KARLEN

“Karl” (Marks) və “Lenin” adlarının ilk hecalarından yaranmışdır; İngiliscə insan; ər; mərd; igid deməkdir.
KAPİTAN
KARMEN
OBASTAN VİKİ
Karlen Abqaryan
Karlen Aramoviç Abqaryan (erm. Կարլեն Արամի Աբգարյան, rus. Карле́н Ара́мович Абгаря́н; 4 sentyabr 1928, Amasiya, Şirak mərzi – 4 fevral 1995, Sankt-Peterburq) — texniki kibernetika sahəsində SSRİ alimi, texnika elmləri doktoru (1966), professor (1968), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987). Əslən Ermənistandandır. == Həyatı == Avtomatik idarəetmə sistemlərinin nəzəriyyəsi, diferensial və inteqro-diferensial tənliklər nəzəriyyəsi, çoxölçülü qeyri-stasionar idarəetmə sistemlərinin dinamik xarakteristikalarının qurulması üsulları üzərində işləmişdir. 1987–1992-ci illərdə SSRİ Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsinin üzvü, Amerika Riyaziyyat Cəmiyyətinin fəal üzvü olmuşdur. 30 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. 3 medalla təltif olunmuşdur. == Ailəsi == Qızı Karine Karlenovna Abqaryan, MAİ-nin dosenti, Rusiya Elmlər Akademiyası Hesablama Mərkəzinin baş alimi. Oğlu Vartan Karlenoviç Abqaryan 1980-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir, MAİ-də elmi işçidir.
Karlen Xudaverdiyev
Karlen Xudaverdiyev (tam adı: Karlen İsgəndər oğlu Xudaverdiyev; 27 may 1935, Bakı – 10 may 2012) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Karlen İsgəndər oğlu Xudaverdiyev 1935-ci il mayın 27-də Qərbi Azərbaycanın Vedinin Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub. 1943-1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxuyub. 1951-1953-cü illərdə Ucar şəhər orta məktəbində oxuyub və oranı qızıl medalla bitirmişdir. 1953-1958-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1958-1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində aspiranturada oxuyub. 1962-ci ildə «İkinci tərtib qeyri-xətti hiperbolik tənliklər üçün qarışıq məsələnin Furye metodu ilə həlli» mövzusunda namizədlik disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1973-ci ildə «Qeyri-xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışıq məsələlər nəzəriyyəsinə dair» mövzusunda doktorluq disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adı alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir 1958-ci ildən 2012-ci ilə qədər BDU-da çalışmışdır. 10 may 2012-ci ildə vəfat edib.
Karlen Ağacanyan
Karlen Levoni Ağacanyan (erm. Կառլեն Լեւոնի Աղաջանյան; 1938, Aşağı Ağcakənd) — Ermənistan polis işçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. == Həyatı == Karlen Levoni Ağacanyan 1938-ci ildə Azərbaycan SSR-nin Şaumyan rayonunda anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi əlili, anası səhhətində ciddi problemlər olan tütünçü idi. O, yerli orta məktəbi bitirmişdir. Daha sonra SSRİ Daxili İşlər Nazirliyinin Rostov Ali Polis Akademiyasında təhsil almışdır. 1961–1977-ci illərdə Şaumyan rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1977–1998-ci illərdə DQMV və DQR polis sistemində işləmişdir. Balaca qardaşı Volodya Levoni Ağacanyan Şaumyan rayon komitəsinin birinci katibi vəzifəsində çalışırdı.Ağacanyan Qarabağ hərəkatı başlayandan sonra Şaumyan rayonu ərazisində partizan müharibə aparmaq üçün fəaliyyət göstərmişdir. Şaumyanda işlədiyi illərdə 1,000-dən çox ov tüfəngi toplaya bilmiş və erməni döyüşçülərini bu silahlarla təmin etmişdir.
бонда́рить гегели́зм нажелти́ть невы́держанность скрыва́ть членоразде́льно вы́чертить кро́нверк прикла́дывание трикотка́цкий чудотво́рность arquebusier flexion incomparable inhume jet up pink tea вырост долевой корневидный малодушничать мощность пасторальный пинок связать