kartotekaçılıq
kartuş
OBASTAN VİKİ
Kartric
Kartric (en. cartridge - atəş silahları üçün güllə) — lazer printerləri və surətçıxartma qurğuları üçün nəzərdə tutulmuş xüsusi hissədir. Müəyyən müddətdən sonra, şəkillərin keyfiyyəti aşağı düşməyə başladıqda gurğuların kartiricləri dəyişdirilməlidir.
Boyayıcı lent kartrici
Boyayıcı lent kartrici (en. Ribbon cartridge ) – zərb printerlərində (məsələn, matrisli printerlərdə) kağıza toxunaraq orada simvolların izini qoymaq üçün istifadə olunan mürəkkəbli lent. Bax: CARTRIDGE, DOT-MATRIX PRINTER, IMPACT PRINTER. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş kartrici
Yaddaş kartrici (ing.memory cartridge, ru. картридж памяти)- verilənlər və proqramları yadda saxlamaq üçün ixtiyari erişimli yaddaş (RAM) mikrosxemdən ibarət olan çıxarılıb-taxılan modul. Yaddaş kartriciləri əsasən daşınabilən kompüterlərdə istifadə edilir, çünki onlar daha kiçikdir və disksürənin dəyişdirilməsi kimi daha sadədir (ancaq masaüstü sistemlərə nisbətən daha bahadır). Yaddaş kartricləri enerjini kartricin içərisində olan təkrar yüklənən batareyadan almaqla, adətən, enerji təchizatı kəsildikdə belə tərkibini itirməyən enerjidən asılı olmayan sxemlərdən ibarət olur, ya da yaddaşın tərkibinin saxlanmasını təmin edən ehtiyat elektrik batareyasına malik olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях