Keçiliqaya
Keçiliqaya — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
== Tarixi ==
Keciliqaya kəndi dağlıq ərazidədir. Keçmiş adı Qoşunəlilər olmuşdur. Kəndi qoşunəlilər nəslinə mənsub ailələr Keciliqaya deyilən yerdə saldığına görə belə adlandırılmışdır. Oronim kecili (etnonim) və qaya sözlərindən düzəlib, kecili tayfasının adı ilə bağlıdır.Bu kəndin yerləşdiyi ərazidə dağ keçiləri yaşayan, böyük qayaları olan dağ olduğuna görə belə adlanır. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Kəndin bünövrəsini Gəncənin Balçılı kəndindən gələn Hüseyn adlı bir şəxs qoymuşdur.
== Yaylaqlar ==
Arxac yeri, Bədəlli yurdu, Sarayölən yurd, Qaladərə yurdu, Saxanlar yurdu, Dəyirmi yurd, Binə yurdu, Qabanqayası yurdu.
== Bulaqlar ==
Qaynar bulaq, Daş bulaq, Yal bulaq, Turşsu, Dəmirli bulaq, Portport bulaq, Göy bulaq, Soyuq bulaq, Damcılı bulaq.