KEFLİ

sif.
1. İçki içərək keflənmiş; sərxoş. Kefli adam.
– Rəşid bəy bərk kefli idi, ona görə də nə dil aça bildi, nə bir söz dedi, ancaq zarıldayıb zıqqıldayırdı. E.Sultanov.

2. bax kefçi 2-ci mənada.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KEFLİ kefli bax sərxoş
  • KEFLİ nəşəli — zövqlü — şən
  • KEFLİ dəm — sərxoş

Antonimlər (əks mənalı sözlər)

  • KEFLİ KEFLİ – AYIQ Bəlkə... bəlkə keflisən? (C.Əmirov); Bu başlarla aşıq-aşıq oynayan; Çevik əldə, ayıq başda nə günah (M
KEFLƏNMƏK
KEFLİ-DAMAQLI
OBASTAN VİKİ
Kefli
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, Qızılqoç rayonunda kənd. Kefli — Basarkeçər rayonunda ləğv olunmuş kənd.
Kefli (Ağbaba)
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, sonra Basar-Keçər rayonunda. indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Ssoveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur. İkinci Qoşabulaq və Qırxbulaq da adlanmışdır. 1978-ci ildə kənd ermənicə Kanasavar adlandırılmışdır. Əsli Kavlı.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.

Digər lüğətlərdə

втаска́ть кантиле́на менестре́ль перелу́живание предше́ствование преупря́мо разду́тый серпоклю́в уэ́повец шовинисти́ческий экспро́мтный вде́лываться волосно́й жре́ческий нескро́мно охола́щивать прига́рина вятичи страус хлупнуть addressing machine harlequin snake indigo yaourt подписной