is. [
fars. ]
1. İş, peşə, məşğələ.
Nə karın sahibidir? Hansı kar yiyəsidir? – Qoç Koroğlu öz karında; Yalan olmaz ilqarında. “Koroğlu”.
Qoy mən tox olum, özgələr ilə nədi karım. M.Ə.Sabir.
Yox quru fəxr eləməkdən bizə hərçəndi səmər; Karımız yox, əlimizdən nə gəlir özgə hünər? Ə.Nəzmi.
2. Təsir.
Zəxmi-sitəmin olmadı bu Seyyidə kari; Səd heyf, səd əfsus, günahkar ölürəm mən. S.Ə.Şirvani.
◊ Kar aşmamaq – nəticə hasil olmamaq, işə yaramamaq, bir nəticə çıxmamaq.
Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı. “Koroğlu”.
Bülbül dedi: – Bunlar ilə kar aşmaz; Bu baş-qulaq kamançaya yaraşmaz. A.Səhhət.
Özgəyə ümid olmaq; Bizim üçün yaraşmaz; Özgənin köməyilə; İnsan üçün kar aşmaz. B.Vahabzadə.
Kar etmək (eləmək) – təsir etmək, təsirini göstərmək. Arsıza bir sillə kar eləməz. (
Ata. sözü ).
Xudayar katdaya aclıq çox kar eləmişdi. C.Məmmədquluzadə.
[Hacı Murad:] Sənə söz kar eləmir. S.S.Axundov.
Kar gətirmək – işə yaramaq, xeyir gətirmək.
Kar görmək – bax
kara gəlmək.
[Əsir:] Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Ə.Haqverdiyev.
Əbişin gözləri çanağından çıxmaq dərəcəsinə gəlmişdi.
O, kar görməyən top açarları qaldırıb [yerə] çırpdı… S.Rəhimov.
Kar salmaq – bax
kar etmək.
Padşahın gözləri tutulur, … təbib, dərman qalmır, hamısını eləyirlər, kar salmır ki, salmır. (Nağıl).
Amma [molla] hər nə deyirsə, heç biri kar salmır. “M.N.lətif.
” Kar vermək – əlverişli olmaq, işə yaramaq, faydası olmaq.
[Xırdaxanım:] Nurcahan, bizə yatmaq kar verməz. N.Vəzirov.
Kara düşmək – bax
kara gəlmək.
Kara gəlmək – işə yaramaq, lazım olmaq; köməyi, xeyri dəymək.
[Molla Kazım:] Camaatın karına gəlirəm. Ə.Haqverdiyev.
Usta Qiyas bir bükülü pulu [Kərimin] qabağına qoyur: – Kasıb yaşayırsan, kara gələr. M.İbrahimov.
Kardan düşmək – işdən düşmək, yararsız hala gəlmək.
İşləməyən kotan pas atar və kardan düşər… M.İbrahimov.
Karına gəlmək – işinə yaramaq, köməyi olmaq.
[Rüstəm:] Pristav yox, kətxuda da yox, adam döyən, camaat incidən yox, camaatın karına gələn bir adam olsun. S.Rəhimov.
Söhbət lampa şüşəsinə çatanda mən tavandan sallanan elektrik lampasını göstərib soruşdum: – Niyə, bu, karınıza gəlmir? R.Rza.