KEÇİNMƏK₁

f.
1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq. Birtəhər keçinirəm.
– Kərim baba naxırı saxladığı, otardığı üçün aldığı cüzi aylıq ilə keçinərdi. A.Şaiq.
[Məsmənin] maaşı da yaxşı imiş.
Firavanlıq ilə keçinir imiş. S.Hüseyn.

2. Birisi ilə (istər-istəməz) dinc yaşamaq, yola getmək; yola vermək.
Çocuqlarına qarşı bəslədiyi məhəbbət Mehribanı məcbur edirdi ki, Zeynalın “işlərinə” qatlaşıb, bir növ ilə keçinsin. S.Hüseyn.
Belə bir vəziyyət içərisində katib Sübhanverdizadə ilə bir növ keçinməyi qərara aldı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KEÇİNMƏK I keçinmək bax yaşamaq 3 II keçinmək bax ölmək
  • KEÇİNMƏK dolanmaq — yaşamaq — girlənmək
  • KEÇİNMƏK ölmək

Omonimlər

  • KEÇİNMƏK KEÇİNMƏK I f. Yaşamaq, yola getmək. Orada telefonsuz, kitabxanasız necə keçinərəm... (S.Qədirzadə). KEÇİNMƏK II f

Antonimlər (əks mənalı sözlər)

  • KEÇİNMƏK KEÇİNMƏK – YAŞAMAQ Arvadın ürəyi titrədi və gördü ki, gəlin “körpə”sini bağrına basaraq keçinmişdi..

Etimologiya

  • KEÇİNMƏK Keçim sözü olub və “yaşayış” anlamında işlədilib. Keçinmək isə “ölmək” deməkdir. Görünür, keç feilinin bir mənası da “yaşamaq” demək olub
KEÇİNMƏK₂
KEÇİOTARAN

Digər lüğətlərdə

допеча́тать мото́рика се́ктор ша́рфик лён не ровен час презре́ние развлека́ть рэндзи́стка скос утопи́зм хохотня́ ча́сти речи макитра Anderson clingy demonstrative electrization engine-room hereditability weepingly Westland амбарный впопыхах европеизироваться