Cotto kampanilası
Cotto kampanilası (it. Campanile di Giotto, /ˌkæmpəˈniːli, -leɪ/, həmçinin amer. /ˌkɑːm-/) — İtaliyanın Florensiya şəhərinin tarixi mərkəzində yerləşən Pyaçça-del-Duomonun əsas tikilisi olan Florensiya kafedralı kompleksinə daxil olan, lakin kafedral binasından aralıda dayanan kampaniladır.
Santa-Mariya-del-Fiore kafedralı və Müqəddəs İohann vəftizxanasının yanında yerləşən kampanila Cottonun dizaynı, zəngin heykəl və polixrom mərmər dekorları ilə Florensiya qotik memarlığının ən yaxşı nümunələrindən biridir.
Kiçik ərazini əhatə edən tikili, hər tərəfi 14.45 metrə bərabər olan kvadrat formasına malikdir. 84.7 metr hündürlüyə malik kampanila hər tərəfdən çoxkünclü dayaqlara malikdir. Qüllə beş mərtəbəyə bölünüb.
== Tarixi ==
1302-ci ildə Florensiya kafedralının inşasında cavabdeh olan memar Arnolfo di Kambionun ölümündən otuz il sonra – 1334-cü ildə məşhur rəssam Cotto di Bondoneyə onun işini davam etdirmək həvalə olunur. Həmin ildə rəssamın artıq 67 yaşı var idi. Cotto bütün enerjisini kafedralın zəng qülləsinin dizaynı və inşasına yənləndirir.