KAOLİN

I
сущ. геол. каолин (горная порода, состоящая из глинистых минералов, применяемая в различных отраслях промышленности)
II
прил. каолиновый. Kaolin süxurları каолиновые породы
KANYON
KAOLİNİT
OBASTAN VİKİ
Kaolinit
Kaolinit — kimyəvi tərkibi Al2Si2O5(OH)4 olan gilli mineraldır. O, təbəqəli silikat mineralıdır, bir tetraedr təbəqəsi oksigen atomları vasitəsilə alumina oktaedrin bir oktaedr təbəqəsinə bağlanıb. Kaolinitlə zəngin olan süxurlar kalin və ya Çin gili adlandırılır. == Növ müxtəliflikləri == Xromlu kaolinit (0,4–1,1 % Cr2O3) == Xassələri == Rəng – ağ, sarı, sarımtıl-qəhvəyi, qonur (Fe3+), alma kimi yaşıl (Ni3+), yaşılımtıl, mavi (Cr3+), qırmızı, qara (Mn); tək-tək pulcuqları rəngsizdir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – nazik pulcuq-larında – sədəfi, bütöv kütlələrində – tutqun, donuq; Şəffaflıq – qırıntıları qeyri-şəffaf, tək-tək vərəqləri şəffafdır; Sıxlıq – 2,58–2,60; Sərtlik – 2,5–3; Lövhəcikləri əyilgəndir, lakin elastik deyil, əllə toxunduqda yağlıdır; Ayrılma – {001} üzrə tam mükəmməl; Asanlıqla nazik lövhəciklərə ayrılır; Sınıqlar – hamar, qabıqvarı; Başqa xassələr – olduqca hiqroskopikdir; rütubət çəkdikdə spesifik "gil" iyi verir; Morfologiya – kristallar: nazik altıbucaqlı yaxşı təraşlanmış lövhəciklər; Mineral aqreqatları: sıx, kövrək, incəpulcuqlu, torpaqvari kütlələr. == Mənşəyi və yayılması == Əsasən ekzogen şəraitdə alümo-silikatlarla – çöl şpatları, mikalar, seolitlərlə zəngin olan müxtəlif süxurların aşınması nəticəsində əmələ gəlir. Habelə alümosilikatların turş mühitdə hidrotermal dəyişilmə məhsulu kimi müşahidə edilir. Çökmə süxurların tipik mineralı kimi lateritlərdə, gillərdə, nisbətən az qumdaş-larında yayılmışdır. Birlikdə rast gəldiyi minerallar: kvars, feldşpatoidlər, mikalar və b. Mineralın tapıldığı yerlər:Yauçau-Fu yaxınlığında Kao-Linq dağı (Çin); Qluxo-vetski, Turbovski, Raykovski (Ukrayna); Kurinski, Troitski-Baynovski, Yelenovski (Rusiya); Karlovı Varı yaxınlığında Settlis (Çexiya); Elburs silsiləsi (İran). Azərbaycanda eyni adlı alunit yatağı ilə məkanca bağlı olan Zəylik kaolinit yatağı, həmçinin mineralın Çardağlı və Qara-Murad yataqları və bir sıra təzahürləri məlumdur.
Kotandağ kaolinləşmiş tuf yatağı
Kotandağ kaolinləşmiş tuf yatağı — Kiçik Qafqazın şimal-şərq yamacında, Həsənsuçay və Tovuzçay çayları arasında, Kotandağ yüksəkliyindən təxmin ən 1,2 km. şimal-qərbdə yerləşən yataq. Yatağın geoloji quruluşunda əsasən santon yaşlı vulkanogen-piroklastik süxurlar iştirak edir. Bu süxurlar içərisində dasit, andezit-dasit tərkibli litoklastik tuf horizontu qeyd olunur. Bu süxurlar mərk zi hissədə şimal-q ərb istiqamətli qırılma zonası ilə kəsilir.
Xanlar kaolinləşmiş tuf yatağı
== Yerləşməsi == Xanlar stansiyasından təxminən 700 m. cənubda yerləşir. == Geoloji quruluşu == Yatağın geoloji quruluşunda aşağı santonun vulkanogen çöküntülərindən başlayaraq dördüncü dövrün elluvial-delluvial çöküntülərinə qədər müxtəlif süxurlar iştirak edir. Bu çöküntülər Gəncəçay sinklinorisinin qərb hissəsində inkişaf tapmışdır. Yataqda andezit tərkibli zəif kaolinləşmiş tuflar və ağ rəngli intensiv kaolinləşmiş süxurlar ayrılır. Kaolin lay dəstəsinin qalınlığı 9-29,5 m. arasında dəyişir. Faydalı xammal montmorillonit - kaolin gillərinə aid edilir. Gillər tez qızdırılıbbişmə qabliyyətinə malikdir, odadavamlıdır, çoxlu miqdarda zərərli qatışıqlar saxlayır.

Digər lüğətlərdə

департизи́ровать посиде́ть спотыка́ться тонна́ж фо́кусничание центра́льный авиацио́нный балетове́дение демокра́тия левоцентри́ст пестрядёвый плов сту́кнуться шныря́ть кармазин узбеки cofferer humect kyanize mourning nem. diss. nullifidian precess макаронический однофазный