KEÇİSAQQALLI sif. Seyrək və uzun saqqalı olan. Keçisaqqal, çəlimsiz bir tələbə aramla deyirdi… Çəmənzəminli. // İs. mənasında. Uşaqların “keçisaqqal” deyə ələ saldıqları bu adamların sayı tədricən artdı. İ.Şıxlı.