kikuyyular
kilblok
OBASTAN VİKİ
Kil
Kil (alm. Kiel‎) – Almaniyanın şimalında şəhər. Şlezviq-Holşteyn əyalətinin paytaxtıdır. Baltik dənizinin sahilində yerləşir. Kil kanalı vasitəsilə Şimal dənizi ilə birləşir, həmçinin Kildə böyük dəniz limanı yerləşir. Əhalisi 229.044 nəfər. == Tarixi == Kil 1233 və 1242-ci illər arasında qraf Holşteynli IV Adolf tərəfindən əsası qoyulub. Kil şəhərində 1761-1762-ci illərdə Rusiya imperatoru olmuş III Pyotr doğulub. 1918-ci ilin noyabrında şəhərdə Kil üsyanı baş verdi. == İqlimi == Kildə iqlim mülayimdir.
Kil (bürc)
Kil (lat, Carina) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu Kanopusdur. Azərbaycandan bürcün ən şimal hissəsi qismi olaraq görünür.
Kil Universiteti
Kil Universiteti və ya rəsmi adı ilə Kristian Albrext adına Kil Universiteti (alm. Christian-Albrechts-Universität zu Kiel‎) — Almaniyanın Kil şəhərində universitet. 1665-ci ildə Kristian Albrext tərəfindən Academia Holsatorum Chiloniensis adı altında əsası qoyulub. Hazırda təhsil müəssisəsində təxminən 27,000 tələbə təhsil alır. Kil Universiteti Şlezviq-Holşteyn vilayətinin ən böyük, ən qədim və ən nüfuzlu ali məktəbidir. 1864–66-cı ilə qədər o, təkcə Almaniyanın ən şimal universiteti deyil, eyni zamanda Danimarkanın ikinci ən böyük universiteti idi. Kil Universitetinin fakültələri, məzunları və tədqiqatçıları ümumilikdə 12 Nobel mükafatı qazanıblar. Universitet 2006-cı ildən Alman Universitetləri Mükəmməllik Təşəbbüsünün üzvüdür. Kil Universiteti beynəlxalq ümumi hüquq üzrə aparılan tədqiqatları ilə məşhurdur. Almaniya və Avropanın ən qədim beynəlxalq ümumi hüquq institutu olan Valter Şukinq Beynəlxalq Ümumi Hüquq İnstitutu Kildə yerləşir.
Kil kanalı
Kil kanalı (alm. Nord-Ostsee-Kanal‎; 1948-ci ilə qədər Kaiser-Wilhelm-Kanal alm. Kaiser-Wilhelm-Kanal‎) — Almaniyada yerləşən, Baltik və Şimal dənizlərini birləşdirən kanal. Kanal Kiel körfəzindən, Kiel şəhəri yaxınlığındakı (şəhərətrafı rayon Holtenaudan) başlayaraq, Elba çayının ağzına və Brunsbüttel şəhərinə qədər davam edir. Uzunluğu 98 km, eni 100 m-dən, dərinliyi isə 11 m-dir. Kanal hər tərəfdən bir cüt şlüz ilə bitir, onlardan biri kiçik ölçülü bir donanma üçün nəzərdə tutulub. Kiel kanalı 20 iyun 1895-də tikintisinə başlandı, tikinti 8 il davam etdi. Kanal avropada ən çox işlədilən gəmi marşrutlarından biridir. Bu yol ilə birlikdə Yutland yarımadasını dövr edərək üzmək ilə müqayisədə təxminən 519 kilometr qədər yola qənaət olunur. Eyni zamanda, kanal təxminən bir gün səyahət vaxtını, həm də dəniz fırtınaları riskini azaldır.
Kil hərbi qəbiristanlığı
Kil hərbi qəbiristanlığı (ing. Kiel War Cemetery) — Kil Şimal qəbiristanlığının (alm. Nordfriedhof‎) ərazisində hərbi qəbirstanlığıdır. Bu yerdə ittifaq qoşunlarının 992 hərbi qulluqçusu basdırılmışdı, onlardan çoxusu hərbi aviasiyada xidmət etmiş və İkinci Dünya müharibəsində ölənlərdən ibarətdir. Onların arasında 766 britaniyalı, 148 kanadalı, 33 Yeni Zelandiyalı və 9 polyak var. Qəbiristanlıq memar Filip Hepuortun (ing. Philip Hepworth) layihəsi əsasında Hərbi Dəfinlər üzrə Birlik Komissiyası (alm. Commonwealth War Graves Commission‎) tərəfindən tikilmişdi, həmçinin, komissiya qəbiristanlığın səliqə səhmanına nəzarət edir.
Kil İmperatorluq Tərsanəsi
Kil İmperatorluq Tərsanəsi (alm. Kaiserliche Werft Kiel‎) 1867-ci ildə Kil Krallıq Tərsanəsi (alm. Königliche Werft Kiel‎) adı ilə Kil şəhərində qurulan tərsanə. 1871-ci ildə tərsanənin adı dəyişdirildi. İlk olaraq Prussiyaya, daha sonra isə Almaniya imperiyasına xidmət edən tərsanə, 1918-ci ildə bağlanmışdır.
Riçard Kil
Riçard Kil (ing. Richard Kiel; d. 13 sentyabr 1939, ABŞ - ö. 10 sentyabr 2014, ABŞ) — ABŞ aktyoru.
İk Kil
İk Kil senotu Meksikanın Yukatan ştatında, Tinum bələdiyyəsinin Pisté kəndindən bir qədər kənardadır. Coğrafi mövqe baxımından Yukatan yarımadasının şimal nöqtəsində yerləşir və eyni zamanda da Çiçen İtza yaxınlığındakı İk Kil Arxeoloji Parkının bir hissəsidir. İctimaiyyətə açıq bir ərazi olduğundan insanlar bura üzməyə gəlir və adətən avtobus turlarında ziyarət edilən bir yerdir. Quru ərazidən təqribən 26 metr aşağıda olmaqla üzəri açıq bir senotdur. Üzmə platformasına düşmək üçün bir pilləkan vardır. Senotun diametri 60, dərinliyi isə 40 metrdir. Kiçik şəlalələrlə birgə suyun üzünə qədər çatan üzüm budaqları var. Senotda qara şüaüzgəcli balıqlar üzür. İk Kil senotu mayyalılar üçün müqəddəs sayılır, onlar buradan həm istirahət, həm də dini mərasimlər üçün istifadə edirlər. Senot restoranı, mağazası, geyim otaqları, kirayəyə verilən kottecləri olan geniş bir kompleksin bir parçasıdır.
Dəbil kilsə məclisi
Dəbil kilsə məclisi 506-ı ildə Dvin (Dəbil) şəhərində çağırılıb. Bu yığıncaqda erməni, alban və gürcü iyerarxiyaları Bizans hakimlərinin unional, yəni diofizitlərlə monofizitləri sazişə çağıran siyasətini müdafiə etdilər. 551-ci ildə erməni kilsəsi kimi alban kilsəsi də Bizans kilsəsi ilə əlaqələrini kəsərək, hüquqi cəhətdən avtokefal kilsə oldu. Bu ölkələrdə monofizit cərəyanı Sasanilərin fəal köməyi sayəsində qələbə çaldı. Sasanilər həqiqi,ardıcıl xristianları təqib etməyə və öz ölkələrindəki rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başlamışdılar. Gürcü kilsəsi isə özünün əvvəlki platformasında-mötədil xalkidonçuluqda qalmaqda davam edirdi. 551-ci ildən başlayaraq alban katolikosluğunun patriarxları “Albaniyanın, Çolanın, Lpinanın katolikosu” adını daşıyırdı.
Ellsuert Peyn Killip
Ellsuert Peyn Killip (ing. Ellsworth Paine Killip; 2 sentyabr 1890, Roçester[d], Nyu-York ştatı – 21 noyabr 1968, Redlends[d], Kaliforniya) — Amerika botaniki. == Bioqrafiya == Ellsuert Peyn Killip 2 sentyabr 1890-cı ildə Nyu-York ştatının Roçester şəhərində anadan olmuşdur. Roçester Universiteteini 1911-ci ildə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 1917-ci ilə qədər Roçester Elmlər Akademiyasında işləmişdir. 1918-ci ildən 1919-cu ilədək hərbi həkim olmuşdur və bu dövrdə Fəxri Legion Ordeninə layiq görülmüşdür. Birinci dünya müharibəsi bitdikdən sonra Elluest Peyn botanika sahəsində biliklərini artırmağa davam etmişdir və Smitsonian İnstitutunun botanika bölməsində çalışmışdır. 1946-cı ildə baş kurator təyin olunmuşdur. 1950-ci ildə təqaüdə çıxmışdır. 21 noyabr 1968-ci ildə Ellsuert Peyn Kaliforniya ştatının Redlends şəhərində vəfat etmişdir.
Erməni Apastol Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Erməni Apostol Kilsəsi

Erməni Həvari Kilsəsi

Erməni Katolik Kilsəsi
Erməni Katolik Kilsəsi (erm. Հայ Կաթողիկե Եկեղեցի) — mərkəzi Vatikanda yerləşən, Roma Papasına tabe kilsə. Erməni Qriqoryan Kilsəsindən ayrılmışdır və Qriqoryan kilsəsindən fərqli olaraq, Ermənistanda dövlət səviyyəsində təmsil olunmur. Kilsənin patriarxı Nerses Bedrosdur. Patriarx tərəfindən Papa hakimiyyəti rəsmən tanınır. Kilsənin ABŞ, Polşa, Fransa, Ermənistan və Argentina kimi ölkələrdə mərkəzləri fəaliyyət göstərir.
Erməni Qriqorian Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası
Bakı yeparxiyası — Erməni Qriqorian kilsəsinin Azərbaycan SSR və Mərkəzi Asiya ərazisində yurisdiksiyası olan keçmiş kilsə inzibati vahidi. Şamaxı yeparxiyasının əsasında yaradılmışdır. Vaxtilə yeparxiyaya tabe olmuş Müqəddəs Qriqori kilsəsi qalmışdır. == Tarixi == 1945-ci ildə isə Mir Cəfər Bağırovun təkidi ilə Şamaxılı yepiskop Vardges Baxşıyeviç Qriqoryan tərəfindən yaradılmışdır. Bakı-Türkistan yeparxiyası adlanan bu yeni inzibati vahidin ərazisi Orta Asiyanı və Azərbaycanın bir hissəsini əhatə edirdi. Daha sonra isə Qarabağ və Gəncə də Bakı yeparxiyasına tabe edilərək bütün Azərbaycan Bakı yeparxiyasına tabe edilmiş oldu. Sovet hakimiyyətinin dinə qarşı siyasətinə görə yeparxiyada ancaq Gəncə və Bakıda dini ayinlər icra edilirdi. Son yepiskop Anania Arabacıyan fəaliyyətinə 1989-cu ildə son vermişdir.
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır. == Tarixi == Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır. Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur.
Erməni Qriqoryan Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası
Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır. == Tarixi == Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır. Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari Kilsəsi və Erməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur.
Erməni terroru və Qriqorian kilsəsi (kitab)
Givi Kiladze adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. == Tarixi və haqqında == Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Gurcaani Kvelatsminda kilsəsi
Gurcaani Kvelatsminda Məryəmin ölümü kilsəsi (gürc. გურჯაანის ყველაწმინდა, translit. gurcaanis kvelatsminda) — Gürcüstan Respublikasının şərqini əhatə edən Kaxeti diyarında VIII və ya IX əsrə aid gürcü ortodoks kilsəsi. Kilsə Gurcaani şəhərindən 2 kilometr (1.2 mil) uzaqlıqda yerləşir. == Tarixi == Kilsə orta əsrlərdə – VIII və ya IX əsrdə tikilmişdir. XII əsrdə regiona soxulan Səfəvi qoşunları və dağıstanlı basqınçılar kilsənin tərk edilməsinə və 1822-ci ilə qədər fəaliyyət göstərməməsinə səbəb olmuşdur. 1845-ci ildə Gurcaani kilsəsində işləyən din xadimləri Xirsa monastırına köçür. Beləliklə, kilsə yenidən tərk edilir. 1938-ci ildə Sovet Gürcüstanının səlahiyyətliləri kilsə ərazisini təmizləyir və kilsəni tarixi abidə kimi bərpa edirlər. 2010-cu ildə kilsədə əlavə konservasiya işləri aparılmışdır.
Gədəbəy kilsəs
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Gədəbəy kilsəsi

I Kildebert
I Kildebert (fr. Childebert I er; təq. 497, Reyms – 23 dekabr 558 və ya 13 dekabr 558, Paris) — Fransa kralı. Kral I Xlodviqin oğludur.
Jurinea kilaea
Jurinea kilaea (lat. Jurinea kilaea) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kilarabad
Kilarabad — İranın Mazandaran ostanının Tənkabun şəhristanının Abbasabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,457 nəfər və 1,515 ailədən ibarət idi.

Digər lüğətlərdə