xarici dövlətlərdə təşkil olunan Azərbaycan Mədəniyyət Günlərində, Beynəlxalq miqyaslı tədbirlərdə, habelə Hannover şəhərində keçirilən "Expo-2000" ümumdünya sərgisində çıxış etmişdir. Sənətkar respublikamızda keçirilən bir çox dövlət səviyyəli irimiqyaslı tədbirlərin, yubiley və xatirə gecələrinin iştirakçısı olmuşdur.2000-ci ildə o, milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti,2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Xalqın sevimli sənətkarı, bənzərsiz qarmon ifaçısı, Respublikanın Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir. Qardaşı da həmçinin musiqiçi, Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Vəzirov idi. Ailəsi Evlidir, 3 oğlu,1 qızı, 8 nəvəsi var.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Kamil Xanlarov
Kamil Əliabbas oğlu Xanlarov (9 mart 1915, Bakı – yanvar 1996, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Kamil Xanlarov 1915-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931–1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. O zaman İkinci dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırmışdır. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artıra bilmişdir. 1939-cu ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010). Kamil Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda 1938–1985-ci illərdə pedaqoji fəaliyyət göstərmişdir. Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaradıcılıq fəaliyyəti göstərmişdir. Kamil Xanlarov yaradıcılığında mənzərə janrına üstünlük vermişdir.
Kamil Xasiyev
Kamil Xasiyev — Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin keçmiş fövqəladə və səlahiyyətli səfiri. == Haqqında == Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 24 noyabr 2010 tarixli sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.
Kamil Xudiyev
Xudiyev Kamil Cəlil oğlu (23 avqust 1933 il, Xankəndi,Dağlıq Qarabağ Azərbaycan SSR,SSRİ) - azərbaycanlı dövlət xadimi,əməkdar mühəndis,sabiq Azərbaycan SSR Kənd Tikinti nazirinin müavini. == Həyatı == Kamil Xudiyev 1933-cü il 23-avqustda Dağlıq Qarabağın Xankəndi şəhərində anadan olmuşdur.1941-1951-ci illərdə Xankəndindəki "Nizami adına 4 nömrəli orta məktəb"də oxumuş.1951-1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda oxumuş.1956-cı ildə inşaatçı-mühəndis diplomunu almışdır.4 iyul 1956-cı ildən -14 sentyabr 1959-cu ilə qədər Xankəndi Kommunal Təsərrüfatı idarəsində baş mühəndis işləmiş.15 sentyabr 1959-cu ildən Tikinti Nazirliyinin öz tabeçiliyində olan "Azsantexquraşdırma" trestinin Xankəndində yeni yaradlmış santexquraşdırma idarəsinə müdir təyin olunmuş .1964-cü ildə SSRİ Xüsusi Tikinti Nazirliyi Kirovabad (Gəncə) şəhərində,Rostov şəhərində yerləşən "Rossantexquraşdırma" trestinin Kirovabad (Gəncə) Quraşdırma idarəsini yaratmış.1 iyul 1964-1may 1966-cı ilə qədər Kirovabad(Gəncə) Quraşdırma idarəsində müdir işləmişdir.1may1966 cı ildən -17yanvar1967cı ilə qədər " Azsantexmontaj"da trest müdrünün müavini. 17 yanvar 1967 ci ildən – 1oktyabr 1975 ci ilə qədər trest "Azsantexmontaj" da Bakı Quraşdırma İdarəsinin müdiri.1 oktyabr 1975 ci ildən -28 mart 1980-ci ilə qədər Azərbaycan Kənd Tikinti Nazirliyinin "Azquraşdırmakəndtikinti" trestinə müdir təyin olunub. 28 mart 1980-ci ildən –27 iyun 1984 –cü ilə qədər Azərbaycan Kənd Tikinti Nazirliyində nazir müavini vəzifəsində işləmişdir. 27 iyun1984-cü ildən-13iyun 1996-cı ilə qədər "Azəraqrartikiti" Dövlət Şirkətinin "Aqroixtisasquraşdırmatikinti"trestinin müdiri işləyib. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü,Nərimanov rayon Ağsaqqallar Şurası sədrinin 1-ci müavini olmuşdur.7-may 2012-ci ildə vəfat etmişdir == Fəxri adları və mükafatları == Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti, Stepanakert(Xankəndi ) şəhər sovetinin deputatı 1957-1959 cu illər. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayət sovetinin deputatı 1959-1961 ci illər. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti,Stepanakert (Xankəndi ) şəhər sovetinin deputatı 1961-1963 cü illər. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti ,Stepanakert (Xankəndi ) şəhər sovetinin deputatı 1963-1965 cı illər. Azərbaycanın SSR "Əməkdar mühəndisi " adına 26 iyun 1974 cü ildə layiq görülüb.
Kamil Yaşen
Kamil Yaşen (12 (25) dekabr 1909, Əndican, Fərqanə vilayəti – 25 sentyabr 1997, Daşkənd) — Özbəkistan yazıçısı. == Həyatı == Kamil Yaşen 1909-cu ildə doğulmuşdu. Kamil Yaşen Özbəkistan Yazıçılar İttifaqının sədri olmuşdu. Kamil Yaşen 1997-ci ildə vəfat edib.
Kamil insan
Kamil İnsan — (ərəb. الإنسان الكامل‎) İslam teologiyası, irfanı, sufiliyi və mistikasında geniş yayılmış anlayış. == Terminin məzmunu == İslam baxımından kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İslama görə kainatda ən kamil insan əfəndimiz Hz Məhəmməd (s) ibn Abdullahdır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və dini təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
Ağ kətanın sehri... Kamil Nəcəfzadə qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Ağ kətanın sirri. Kamil Nəcəfzadə (film, 2014)
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Kamil Rzayev (şəhid)
Kamil Fərhad oğlu Rzayev (d. 17 aprel 1957, Tərtər, Azərbaycan SSR, SSRİ – ö. 10 may 1992, Tərtər, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi, həkim-reanimatoloq, inspektor. == Həyatı == 1957-ci il aprel ayının 17-də Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. Burada şəhər 1 nömrəli orta məktəbində təhsil almışdır. 1974-1980-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Bakıda təcili yardım xəstəxanasında həkim-reanimatoloq işləyib. Sonra Səhiyyə nazirliyində inspektor vəzifəsində çalışmışdır. 1991-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi üzrə dissertasiya etmişdir. Müdafiədən sonra Azərbaycan Elmi Tədqiqat Kardiologiya İnstitunda laboratoriya müdiri işləmişdir.Kamil Rzayev 1992-ci il mart ayının 5-də doğma rayonu Tərtərə gələrək könüllü olaraq rayonun özünümüdafiə batalyonuna yazılmışdır.
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adını almışdır. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvüdür.

Digər lüğətlərdə

забуго́рный кекс мёрзлость окатоли́чить со́ма стойко́м цок во́дность капка́н ларёк обгу́ливаться проры́ть прото́ка сталагми́товый ту́ченька уж air-controlled flushed hatcher hedge-school hoove trompe l'oeil запереть придвинуться разгильдяйничать