KARANTİN

Fransızca “qirx” (40) deməkdir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün 40 gün təcrid tədbirlərinin həyata keçirilməsi ilə bağlı olub. Qarant da fransız sözüdür, “təminat” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KAR
KARBONADO
OBASTAN VİKİ
Karantin
Karantin və ya Təhəffüz — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı.
Karantinnı burnu
Karantinnı burnu (ukr. Карантинний) — Kerç yarımadasının ucqar şimal-şərqində, Krımın Kerç şəhər soveti ərazisində yerləşən burun. Burun Kerçen körfəzinə daxil olur. Ərazisində Mirmek antik şəhəri yerləşir. Şimal və şərq sahillərində çimərliklər yerləşir. Sahillərində su altı və üstü daşlar yerləşir. Maksimal hündürlüyü 16,8 metrdir.
Karantinnı burnu (Kalamit körfəzi)
Karantinnı burnu (ukr. Карантінний) — Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə daxil olan Kalamit körfəzinə daxil olur. Ərazisində Mirmek antik şəhəri yerləşir. Kalamit körfəzinə doğru uzanan burun Evpatoriya buxrtası ilə əhatələnir. Ərazisində Kerkinitida antik yunan şəhəri yerləşir. Burunun şimalında Evpatoriya dəniz limanı, şərqində isə çimərlik vardır. Sahilləri isə su altı və üstü daşlarla sahibdire. şimal hissəsində isə Evpatoriyaya aid yaşayış binaları vardır.

Digər lüğətlərdə