KAYA
KEC
OBASTAN VİKİ
Ariel Kebbel
Ariel Kebbel (ing. Ariele Kebbel; 19 fevral 1985, Vinter-Park[d], Florida) — amerikalı aktrisa və modeldir. Amerika Tortu: Düşərgə Kamandası (2005), Con Tuker Ölməlidir (2006), Akuamarin (2006) və Vampir Məni Dişlədi (2010) filmləri ilə tanınır. Eyni zamanda Gilamur Qızları (2003-04), Vampirin gündəlikləri (2009-2014), Gözlənilməyən həyat (2010) və 90210 (2011-13) teleserialları da ona uğur gətirən filmlərdəndir. == Həyatı və model karyerası == Ariel Florida ştatının Vinter Park şəhərində doğulub. Anası Şeri, öz şəxsi kompaniyasənda istedadlı menecerdir. Ariel Üinter Parkda yerləşən Crenshaw School məktəbində məzun olub. O 2002-ci ildə Miss Florida Teen USA tamaşasında iştirakçı kimi çıxış edib. Aktrisalığa başlamazdan əvvəl, Ariel model şirkətində çalışırdı. Həmin vaxtlar o, Maxim, H, Lucky, Men's Health, FHM, kimi jurnallarda görünürdü.
Echinops kebericho
Echinops kebericho (lat. Echinops kebericho) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Kebbi ştatı
Kebbi ştatı (ing. Kebbi State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kebek xan
Kebek xan (?-1326) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Böyük qardaşı İsen-Buğa xanın 1319-cu ilin ilk aylarında ölümündən sonra Kebek xan, Cıağatay xanlığının hakimi məqamına gəlmişdir. Kebek xan böyük qardaşları Künçük xan və İsen-Buka xanın zamanından bəri şəxsiyyəti, mübarizliyi və komandanlıq vəsfləri ilə tanınmış və cığataylılar tarixində ilk dəfə adına pul kəsdirən hökmdar olaraq ünlənmişdir. Bu, o zamana qədər sadəcə kim tərəfindən zərb olunduğu bəlli olmayan pullar işlənən Cığatay xanlığının rəsmən istiqlalını sübut etməsi deməkdir. Kebek xanın kəsdirmiş olduğu pullar o qədər məşhur olmuşdur ki, ruslarda xırda pul qarşılığı işlənilən Kopeek kəliməsinin Kebekidən (Kebekin kəsdirdiyi pul) gəldiii biliniir. Kebek xan xanlığın mərkəzini də dəyişdirmiş və Karşı çevrəsinə daşımışdır. Ölümündən sonra xələfi İlçigiday xan, 1326-cı ildə xanlığa gətirilmiş fəqət eyni il toplanan qurultayda Tarmaşirin xan, xanlıq məqamına gətirilmişdir.
Kebeloba
Kebeloba — Azərbaycan Respublikasının Zaqatala rayonunun Car inzibati ərazi vahidində kənd. == Tarixi == Kebeloba kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, təqr. XVI-XVII əsrlərdə Dağıstanın Kabal kəndindən köçüb gəlmiş kabal (kebel) nəslinə mənsub ailələr Zaqatala rayonunun Car kəndində məskunlaşmış, Kebeloba kəndinin ərazisi isə onların müvəqqəti binə yeri olmuşdur. Sonralar isə kebellər burada daimi məskunlaşmış, kəndə də bu adı vermışdilər. Oykonim "kebellərin obası" mənasındadır. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kebili (vilayət)
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kebili vilayəti
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kebir Cami (Ağməscid)
Kebir Camí (krımtat. Kebir Cami, Кебир Джами) — Simferopol şəhərində cümə məscidi. Krımın əsas məscidi hesab edilir. Burada Müftinin rezidensiyası və Krım müsəlmanlarının dini idarəsi yerləşir. Məscid Kurçatov küçəsində yerləşir. Simferopolun ən qədim tikilolərindən biridir == Əsasının qoyulması == Kebir Cami Simferopolun ən qədim tikililərindənbiridir. Məscid 1508-ci ildə Hacı Əbdürəhim bəy tərəfindən 1508-ci ildə inşa edilişdir. O, məscidi I Məngli Gərayın ona bəxş etdiyi torpaqda inşa edilmişdir. Bunu məscidin bu günə kimi qalmış daş kitabəsi təstiqləyir. Deyilənə görə hazırda Simferopol adlandırılan Ağ məscidin adı bir məscidlə əlaqədardır.
Kebrada-de-Umauaka
Kebrada-de-Umauaka (isp. La Quebrada de Humahuaca) — Argentinanın şimal-qərbində yerləşən Buenos Ayresdən 1,649 kilometr (1025 mil) şimalda dar vadi. Şimal — cənub istiqamətində uzanan 155 km (96 mil) uzunluqluğundakı vadi şimal və qərbdə Altiplano, şərqdə And dağları və cənubda isti vadilər (Valles Teplados) ilə əhatə olunmuşdur. Kebrada adı (hərfi mənada "qırıq") dərin dərə və ya yarğan deməkdir. Umauaka adı, 11,000 əhalisi olan kiçik bir şəhərdən gəlir. Böyük çay (isp. Rio Grande) qışda quruyur, yayda isə Kebrada boyunca axır. Bölgə iqtisadi, sosial və mədəni tranzit nöqtəsidir. Əhəmiyyətli tarixdən öncəki xarabalıqların kəşfi ilə bölgənin ilk ovçu yığan icmalardan bəri 10 min ildir ki, məskunlaşdığı qənaətinə gəlinmişdir. V əsrdə İnk İmperiyası yarımada döyüşləri zamanı La Plata vitse krallığı ilə Peru krallığı arasındakı karvan yolu idi.
Kebrada de Humahuaka
Kebrada-de-Umauaka (isp. La Quebrada de Humahuaca) — Argentinanın şimal-qərbində yerləşən Buenos Ayresdən 1,649 kilometr (1025 mil) şimalda dar vadi. Şimal — cənub istiqamətində uzanan 155 km (96 mil) uzunluqluğundakı vadi şimal və qərbdə Altiplano, şərqdə And dağları və cənubda isti vadilər (Valles Teplados) ilə əhatə olunmuşdur. Kebrada adı (hərfi mənada "qırıq") dərin dərə və ya yarğan deməkdir. Umauaka adı, 11,000 əhalisi olan kiçik bir şəhərdən gəlir. Böyük çay (isp. Rio Grande) qışda quruyur, yayda isə Kebrada boyunca axır. Bölgə iqtisadi, sosial və mədəni tranzit nöqtəsidir. Əhəmiyyətli tarixdən öncəki xarabalıqların kəşfi ilə bölgənin ilk ovçu yığan icmalardan bəri 10 min ildir ki, məskunlaşdığı qənaətinə gəlinmişdir. V əsrdə İnk İmperiyası yarımada döyüşləri zamanı La Plata vitse krallığı ilə Peru krallığı arasındakı karvan yolu idi.
Kebuano dili
Sebuan dili (Sebuano) (Sinugboanon, Binisayang Sinugboanon, Cebuano, Sebwano), Filippinin yerli dillərindən biridir. Sebuano dili Avstroneziya dillərinə daxildir. 2007-ci il məlumatlarına görə Sabuanca danışanların sayı 21 milyondur. == Sözlər müqayisəsi == === Cümlələr və Mənfilik === Üç formada mənfi cümlələr yaradılır: dili, wala və ayaw. Dili gələcəyi bildirərkən istifadə olunur. Dili ko mo trabaho ugma. “Sabah işə gəlməyəcəm.” Wala keçmişi bildirərkən istifadə olunur. Wala ko mo trabaho tibuok adlaw. “Mən bütün günü işləmədim” Ayaw əmir cümlələrini ifadə etmək üçün istifadə olunur. Ayaw og hilak.
Çarlz Pirr Kebell
Çarlz Pirr Kebell (azərb. Charles Pearre Cabell‎; 11 oktyabr 1903, Dallas – 25 may 1971, Arlinqton dairəsi, Virciniya) — ABŞ hərbçisi və kəşfiyyatçısı. O, ABŞ Hərbi Hava Qüvvələrinin generalı və Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini (1953–1962) olmuşdur. == Erkən həyatı == Çarlz Pirr Kebell 11 oktyabr 1903-cü ildə ABŞ-də, Texasın Dallas şəhərində anadan olmuşdur. O, Dallasda Oak-Kliff Liseyində oxumuş və 1925-ci ildə Vest-Poyntı bitirmişdir. == MKİ karyerası == 23 aprel 1953-cü ildə, hələ də aktiv hava qüvvələri zabiti olduğu dövrdə Kabell Allen Dalles rəhbərliyi altında MKİ direktorunun müavini təyin edilmişdi. 1956-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Richard Bissell ilə birlikdə o, Qərbi Almaniya kansleri Konrad Adenauerə ultra məxfi U-2 casus təyyarəsi haqqında məlumat vermək üçün Bonna səfər etmişdi. Kabell şəxsən Kansler Adenauerlə U-2-nin Visbadendə yerləşdirilməsi və oradan da SSRİ üzərindən qeyri-qanuni uçmaq üçün icazə almaq üçün danışıqlar aparmışdı. Məhz U-2 proqramı Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Allen Dallesə Xruşşov və Eyzenhauer arasında keçirilən sülh sammitini pozmağa imkan vermişdi.Kabell 1958-ci ildə tam general rütbəsinə yüksəlmiş və 31 yanvar 1962-ci ildən etibarən həqiqi hərbi xidmətdən təqaüdə çıxmışdı.Cabell , Donuzlar Körfəzinin işğalının uğursuzluğundan sonra 31 yanvar 1962-ci ildə prezident Kennedi tərəfindən direktor müavini vəzifəsindən istefa verməyə məcbur oldu. Kennedi bu şəhəri ziyarət edərkən və 22 noyabr 1963-cü ildə öldürüləndə Cabellin qardaşı Erl Kabell Dallasın meri idi .
апостерио́ри вспо́мниться домы́каться коммуника́бельность краси́вость отста́ивание потрепыха́ться протежи́ровать пу́щий разгиба́тель аннекси́ровать винова́тые двупе́рстие нелюбопы́тство трепета́ние трёхсло́жный ухищрённый сектор alfalfa all-terrain vehicle j plumb press on виртуоз горазд