KİBRİT

is. [ ər. ] Od almaq üçün ucunda kükürd olan nazik çubuq. Kibrit qutusu.
– Azad kibrit işığında onun sarı bənizini, tutqun firuzə gözlərini, hətta üzündəki çilləri bulaşıq bir şəkildə zor-güc seçə bildi. A.Şaiq.
Uzaqda alışan bir kibritin də; Qoxusu burnunda duyulacaqdır. M.Araz.

□ Kibrit çəkmək – ucu kükürdlü kibrit çubuğunu bir şeyə çəkib alışdırmaq. Əhməd qapıya yaxınlaşdı. İtələyib taybatay açdı.
Kibrit çəkib çırağı yandırdı. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİBRİT KİBRİT Mən kibrit çəkib diqqətlə ona baxdım (M.İbrahimov); ALIŞQAN Salah alışqanını yandırıb işıqda saatına baxdı (H
KİBR
KİBRİTQABI

Digər lüğətlərdə