Karbohidrogenlər

molekuları yalnız karbon və hidrogen atomlarından ibarət olan üzvi birləşmələr sinfi.
Kaptaj
Karotaj
OBASTAN VİKİ
Karbohidrogenlər
Karbohidrogenlər - yalnız karbon və hidrogen atomlarından ibarət olan birləşmələrdir. == Növləri == Karbohidrogenlər iki yerə bölünür: Doymuş karbohidrogenlər Doymamış karbohidrogenlərKarbon atomları arasında yalnız birqat rabitə olduqda doymuş karbohidrogenlər, bir və ya bir neçə ikiqat, üçqat rabitə olduqda isə onlar doymamış karbohidrogenlər adlanır. Bu birləşmələr tərkiblərindəki karbon və hidrogen atomlarının nisbətinə görə fərqlənir. Bir hidrogen atomu çıxarılmış karbohidrogenlərə Hidrokarbillər deyilir. Aromatik karbohidrogenlər, alkanlar, alkenlər, alkinlər, tsiklo-alkanlar və s. karbohidrogenlərin müxtəlif sinifləridirlər. Yerdə təbii şəkildə tapılan karbohidrogenlərin əksəriyyəti xam neftin tərkibində rast gəlinir. Hansı ki, burada parçalarına ayrılmış üzvi birləşmələr karbon və hidrogen bolluğu yaradır ki, bunlar da birləşdikdə sonsuz uzunluğa malik ola biləcəyi düşünülən zəncirlər əmələ gətirə bilirlər. == Törəmələr == === Halogenli törəmələri === Karbohidrogenlərin molekulunda bir və ya bir neçə hidrogen atomunu halogenlərlə əvəz etdikdə alınan birləşmələrdir. === Halogenli törəmələrin növləri === Molekulda halogen atomunun sayına görə; Birhalogenli birləşmələr İkihalogenli birləşmələr Üçhalogenli birləşmələr ola bilər.
Aromatik karbohidrogenlər
Aromatik karbohidrogenlər - molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlərə aromatik karbohidrogenlər deyilir. Aromatik karbohidrogenlər dedikdə benzol və xassəcə ona bənzər birləş-mələr nəzərdə tutulur. Belə ki, aromatik karbohidrogenlər onları başqa birləşmələrdən fərqləndirən və adətən aromatik xassə adlanan bir sıra xüsusiyyətlərə malikdir. Tərkibinə daxil olan benzol nüvəsinin sayından və onların arasındakı əlaqənin xarakterindən asılı olaraq aromatik karbohidrogenlər iki qrupa bölünür: Bir benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa benzol və onun homoloqları daxildir. Kondensləşmiş və ya kondensləşməmiş bir neçə benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa difenil, difenilalkanlar, naftalin, fenantren, antrasen, asenaften, flüoren və b. daxildir.Aromatik karbohidrogenlərin beynəlxalq adı Arenlər-dir. Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur. Benzol homoloqlarının düsturu CnH2n-6 kimidir.
Doymamış karbohidrogenlər
Doymamış karbohidrogenlər — ikiqat və ya üçqat rabitəyə və açıq zəncirli quruluşa malik olan karbohidrogenlərə deyilir.
Doymuş karbohidrogenlər
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
домели́ть разволнова́ться ручни́к техници́ст ты́новый докопа́ть желто́чный почуди́ть профилиро́вочный смолево́й сро́ду трезву́чие фелю́га формулиро́вочка asymptote deranged grey water myrobalan plum necroscopy nous verrons Peg pliantness влечение княгиня прочёсывать