KİBERNETİKA

[alm. Kybernetik; fr. Cybernètique; ing. Cybernetics; yun. Kybernetike; kybernetes – idarəçi, idarə edən; tr. Güdümbilim] – Əsasını informatikanın təşkil etdiyi idarə-etmənin tədqiq edildiyi sahədir. Bir başqa deyimlə, geniş texnologiyaların tətbiq olunduğu, həyatı mexanikləşdirən, robotlaşdıran sahə.
KƏMİYYƏT
Koqito erqo sum
OBASTAN VİKİ
Kibernetika
Kibernetika (yun. Επιστήμη συστημάτων) — yunan sözü olub, hərfi mənası "idarə etmək bacarığı" deməkdir. Kibernetika əks əlaqəyə malik olan sistemlərin idarə olunması haqqında elmdir. Riyaziyyat, texnika və neyrofiziologiyanın qovşağında yaranmış kibernetikanı əks əlaqə mexanizminə malik canlı və cansız sistemlər sinfi maraqlandırır. 1834-cü ildə görkəmli fransız fiziki Andre Mari Amper elmlərin təsnifatını təklif etmişdir. Cəmiyyətin idarə olunması haqqındakı elmi göstərmək üçün o, "kibernetika" (cybernetics) terminini istifadə etmişdir. Kibernetika yunan dilindən tərcümədə "idarə etmək məharəti" mənasını verir. Kibernetikanın əsasını 1948-ci ildə "Kibernetika" kitabını çap etdirmiş amerikan riyaziyyatçısı Norbert Viner (1894–1964) qoymuşdur. Bu elmin orijinallığı bundadır ki, o, sistemin maddi tərkibini və strukturunu deyil, baxılan sistemlər sinfinin işinin nəticəsini öyrənir. Kibernetikada ilk dəfə "qara qutu" anlayışı işlənib hazırlanmışdır.
Kibernetika İnstitutu
İdarəetmə Sistemləri İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan elmi tədqiqat institutu. 2014-cü ilə kimi Kibernetika İnstitutu adlanmışdır. == Elmi istiqamətləri == İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir: İdarəetmənin nəzəri və tətbiqi problemləri; Süni intellekt texnologiyaları; Sosial-iqtisadi sistemlərin tədqiqi. == Tarixi == Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi. 1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır. 1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır.
Qara qutu (kibernetika)
Qara qutu — dəqiq elmlərdə (kibernetika, sistem texnikası) işləmə mexanizmi çox mürəkkəb olan texniki sistemin halını təsvir etmək üçün tətbiq olunan abstrakt modeldir. Sistemin daxili strukturu bu halda nəzərdən atılır, yalnız onun xarici durumu araşdırılır. Qara qutu müəyyən funksiyaları icra edir, giriş (İnput) və çıxış parametrləri (Output) ilə təsvir olunur. Sistem nəzəriyyəsində qara qutu araşdırılarkən yalnız onun giriş (həyacanlandırma) və çıxış (reaksiya) parametrləri arasındakı əlaqə öyrənilir. Bu parametrlər arasında mövcud olan əlqə xarici təsirlər də nəzərə alınmaqla riyazi üsulların tətbiqi ilə modelləşdirilə bilirlər. Yəni girişinə verilən siqnallara onun reaksiya verməsi bu modellər əsasında qabaqcadan deyilə bilir. Bu üsul maşınqayırmada çoxlu sayda faktorların təsiri altında işləyən texnoloji proseslərin araşdırılmasında geniş tətbiq olunur. Məsələn, torna ilə emalda kəsmə parametrləri ilə (İnput: pəstahın dövrlər sayı, veriş, kəsmə dərinliyi və s.) pəstahda alınan səthin təmizliyi (Output: kələkötürlük, dəqiqlik, forma, sağlamlıq və s.) arasındakı asılılığı kəsmə prosesində səthin əmələgəlmə mexanizmini araşdırmadan riyazi üsullarla modelləşdirmək olur. Burada eksperimentlərin statistik planlanmasından geniş istifadə olunur. Росс Эшби У. Глава 6.
BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi — Bakı Dövlət Universitetinin ən müasir fakültələrindən biri. == Haqqında == Kompüter elmləri və İnformatika müəllimi ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlayan, yüksək elmi və texniki bazası olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 45 ildən artıqdır ki, fəaliyyət göstərir. Fakültədə 18 professor və elmlər doktoru (onlardan ikisi AMEA-nın həqiqi, biri isə müxbir üzvüdür), 52 dosent və elmlər namizədi çalışır. Fakültənin 4 müasir kompüter sinfi var. Fakültədə elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi fikir verilir. Fakültənin hal-hazırda 16 ixtisas üzrə 130 magistrantı,11 doktorantı və 8 dissertantı var. Fakültədə müntəzəm olaraq elmi seminarlar fəaliyyət göstərir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültə və elmi-tədqiqat müəssisələrinin əmkdaşları da iştirak edirlər. Fakültə əməkdaşları aldıqları elmi nəticələri ölkəmizdə və eləcə də xarici ölkələrdə nəşr edilən elmi jurnallarda çap etdirir, müxtəlif elmi konfranslarda məruzələrlə çıxışlar edirlər. == Kafedralar == Tətbiqi riyaziyyat kafedrası; Riyazi fizika tənlikləri kafedrası; İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası; Riyazi kibernetika kafedrası; Optimallaşdırma və idarəetmə kafedrası; Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrası; Iqtisadi kibernetika kafedrasi; Tətbiqi analizin riyazi üsulları kafedrası; İnformatika kafedrası. == Təhsil == === Bakalavr === Komüter elmləri İnformatika müəllimi İnformasiya təhlükəsizliyi === Magistratura === Ehtimal nəzəriyyəsi və riyazi statistika Əməliyyatlar tədqiqi və sistemli təhlil Riyazi kibernetika Riyazi fizika Optimallaşdırma və optimal idarəetmə Hesablama diaqnostikası Diskret sistemlər Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili Sistem proqramlaşdırılması Riyazi modelləşdirmə İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı Optimal idarəetmənin riyazi-iqtisadi üsulları İnformatika İnformasiya sistemləri İdarəetmənin informasiya texnologiyaları Tətbiqi riyaziyyat\ == Fakültənin beynəlxalq əlaqələri == Fakültənin əməkdaşlıq etdiyi universitetlər: Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov, Kiyev, Belarus, Tbilisi, Riqa Dövlət Universitetləri, RF EA-nın Steklov adına Riyaziyyat İnstitutu, RF EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutu, Moskva Energetika İnstitutu, Voronej Pedoqoji İnstitutu, Ukrayna EA-nın Kibernetika İnstitutu, Ukrayna Riyazi maşınların və sistemlərin problemləri İnstitutu, Ukraynanın Vinnitsa Texniki Universiteti, Belarus Riyaziyyat İnstitutu, həmçinin ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Çexiya, İsrail, Türkiyə, İran Universitetləri ilə əlaqələri mövcuddur.
Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

Значение слова в других словарях