Keynsçilik
Keyns iqtisadiyyatı (Keynsçilik də adlanır) Con Meynard Keynsin iqtisadiyyat nəzəriyyələrini təsvir edir. Keyns “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” kitabında öz nəzəriyyələri haqqında yazmışdır. Kitab 1936-cı ildə nəşr edilmişdir.
== Con Meynard Keyns ==
1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (ing. The General Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard Keynsin adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası ilə əlaqələndirildi. Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə məşhurluq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”.
1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı.
Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsa da, kəskin mübahisələrə səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına səbəb olurdu.
Keynsin əsas yaraddığı nəzəriyyə bir çox ədəbiyyatlarda İqtisadi tsikllər nəzəriyyəsi adı ilə məşhurdur.