KEPTAL
KERESTE
OBASTAN VİKİ
Aleksandr Kerenski
Aleksandr Fyodoroviç Kerenski (rus. Алекса́ндр Фёдорович Ке́ренский; 22 aprel (4 may) 1881 və ya 2 may 1881, Simbirsk – 11 iyun 1970[…], Nyu-York, Nyu-York ştatı) — Rusiya siyasətçisi, Fevral İnqilabının öndərlərindən biri, müvəqqəti hökumətin baş naziri. Rusiya Sosialist İnqilabçı Partiyanın üzvü olub.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.
Echinops keredjensis
Echinops keredjensis (lat. Echinops keredjensis) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Etgar Keret
Etqar Keret (ivr. ‏אתגר קרת‏‎, d. 20 avqust 1967) — qısa hekayələri, qrafik novellaları və ssenariləri ilə məşhur olan İsrail yazıçısı. == Həyatı == Etqar Keret 1967-ci il 20 avqust İsrailin Ramat Qan şəhərində anadan olmuşdur. O Polyak əsilli Holokost soyqırımının sağ qalan qurbanlarının üçüncü övladıdır. Keret Ramat-Qanda Ohel Şem şəhər məktəbini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Tel-Aviv universitetində yalnız xüsusi istedadlı abuturientlərin qəbul olduğu, həmçinin bakalavr və magistratura təhsilini başa vurulması mümkün olan bir sıra fənnlər üzrə hazırlanmış xüsusi proqrama daxil olmuş, beş il təhsil almasına baxmayaraq, təhsilini tamamlamamışdır. Hal-hazırda Neqevdə Ben Qurion adına universitetin ibri dili və ədəbiyyatı şöbəsində professor vəzifəsində çalışır. Məşhur İsrail aktrisası, ssenaristi və kinorejissoru, Şira Qefenlə ailəlidir və bir oğul övladı var. Tel-Əviv şəhərində yaşayır.
Etqar Keret
Etqar Keret (ivr. ‏אתגר קרת‏‎, d. 20 avqust 1967) — qısa hekayələri, qrafik novellaları və ssenariləri ilə məşhur olan İsrail yazıçısı. == Həyatı == Etqar Keret 1967-ci il 20 avqust İsrailin Ramat Qan şəhərində anadan olmuşdur. O Polyak əsilli Holokost soyqırımının sağ qalan qurbanlarının üçüncü övladıdır. Keret Ramat-Qanda Ohel Şem şəhər məktəbini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Tel-Aviv universitetində yalnız xüsusi istedadlı abuturientlərin qəbul olduğu, həmçinin bakalavr və magistratura təhsilini başa vurulması mümkün olan bir sıra fənnlər üzrə hazırlanmış xüsusi proqrama daxil olmuş, beş il təhsil almasına baxmayaraq, təhsilini tamamlamamışdır. Hal-hazırda Neqevdə Ben Qurion adına universitetin ibri dili və ədəbiyyatı şöbəsində professor vəzifəsində çalışır. Məşhur İsrail aktrisası, ssenaristi və kinorejissoru, Şira Qefenlə ailəlidir və bir oğul övladı var. Tel-Əviv şəhərində yaşayır.
Kerefto məbədi
Kerefto məbədi və ya Herakl məbədi — Güney Azərbaycan ərazisində, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin sərhədində, Kerefto dağlarında həm özünün memarlığı, həm də otaqlardan birinə girişin üzərində həkk olunmuş yunan apotropeik yazısı ilə nəzəri cəlb edən erkən Atropaten dövrünə aid qaya məbəd kompleksi. Yazının mətnində deyilir: "Ἡρακλῆ ἐνάδε κατοικεῖ·μηθὲν ἰσέλθοι κακόν" - "Burada Herakl yaşayır, hər cür pislikdən uzaq olsun". == Tarixi == === Təyinatı === Kereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti olduğunu iddia edir. Digər tədqiqatçılar isə əksinə, qayalıqlarda oyulmuş otaqlar kompleksinin mülki səciyyə daşıdığını söyləyirlər. Onlar belə hesab edirlər ki, bu kompleks yunan hərbi hissəsinin yerləşdiyi obyekt olmuşdur və Böyük Madanın şimal sərhədlərinin onu əhatə edən "barbar" xalqlardan müdafiəsi həmin hərbi hissənin vəzifəsi olmuşdur.Kereftonun yaşayış kompleksi olduğunu iddia edən alimlər qeyd edirlər ki, Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır.Bu nöqteyi-nəzərin tərəfdarları habelə Kerefto kompleksinin təcrid halında olduğunu, kompleksin böyük yollardan kənarda yerləşdiyini, yalnız otlaq yeri kimi istifadə oluna biləcək, kasıb bitki örtüyünə malik olan ərazidə qərarlaşdığını qeyd etmişlər.A. Fazili qeyd edir ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur. İkincisi, kompleksin bu cür funksional təyinatlı halında sərhəd məntəqəsini "təcrid olunmuş yerdə, böyük yollardan kənarda" yerləşdirmiş rəhbərliyin məntiqi tamamilə anlaşılmazdır. Çünki düşmən müdaxilələrini yalnız böyük yolların mövcud olduğu yerlərdə gözləmək olardı. === Herakl məbədi === Ətrafda yaşayan əhalinin bayramlar keçirmək və qurban vermək üçün toplaşa biləcəyi Kerefto kimi bir yerdə sitayiş obyektinin əsasının qoyulması fikrinin həqiqətə daha yaxın olduğunu güman edilir.
Kereklər
Kereklər (özlərini аnkalqakku — «sahil adamları», аrаkıkku — Çukot dilində. Kerekit) — Paleoasiya xalqlarından biri olaraq Rusiya ərazisində yayılmışlar. 2010-ci məlumatına görə dünyada cəmi 4 nəfər kerek yaşamaqdadır. 2002-ci ildə cəmi 8 nəfər özlərini kerek hesab edirdi. 1959-ci il siyahıya alınmasına görə sayları 100 nəfər təşkil edirdi. Onlar əsasən Çukot Muxtar Dairəsinin Berinqovski rayonu Meynıpilqno, Xatırka, Berinqovski kəndlərində yayılmışlar. Onlar Çukçalarla birgə qəsəbələrdə yayılmışdılar. Onlar əsasən Çukçaların daxilində assimilyasiya olunmuşlar. == Dil, ədəbiyyat, folklor == Onlar əsasən Çukot dili və rusça danışırlar. Zəif şəkildə olsada Kerek dilini bilirlər.
Kerem
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin —Yaşayış məntəqələriQaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.DigərKərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Kerem Behnke
Kerem Behnke (alm. Kerem Behnke‎; d:1.5.1994) — Almaniyanın 4-cü liqasında çıxış edən "Neustrelitz" futbol klubunda oynayan Azərbaycan milli futbolçusu. "Volfsburq" klubunun yetirməsidir. U-21 Avropa çempionatının təsnifat mərhələsində Rusiya milisi ilə keçirilən görüşdə 2 dəfə fərqlənmiş və Azərbaycan millisi 3-0 hesabı ilə qalib gəlmidir.
Kerem Bursin
Kerem Bursin (4 iyun 1987, İstanbul) — türk aktyoru və prodüseri.Hollivudda çəkilən filmlərdə ingiliscə və türkcə rollar aparır.
Kerem Demirbay
Kerem Demirbay (3 iyul 1993) — Qalatasaray FK klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən Almaniyada doğulmuş Türkiyə futbolçusu. O, Türkiyə millisinin gənclər komandasında çıxış etsə də sonradan Almaniyanın əsas milli komandasını seçdi.
Kerem Kirsever
Kerem Kirsever (19 avqust 1994) — Türkiyəli oxatan. Kerem Kirsever Türkiyəni 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Kerem Kirsever birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 174-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Kerenin binası (Taqanroq)
Kerenin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina klassizm stilində inşa edilmişdir. XIX əsrində Şmidt küçəsi, ev 12 ünvanında inşa edilmişdir. == Tarixi == Bina klassizm stilində XIX əsrin əvvəllərində mühəndis Dyumon de Laryunun layihəsi əsasında inşa edilmişdir. Hazırda bina Şmidt küçəsi]], ev 12 ünvanında yerləşir. İki yüz il mövcudluğu müddətində bina dəfələrlə sahibini dəyişmişdir. Üstəlik binanın təyinatında belə dəyişikliklər olmuşdur. 1810-cu il məlumatına görə binanın sahibi Paxl Daro olmuşdur. Halbuki, obaşqa şəhərdə qeydiyyatda idi.
Kerepeşi məzarlığı
Kerepeşi məzarlığı (mac. Kerepesi úti temető or Kerepesi temető) — Macarıstanın Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. Bura Macarıstan tarixində indiyə kimi qorunub saxlanılmış ən qədim məzarlıqlardan biridir. == Tarixi == 1847-ci ildə qurulan Kerepeşi məzarlığı Keleti dəmir yolunun yaxınlığında, Yojefvaroşun çölünə yerləşir. Bura Budapeşt şəhərinə 2 km-lik məsafədə yerləşməsinə baxmayaraq şəhərin daxili məzarlığı sayılır. Kerepeşi məzarlığı təxminən 56 hektarlıq ərazini əhatə edir və Avropanın ən böyük milli sərdabələrindən biridir. Məzarlıqda ilk dəfn mərasimi 1849-cu ildə açılışından 2 il sonra həyata keçirilmişdir. Həmin gündən bir çox macar dövlət adamları, yazarlar, heykəltaraşlar, elm adamları, sənətçilər burada dəfn edilmişdir. 1885-ci ildə məzarlıq “Şərəfli torpaq” elan edilmişdir. Buradakı ən qədim məzar 1855-ci ildə vəfat etmiş Mixali Vöröşmartiyə aiddir.
Keret evi
Keret evi — Polşanın Varşava şəhərində tikili və sənət qurğusudur. Bura memarlıq şirkəti vasitəsilə memar Yakob Szczesny tərəfindən tərtib edilib. Ən dar yeri 92 santimetr (3.02 ft), ən geniş yeri isə 152 santimetr (4.99 ft) olmaqla dünyada ən dar ev olaraq məşhurlaşmışdır. İki mərtəbəli sənət qurğusuna binanın ilk icarəçisi olan İsrail yazıçısı və rejissoru Etqar Keretin adı verilmişdir. == Quruluşu == Dəmirdən quraşdırılmış tikili iki mərtəbədən ibarətdir və bir yataq otağı, mətbəx, vanna otağı və yaşayış sahəsindən ibarətdir. İki açılmayan pəncərəsi var və günəş işığı həmçinin divarları təşkil edən şəffaf şüşə panellərdən keçir. Bütün daxili rəng ağ rəngdədir və binanın elektrik enerjisi qonşu bir binadan alınır. Ev xüsusi su və kanalizasiya texnologiyasına malikdir və şəhəri təmin edən su sistemlərinə qoşulmur. Kiçik ölçülərinə görə bina yalnız kiçik bir soyuducuya sahibdir və sakinlər mərtəbədən mərtəbəyə qədər getmək üçün nərdivandan istifadə edirlər. Binaya giriş qapalı olduqda yaşayış sahəsinə çevrilən geri çəkilən pilləkənlər vasitəsilə mümkündür.Keret evinin inşası Varşava şəhər bələdiyyəsi və Polşa Müasir İncəsənət Fondu tərəfindən dəstəkləndi.
Kerey Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Kerey xan (Qazax xanı)
Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; 1425 – 1473, Qazax xanlığı) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.
Layoş Kerestaş
Layoş Kerestaş (mac. Lajos Keresztes; 30 aprel 1900 – 9 avqust 1978, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Olimpiya və Avropa çempionu. O, Paris Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşində gümüş medalı qazanmışdır. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşində qızıl medala yiyələndi. Güləş karyerasını bitirdikdən sonra məşqçi oldu. İkiqat Olimpiya çempionu İştvan Kozma və dünya çempionu Dyordya Quriçanın məşqçisi olmuşdur.
Matyo Kereku
Matyo Kereku (fr. Mathieu Kérékou; 2 sentyabr 1933[…] – 14 oktyabr 2015, Kotonu) — Benin hərbi və dövlət xadimi, iki dəfə ölkə prezidenti, briqada generalı vəzifələrində çalışıb. == Bioqrafiyası == === Erkən illəri === Ölkənin şimal-qərbində anadan olub, milliyyətcə Somba. Hərbi təhsilini Mali və Seneqalda alıb. 1960-1961-ci illərdə Fransa ordusunda xidmət edib. 1961-1963-cü illərdə o, prezident Hubert Maqinin köməkçisi olub. 1967-ci ildə əmisi oğlu Moris Kuandete hakimiyyətə gələrək Hərbi İnqilab Şurasının 1-ci müavini, sonra sədri olanda hərbi çevrilişdə iştirak etdi. 1968-1970-ci illərdə Fransada hərbi məktəbdə təhsil alıb. Vətənə qayıtdıqdan sonra mayor rütbəsi, baş qərargah rəisinin müavini və Ouidada paraşüt bölməsinin rəisi vəzifəsini almışdır. === Birinci prezidentlik === 26 oktyabr 1972-ci ildə polkovnik-leytenant rütbəsində olan digər üç polkovnik-leytenant (Aikpe, Assogba və Alladaye) ilə birlikdə inqilab elan edilən hərbi çevriliş həyata keçirdi.
Pol Keres
Pol Petroviç Keres (est. Paul Keres; 7 yanvar 1916, Nаrvа, Petroqrad quberniyası, Rusiya imperiyası — 5 iyun 1975, Helsinki, Finlandiya) — Estoniya və Sovet şahmatçısı. Pol 1930-cu illərin ortalarından 1960-cı illərin ortalarına qədər dünyanın top oyunçuları arasında olub. Keres dünya çempionatında 5 dəfə az fərqlə çempionluq şansını qaçırıb. O 1938-ci ildə AVRO turnirində qalib gəldi hansi ki, bu ona Aleksandr Alyoxinlə yarışma imkanı yaratdı. Amma İkinci Dünya Müharibəsi görə oyun keçirilmədi. Müharibədən sonra Keres 4 dəfə ardıcıl Namizədlər Turnirində ikinci yeri tutdu. Bu və digər nəticələr ərzində bəzi şahmat tarixçiləri hesab edirdilər ki, dünya çempionu olmayan ən güclü oyunçudur və tarixin ən böyük oyunçularından biridir. Ona "Pol İkinci", "Əbədi İkinci", "Şahmatın Şah Şahzadəsi (Şeyxi)"("The Crown Prince of Chess") ləqəbi verilmişdir. Keres Viktor Korçnoy və Aleksandr Belyavskiy ilə yanaşı doqquz dünya çempionuna tarixdə hamıdan çox sözsüz qalib gəlib.
Stiv Kerell
Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962, Konkord[d], Massaçusets) — amerikalı aktyor, komediyaçı. NBC kanalında yayımlanan Ofis (2005–2011; 2013) teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Kerell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülüb. Ofisdəki işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib.
ароматерапи́я зару́бинка куби́нцы ку́шать ла́ты нагна́иваться солдафо́нство шёлкопряди́льщица агропромы́шленный дальне́йший намора́живаться нелицеме́рный отбури́ться пова́жничать раскрестья́нить хамса мышерина decurrent flaccid брезжиться мужеубийца осадочный подковать премьер-министр шлюз