KAR

KAR I is. [ fars. ] İş. Bəsdir oxudun, az qala canın tələf oldu; Bu kardan əl çək (M.Ə.Sabir).

KAR II is. [ fars. ] Təsir. Söz kar etmir qoduğa; Hey deyir: “inqa-inqa”... (S.Rüstəm).

KAR III is. [ şot. ] coğr. Dağ yamaclarının yuxarı hissəsində buzlaq sirkindən yuxarıda taxçavari dərinlik.

KAR IV sif. Eşitməyən, eşitmə qabiliyyətini itirmiş. Özümüz yanırıq öz dərdimizə; Dünyanın qulağı kar olmuş bizə (B.Vahabzadə).

KAFTAR
KEÇİCİ

Значение слова в других словарях