KAŞKİ
KATİBANƏ
OBASTAN VİKİ
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir. == İstinadlar == == Xarici keçidlər == Katib ne demek?
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Katib Məmmədov
Məmmədov Katib Səfər oğlu — azərbaycanlı heykəltaraş, pedaqoq, dosent, Ukraynanın xalq rəssamı, Beynəlxalq Repin Premiyasının laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının üzvü (1997), "Ukrayna Azərbaycanlılar Konqresi"nin üzvü (1999), Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvü (TSPX) (2008). == Həyatı == Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo... Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası.Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir. "Cahannüma": Ən qədim Osmanlı coğrafiya kitabıdır.
Mirzə Məhəmməd Katib
Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu Allahquliyev (1827, Şuşa – 1889, Şuşa) – şair == Həyatı == Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu 1827-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Katib təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman Mümtaz Katibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi. Mirzə Məhəmməd Katib 1889-cu ildə vəfat edib. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Allahqulu ağanın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 6, səh.9–14.
Bizim katib (film, 1972)
Bizim katib qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. == Məzmun == Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Katib Mehmed Əmin Paşa
Katib Mehmed Əmin Paşa (v. 1715, Qahirə) — I Mahmud dönəmində 2 il 5 ay 28 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == İzzî, Târih, İstanbul 1199, vr. 209b-210a, 214a-b, 260b-261b, 274a, 275b; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 76-78; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 74; Sicill-i Osmânî, IV, 239-240; İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1945, II, 316; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 333-334; Danişmend, Kronoloji2, IV, 33; V, 59; N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 374.
İsmayıl Katib
İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası – 1938)— şair, 1934-cü ildən AYB-nin üzvü. == Həyatı == İsmayıl Novruz oğlu 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır. 03 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.
Sultan Sultanov (birinci katib)
Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). == Həyatı == 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir. == İctimai-siyasi fəaliyyəti == 1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.
ABŞ Dövlət katibi
Dövlət katibi — Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir. == Tarixi == 1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur. 1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Mayk Pompeo, 1789-cu ildən bu yana bu vəzifəni tutan 70-ci şəxsdir. == Vəzifə öhdəlikləri == ABŞ Dövlət Departamentinin və xarici siyasi əlaqələrin idarə edilməsini təmin edir. ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir. Xarici ölkələrlə yüksək səviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi
Dövlət katibi — Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir. == Tarixi == 1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur. 1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Mayk Pompeo, 1789-cu ildən bu yana bu vəzifəni tutan 70-ci şəxsdir. == Vəzifə öhdəlikləri == ABŞ Dövlət Departamentinin və xarici siyasi əlaqələrin idarə edilməsini təmin edir. ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir. Xarici ölkələrlə yüksək səviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir.
Antarktidaya Dair Konvensiya Katibliyi
Antarktidaya Dair Konvensiya Katibliyi (ing. Antarctic Treaty Secretariat) - beynəlxalq təşkilat. == Tarixi == Antarktidaya Dair Konvensiya Katibliyi 1 sentyabr 2004-cü ildə Antarktidaya Dair Konvensiyanın Məsələhət Şurasının bazasında yaradılıb. == Təşkilati strukturu == Katibliyin mənzil qərargahı Argentinanın Buenos-Ayres şəhərində yerləşir. Hazırda təşkilata icraçı katib (Almaniya) rəhbərlik edir.
Azər Qasımov (mətbuat katibi)
Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; d. 22 iyun 1966, Bakı şəhəri) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. == Həyatı == Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirmişdir.1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Katibi
Azərbaycan Respublikasının Dövlət katibi — 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasında mövcud olmuş rəsmi dövlət vəzifəsi. Dövlət katibi 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurasının tərkibində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurası haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Dövlət katibi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təyin edilmiş və vəzifədən azad edilmişdir. Həmin əsasnamədə onun statusu, funksiyaları və səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının Dövlət katibi haqqında Əsasnamə ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. O, Dövlət Şurası haqqında reqlamentə uyğun olaraq onun işini təşkil etmək və Dövlət Şurası üzvlərinin fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasının Prezidenti olmayanda və ya onun tapşırığı ilə Dövlət Şurasının iclaslarında sədrlik etmək səlahiyyətlərinə malik idi.
Azərbaycanın Dövlət Katibi
Azərbaycan Respublikasının Dövlət katibi — 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasında mövcud olmuş rəsmi dövlət vəzifəsi. Dövlət katibi 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurasının tərkibində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurası haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Dövlət katibi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təyin edilmiş və vəzifədən azad edilmişdir. Həmin əsasnamədə onun statusu, funksiyaları və səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının Dövlət katibi haqqında Əsasnamə ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. O, Dövlət Şurası haqqında reqlamentə uyğun olaraq onun işini təşkil etmək və Dövlət Şurası üzvlərinin fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasının Prezidenti olmayanda və ya onun tapşırığı ilə Dövlət Şurasının iclaslarında sədrlik etmək səlahiyyətlərinə malik idi.
BMT Baş Katibi
BMT-nin baş katibi Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreşdir. Antonio Guterres BMT-nin Qaçqınlar üzrə Ali komissarı vəzifəsini icra edir.
BMT Baş katibinin Sülh Quruculuğu Fondu
BMT Baş Katibinin Sülh Quruculuğu Fondu risk altında olan və ya zorakı münaqişələrdən təsirlənən ölkələrdə və ya vəziyyətlərdə sülhü təmin etmək üçün təşkilatın ilk müraciət etdiyi maliyyə alətidir. PBF BMT qurumları, hökumətlər, regional təşkilatlar, çoxtərəfli banklar, milli çox donorlu trast fondları və ya vətəndaş cəmiyyəti təşkilatları ilə investisiya edə bilər. 2006-cı ildən 2020-ci ilə qədər PBF 62 alıcı ölkəyə təxminən 1,47 milyard dollar ayırıb. == Əsas prinsipləri == Fond uğurla sülh quruculuğuna mane olan amillər arasında resursların, xüsusilə də maliyyə resurslarının çatışmazlığı olduğunu nəzərə alaraq yaradılmışdır. Beləliklə, fond sülh prosesinin ilkin mərhələlərində kritik dəstəyi genişləndirməyi hədəfləyir. Onun dizaynı bir neçə əsas prinsipləri özündə cəmləşdirir: Sülh proseslərinə milli mülkiyyətin tanınması Kritik sülh quruculuğu ixtiralarına başlamaq üçün "katalizator" kimi xidmət etmək ehtiyacı Birləşmiş Millətlər Təşkilatının Agentliklərindən, fondlarından və proqramlarından milli qurumlar tərəfindən layihənin həyata keçirilməsinə dəstək olmaq üçün alıcı kimi istifadə etmək Ölkə səviyyəsində ödəniş prosesi kimi fəaliyyət göstərmək2006-cı ilin oktyabrında təsis edildiyi vaxtdan Sülh Quruculuğu Fondu obyekti hazırda Sülh Quruculuğu Komissiyası tərəfindən nəzərdən keçirilən iki ölkə, Burundi və Syerra Leone üçün aktivləşdirilib. Baş katib bu ilin əvvəlində bu iki ölkə üçün hər biri üçün 35 milyon ABŞ dolları ayırıb.
BMT baş katibinin müavini
BMT baş katibinin müavini — Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavinidir. Büro Baş Katibin bir çox inzibati funksiyalarını həyata keçirmək, Katibliyin fəaliyyətinin idarə olunmasına kömək etmək və fəaliyyət və proqramların ardıcıllığını təmin etmək üçün yaradılmışdır. Bu vəzifə 1997-ci ilin sonunda Baş Məclis tərəfindən rəsmi olaraq təsis edilmişdir . Nigeriyalı Əminə Ceyn Məhəmməd, o zaman Baş Katib Antoniu Quterreş tərəfindən Baş katibin müavini təyin edildi. Məhəmməd, Quterreşin prezidentlik müddətinə 1 yanvar 2017-ci il tarixində başladığı gün başladı. == Məsuliyyətləri == Normalda Baş Katib tərəfindən Baş Katibin müavininə həvalə olunan vəzifələrə aşağıdakılar daxildir: Katibliyin fəaliyyətinin idarə edilməsində Baş Katibə kömək etmək; Baş katib olmadıqda və Baş katibin qərar verə biləcəyi digər hallarda Birləşmiş Millətlər Təşkilatının Baş qərargahında Baş Katib adından çıxış edir; Baş katibə fəaliyyətlər və proqramların sektorlararası və qurumlararası uyğunluğunun təmin edilməsində dəstək verməli və Baş katibin Birləşmiş Millətlər Təşkilatının iqtisadi və sosial sahələrdə nüfuzunun və liderliyinin artırılması, o cümlədən daha da gücləndirilməsi üçün səylər göstərilməsi Birləşmiş Millətlər Təşkilatı inkişaf siyasəti və inkişafa kömək üçün aparıcı mərkəz olaraq; Baş katibin qərar verdiyi konfranslarda, rəsmi tədbirlərdə, mərasimlərdə və digər tədbirlərdə Baş katibi təmsil etmək; Baş Katib tərəfindən müəyyənləşdirilə bilən vəzifələri yerinə yetirmək;Baş katib müavininin ofisinin direktoru Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun daimi müşahidəçisidir. == Tarixi == Kanadalı Luiza Freşett, 1998-2005-ci illərdə bu vəzifəni tutan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin birinci müavini idi. Bu vəzifəyə Baş Katib Kofi Annan tərəfindən təyin edilmiş və vəzifəsinə 2 mart 1998-ci ildə başlamışdır. 2005-ci ildə qismən cavab olaraq Freşett ABŞ-nin keçmiş Federal Ehtiyat Sisteminin sədri Pol Volkerin İraqın qida məhsulları üçün proqramını idarə edə bilməməsinə görə tənqidlərinə cavab olaraq istefasını elan etdi. 31 mart 2006-cı ilədək vəzifəsində qaldı.
Birləşmiş Millətlər Təşkilatının Katibliyi
Birləşmiş Millətlər Təşkilatının Katibliyi — Birləşmiş Millətlər Təşkilatının altı əsas qurumundan biridir. Bu təşkilatın icra hakimiyyətidir. Bununla yanaşı, təşkilatın qərar qəbul etmə orqanlarının (Baş Məclis, İqtisadi və Sosial Şura, Təhlükəsizlik Şurası) gündəliyini müəyyənləşdirir və qərarlarını həyata keçirir. Baş Məclisin təyin etdiyi Baş katib katibliyin rəhbəridir. == BMT Katibliyi ofislərinin yeri və quruluşu == BMT Katibliyi aşağıdakı əsas təşkilati bölmələrdən ibarətdir: Baş Katibliyinin İcra Aparatı; Baş Məclis və Konfrans İdarəetmə Şöbəsi; Siyasi və Barışıq İşləri şöbəsi; Silahsızlaşdırma İşləri İdarəsi; Sülhməramlı Əməliyyatlar İdarəsi; Sahə Dəstəyi şöbəsi; Hüquq İşləri İdarəsi; İqtisadi və Sosial Məsələlər şöbəsi; Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Katibliyi; Birləşmiş Millətlər Təşkilatının Ətraf Proqramının Katibliyi; Birləşmiş Millətlər Təşkilatının İnsan məskunlaşma proqramının Katibliyi; Narkotik və Cinayətkarlıq İdarəsi; Afrika İqtisadi Komissiyasının Katibliyi; Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya Katibliyi; Avropa İqtisadi Komissiyası Katibliyi; Latın Amerikası və Karib Denizi İqtisadi Komissiyasının Katibliyi; Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiya Katibliyi; Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisi; == BMT Katibliyinin heyəti == BMT Katibliyinin işçiləri Baş Assambleya tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir. Baş katib və katiblik işçiləri yalnız BMT-yə cavabdehdirlər və üzv dövlətlər heyətin vəzifələrinin icrasına təsir göstərməkdən çəkinməlidirlər.31 dekabr 2018-ci il tarixində Katibliyin ümumi heyəti 172 ölkədən olmaqla 37.505 nəfərdən ibarət idi.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Katibləri
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. == Haqqında == Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. == Birinci katiblər == Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. === İkinci katiblər === Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
Dövlət katibi
ABŞ Dövlət katibi
Hizbullahın baş katibi
== Hizbullahın baş katibləri siyahısı ==
Hüseyn Əhmədov (dövlət katibi)
Əhmədov Hüseyn Səidəliyeviç (1950) — Çeçenistan siyasətçisi. Çeçen-İnquş SSR Müvəqqəti Ali Şurasının sədri (1991), tanınmamış Çeçenistan İçkeriya Respublikası Parlamentinin sədri (1991–1993), İçkeriya Çeçen Respublikasının dövlət katibi (1999—?) vəzifələrində çalışmışdır. == Bioqrafiya == 1950-ci ildə Qazaxıstan SSR -də anadan olub. Çeçen-İnquş Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Çeçen-İnquş Tədqiqat Tarix, İqtisadiyyat, Sosiologiya və Filologiya İnstitutunda elmi işçi kimi çalışmışdır. 19-cu əsrin sonlarında Çeçen-İnquşetiya tarixini öyrənmişdir. "Çeçen-İnquşetiyanın Rusiyaya könüllü daxil olması" rəsmi konsepsiyasını tənqid etdiyi üçün 1985-ci ilin əvvəlində institutdan ayrılmalı və Calka kəndində müəllim işləməli idi.1990-cı ilin martında Çeçen-İnquş ASSR Ali Sovetinə seçildi. Qida və Mallar üzrə Fövqəladə Komissiyanın üzvü təyin edildi. "Könüllü giriş" anlayışını nəzərdən keçirən komissiyanın üzvü idi. 1990-cı ilin noyabrında, ilk Çeçen milli qurultayında, icra komitəsinin üzvü seçildi.
Kamil Katibli
Kamil Katibli - Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri K.Katibli 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Tələbə ikən 1969-cu ildə Əlcazirə SSRİ Müdafiə Nazirliyinin xətti ilə ezamiyyətə göndərilmişdir. 1971-1973-cü illərdə ordu sıralarında hərbi tərcüməçi kimi xidmət etmişdir (Yəmən Ərəb Respublikası). 1974-1976-cı illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin təşkilat-təftiş şöbəsinin müfəttişi olmuşdur. 1976-1979-cu illərdə İraqda SSRİ Müdafiə Nazirliyinin xətti ilə hərbi tərcüməçi kimi uzunmüddətli ezamiyyətə göndərilmişdir. 1979-1980-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında tərcüməçi, baş redaktor vəzifəsində işləmişdir. 1980-1983-cü illərdə xarici ezamiyyətdə olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ərəb ölkələrinə radioyayım Baş redaksiyasında redaktor, böyük redaktor vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdarəsinin ümumi şöbəsində birinci dərəcəli mütəxəssis, rəhbərliyin katibliyində mətbuat katibi, Mətbuat mərkəzində baş mütəxəssis, böyük referent, mərkəzin rəhbəri vəzifəsində olmuşdur. 1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatın) məxfi şöbəsinin müdiridir.
Korporativ katibi
Korporativ katibi — Korporativ İdarəetmə Məcəlləsinə görə səhmdarlarla qarşılıqlı əlaqəni, səhmdarların hüquq və mənafelərini qorumaq üçün şirkətin fəaliyyətlərinin koordinasiyasını, həmçinin direktorlar şurasının işini təmin edən bir səhmdar cəmiyyətin (şirkətin) işçisi. Korporativ katibin fəaliyyəti şirkətin inkişafını sahiblərinin mənafeyi naminə idarəetmənin səmərəliliyinin artırılmasına, şirkətin investisiya cəlbediciliyinin artırılmasına, kapitallaşmasının artırılmasına, müəssisənin gəlirliliyinin artırılmasına yönəldilmişdir. Korporativ katibdən vəzifələrini yerinə yetirmək üçün kifayət qədər müəyyən səviyyədə peşəkar bilik, təcrübə və vərdişlərə sahib olması tələb olunur. Korporativ katib qüsursuz bir nüfuza sahib olmalı və səhmdarlar tərəfindən etibar edilməlidir. Korporativ katibin səhmdar cəmiyyətinin icra orqanlarından kifayət qədər müstəqilliyi olmalı və tapşırıqları yerinə yetirmək üçün səlahiyyəti və mənbələri olmalıdır. == Yaranması == Korporativ katiblik institutu XIX əsrin ortalarında Böyük Britaniyada yaranmışdır. 1855-ci ildə ölkədə məhdud məsuliyyət leqallaşdırıldı və 1862-ci ildə ilk Şirkətlər Qanunu qəbul edildi və bu, səhmdar cəmiyyətlərinin sayının sürətlə artmasına səbəb oldu. 1892-ci ildə Böyük Britaniyada onsuz da 15 min cəmiyyət var idi. Korporativ idarəçiliyinin təşkilini asanlaşdırmaq üçün şirkət katibi vəzifəsi ortaya çıxdı. 1891-ci ildə onların maraqlarını təmsil etmək üçün Böyük Britaniyada Katiblər İnstitutu (Institute of Secretaries) quruldu.
Mətbuat katibi
Mətbuat katibi — bir təşkilat və ya şəxs adından danışmağa səlahiyyətli bir şəxsdir. Mətbuat katibləri əsasən təcrübəli, uzun müddət işləyən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən şəxslər arasından seçilir. == Vəzifə və funksiyaları == İndiki mediaya həssas dünyada bir çox təşkilatın, ictimaiyyətə etmiş olduğu elanların ən uyğun şəkildə və uyğun formada həyata keçirilməsi yollarını və üsullarını təmin etmək üçün jurnalistika, rabitə, ictimaiyyətlə əlaqələr və ictimai münasibətlər üzrə rəsmi təhsil almış mütəxəssisləri işə cəlb etmək ehtimalı getdikcə artmaqdadır. Əlverişli mesajların təsirini artırmaq və xoşagəlməz mesajların təsirini minimuma endirmək üçün ən uyğun üsul kanallardır. Məşhur yerli və milli idman ulduzları (məsələn Michael Jordan və ya Bob Uecker kimi) və ya televiziya və film ulduzları (Beyoncé və ya Michael J. Fox kimi) kimi məşhur şəxslər tez-tez kommersiya reklamları üçün sima olaraq seçilirlər. 2017-ci ilin avqust ayından etibarən Kayleigh McEnany və Michael Tyler sırasıyla RNC və DNC-nin rəsmi nümayəndəsi vəzifələrini icra etmişdirlər. == Məsuliyyətləri == Şəxsi tanışlıq verən bir fərddən fərqli olaraq, təşkilatın mövqelərini öz fikirləri ilə zidd olsa belə sədaqətlə təmsil etmək və müdafiə etmək mətbuat katibinin işidir. Nəticə etibarilə mətbuat katibləri ümumiyyətlə təcrübəli, uzun müddət işləyən işçilərdən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən digər şəxslərdən seçilirlər. == Şəxsiyyət == Bir şirkəti ictimaiyyət qarşısında həmin şirkətin baş meneceri, sədri və ya prezidenti, maliyyə direktoru, vəkili və ya xarici hüquq məsləhətçisi təmsil edə bilər. Əlavə olaraq, gündəlik səviyyədə və daha çox rutin elanlar üçün iş, rəsmi nümayəndə kimi çıxış edəcək olan korporativ rabitə və ya investor əlaqələri şöbələrinə (və ya ekvivalentlərinə) də həvalə edilə bilər.
NATO baş katibi
NATO baş katibi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yüksək vəzifəli şəxsidir. Təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər. Hal-hazırda NATO baş katibi vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen tutur. 28 mart 2014-cü ildə Şimali Atlantika Şurası, 1 oktyabr 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamaqla, Norveçin keçmiş baş naziri Yens Stoltenberqi NATO-nun növbəti baş katibi seçdi.

Значение слова в других словарях

ва́ська запле́чный лагли́нь нежда́нно-нега́данно пыленепроница́емый стакка́то стру́нный ферромагне́тик дочища́ть на всём гото́вом позёвывать пронумерова́ть сероула́вливающий crêpe suzette degerminator lambrequin mickey finn poetic justice rifle range termer thionyl undersheriff провалить состав чаровница