KASIB

sif. [ ər. ]
1. Heç bir var-dövləti olmayan, ehtiyac içində yaşayan adam, yoxsul (varlı, dövlətli əksi). Kasıb adam.
– Kasıbdı, bayquşdu, yoxdu bir zadı; Heyif zəhmətinə, haqqı-sayına. Aşıq Ələsgər.
Müsəlmanlar kasıbdırlar, qeyri millətlərdən çox kasıbdırlar və bunun da səbəbi odur ki, müsəlmanların xərci çoxdur. C.Məmmədquluzadə.
Bilirəm kasıb oğlanlarsınız, mənim əlimdəki qızlara evlənib onların nazını çəkə bilməzsiniz. M.S.Ordubadi.

// İs. mənasında.
Kasıbı dəvə üstündə böv vurar. (Məsəl).
Varlı, kasıb bu dünyadan köçərlər; Yaxşını, yamanı görüb seçərlər.
“Koroğlu” □ Kasıb düşmək – yoxsullaşmaq, kasıblaşmaq.
[Məşədi Səttar] axır kasıb düşüb evini satdı. Ə.Haqverdiyev.
[Dilara Bəhruza:] İndi birdən-birə kasıb düşmüş Dilaraya əfsanələr dünyası vəd edirsən! Ə.Məmmədxanlı.

2. Yoxsul, kasıbyana, kasıbvari; yoxsulvari.
Bir azdan sonra kasıb bir süfrə açıldı. A.Şaiq.
[Vidadi:] Kasıb komacığım özümə yetər; Burda yazılmışdır yüzlərlə əsər. S.Vurğun.

3. məc. Zəif, naqis, qüsurlu. Ağıldan kasıb. Bilikdən bir az kasıbdır.
– Bəlkə bu dil çox kasıbdır; Qucağına sığışmayır; Əsrin böyük fikirləri?… B.Vahabzadə.

1. bax kasıbvari, kasıbyana.
[Alı kişinin] kasıbca süfrəsi həmişə dostların qabağında açıq olardı. Koroğlu”.

2. sif. məc. Kiçik, balaca, az.
Canı var süddən bayaz; Kasıbca boydan bir az. Ə.Cavad.

Синонимы

  • KASIB kasıb bax yoxsul
  • KASIB yoxsul
  • KASIB fağır — zavallı — miskin — sadə

Антонимы

  • KASIB KASIB – DÖVLƏTLİ İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın arasında böyük fərq var (Ə.Haqverdiyev)

Этимология

  • KASIB Ərəb mənşəlidir, güman edirəm ki, kasad sözü ilə qohumluğu var. İlkin mə­nası “xırda alverçi” (çərçi) demək olub
KASET
KASIB-KUSUB
OBASTAN VİKİ
Kasıb (Urmiya)
Kasıb (fars. كاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (49 ailə).
Kasıb innovasiyası
Kasıbyana innovasiya — ehtiyacın ödənilməsi üçün ən sadə və mümkün ən səmərəli yolla, minimum vasitələr istifadə etməklə həyata keçirilən innovativ addımları özündə birləşdirir. == Təsvir == Kasıbyana innovasiya prosesi hər hansı şəraitdə həll yolunun tapılması və işlərin həyata keçirilməsi zəncirində mürəkkəblikləri və xərcləri azaltmaq məqsədi daşıyır. Bu durumlarda innovatorun çox vaxt əlində az vasitə olur və o, problemləri "Piramidanın dibi"ndən başlamaqla həll etməyə çalışır. Hər hansı ayrı-seçkilik və lazımsız əlavələr olmadan ehtiyac olan şeyə dəqiq şəkildə cavab vermək üçün həll yolları maksimum saflaşdırılır. Tətbiq və reallaşdırma vasitələri yüngül, aydın və mümkün ən səmərəli şəkildə olmalıdır. Bu, bir tərəfdən xərcləri və qiymətləri azaltmağa xidmət edir, digər tərəfdən, təvazökar innovatorun sahib olduğu vasitələrin azlığından qaynaqlanır. Bu, istehlakçıların real ehtiyaclarını bilməyi və bu biliyə əsaslanıb innovasiya etməyi tələb edir. == Mənşəyi == Kasıbyana və ya sadə innovasiya hind konsepsiyası Jugaad`dan mənbə götürür. Jugaad konsepsiyası hesab edir ki, bu addım, ümumiyyətlə, çətin mühitlərdə atılır. Kasıbyana innovasiyanın ortaya çıxmasında həmçinin inkişafda olan ölkələrin (İOÖ) də böyük rolu var.
Kasıb Abdullah
Abdullah Suraxanov (1875, İmamqulukənd, Hil rayonu – 1934) — 1875-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. O, özünə "Kasıb" təxəllüsünü götürdükdən sonra "Kasıb Abdullah" kimi tanınıb. Kasıb Abdullah uşaqlıqdan fəhlə kimi çalışıb, 20 yaşında isə Bakının bir neçə neft mədənlərində işə düzəlib. Həmin zaman o, digər Ləzgilərlə yanaşı, Bakının bir neçə neft mədənində inqilabi fəaliyyətlə məşğul idi. Bundan qəzəblənən Çar Rusiyası iki dəfə minlərlə ləzgini Bakıdan qovub. İkinci dəfə qovulan fəhlələr arasında Abdullah da var idi. O, həmkəndlisi İbrahimlə bir yerdə Rusiyanın Rostov şəhərinə yola düşür. Sonralar o, Rusiyanın Petrovsk şəhəridə balıq vətəgəsində çalışmağa başlayır. Kəndə qayıtdıqdan sonra Quba pristavı Abdullaha hədə-qorxu gəlirdi. Bununla razılaşmayan Abdullah növbəti dəfə kəndə gələn pristavı bə əlatlarını mühasirəyə alaraq, onları tərksilah edir.
Varlı ata, kasıb ata (kitab)
"Varlı ata, Kasıb ata" — Robert Kiosaki tərəfindən yazılmış maliyyə məsləhətləri kitabı. Kitab maliyyə müstəqilliyini və varlanmağın yatırım yolu ilə, biznesə başlamaq və ya biznez sahibi olmaq yolu ilə mümkünlüyünü və həmçinin İG-nin (intellekt göstəricisi) artırılmasını əhatə edir. Kitabda yazılan hadisələr və misallar Kiosakinin öz həyatından götürülmüşdür. == Haqqında == Robert Kiosaki və Şeron Lekterun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər. Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyi, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir. == Nəşr == Kitab ilk dəfə 1997-ci ildə nəşr edildi. Əvvəlcə kitabın nəşri şəxsi təşəbbüs olduğundan çox yayılmasa da, bir müddətdən sonra kitab bestseller oldu və dünyada 26 milyondan çox nüsxəsi satıldı. == Qəbulu və dəstək == Kitab ümumilikdə 26 milyondan çox satılıb və bəzi tənqidçilərdən müsbət rəy alıb.
Varlı qız, kasıb oğlan (teleserial, 2012)
Varlı qız, kasıb oğlan — türk komediya-romantik filmdir.

Значение слова в других словарях

запры́гаться непреме́нный обыва́тельски промеси́ть дворцо́вый дожёвывание наструни́ться подосла́ть проштампо́вывать скорня́жить солева́рня трикота́жница убо́гость навага cleanoff evaluation furore outstep shimose travois twicer we'll wishbone suspension мудрёность растительность