KƏZZAB
KİBRİT
OBASTAN VİKİ
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kibritmiyan
Kibritmiyan (fars. کبریت‌میان‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 154 nəfər yaşayır (55 ailə).
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.

Digər lüğətlərdə

иноро́дка капитуля́нтски курье́рша прико́рмка расклёшивать скорцоне́ра двадца́тый дото́шный мадрига́л приня́ть на душу причеса́ть саёк скажи пожа́луйста сослужи́ть стеклоре́зный усе́рдствовать льняной пята bistoury fresnel German text latifundism tapping рифмоваться славянство