KİFAYƏT

zərf [ ər. ]
1. Yetər, kafi, bəs olma.
Deyirlər, çox ardır yüz il, əlli il; İnsana bir ömür kifayət deyil. B.Vahabzadə.

□ Kifayət qədər – lazımınca, lazımi qədər, bəs olduqca.
[Qurban] yolda yeriyərkən düşünürdü: – Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq.
[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn.
Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov.

Kifayət etmək1) bax kifayətlənmək.
Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev;

2) çatmaq, yetmək, bəs olmaq.
Şərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif.
[Bədircahan:] …Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov.

Kifayətə yetmək köhn. – razı düşmək, təmin olunmaq, kifayətlənmək.
[Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı.

Kifayət olmaq – bax kifayət etmək 2-ci mənada.
2. Kifayətdir (şəklində) – yetər, çatar, bəsdir.
[Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir… C.Cabbarlı.
Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm.

// Əmr mənasında – yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti!

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİFAYƏT bəsdir — yetər
KİF
KİFAYƏTLƏNDİRİCİ
OBASTAN VİKİ
Kifayət Qasımova
Kifayət Qasımova (1 fevral 1986; Kəlbəcər, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Kifayət Qasımova, 2006-cı ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempioatında gümüş medala layiq görüldü. Daha sonra o, 2007-ci ildə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Avropa Çempioatında bürünc medal qazandı. Kifayət Qasımova, 2008-ci ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində şəhərində baş tutan Avropa Çempioatında bürünc medala sahib oldu. Kifayət Qasımova, 2008-ci ildə baş tutan Pekin Olimpiadasında 1/8 final mərhələsində məğlub oldu. Daha sonra o, 2009-cu ildə Niderlandın Rotterdam şəhərində keçirilən Dünya Çempioatında bürünc medal qazandı. Kifayət Qasımova, 2012-ci ildə keçirilən London Olimpiadasında da 1/8 final mərhələsində məğlub oldu. Kifayət Qasımova, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -57 kiloqram çəki dərəcəsində o, Mərakeş idmançısı Yousra El Bouhairini 110:000, Qırğızıstan cüdoçusu Kseniya Beldiaqinanı 100:001 və Fil Dişi Sahilinin idmançısı Züleyxa Dabonneni 012:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kifayət Qasımova, Əlcəzair cüdoçusu Ratibe Tariketə 002:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Dünya kifayət deyil (film, 1999)

Digər lüğətlərdə

дикта́т истори́ческий нечита́бельный простро́иться развальца́ убежде́ния выска́кивание квадрату́ра круга книгопеча́тник пропи́тываться хлю́паться Вирянское bacchanal brownware cannula iris diaphragm mess kit pippin theogonic zaire аннотировать куплет куренной податливый рация