KÁRTOÇKA

[ rus. ]
1. Üzərində bir şey yazmaq üçün düzbucaq şəklində kəsilmiş qalın kağız, ya karton vərəqəsi (kartoteka vahidi kimi). Kataloq kartoçkası. Kartoteka beş min kartoçkadan ibarətdir.
2. dan. Kiçik ölçüdə fotoşəkil. Foto kartoçkası.
[Zabit:] Yenə şübhən qalmışsa, al bax, [Arazın] jandarm idarəsində çəkilmiş əksi, – deyə kartoçkanı ona verdi. A.Şaiq.

3. Bilet və ya vərəqə şəklində vəsiqə. Üzvlük kartoçkası. Müxbir kartoçkası.
– …O biri günü, günorta zamanı mənzilə qayıdıb, masamın üstündə bir vizit kartoçkası tapdım: “Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” məcmuəsinin redaktoru”. Ə.Haqverdiyev.

4. köhn. Norma üzrə ərzaq və s. almaq üçün kəsilmə talonu olan blank. Çörək kartoçkası. Ərzaq kartoçkası. Kartoçka bürosu.
KARTER
KARTOF

Значение слова в других словарях

вы́держанность киноло́гия перерожде́ние пересу́живание проце́сс реиммигра́ция четверти́чный эрите́ма мунди́рный проструга́ть расказа́чивать триа́совый усторожи́ть bow hand compactly cutlet flagellant textureless toepiece вредно лагерный поздравительный присниться сапёр скребковый