KİLİD

is. [ fars. ]
1. Qıfıl. Asma kilid.
– Siyirmə kilidlər biləkdən yoğun; Asılmış qıfıllar buğunbəbuğun. H.K.Sanılı.
Dağa çıxaq, düzə enək, göyə dırmanaq; Yolumuzun kilidi bir, açarı birdir. M.Araz.

2. Qapını bağlamaq üçün dalına keçirilən uzun dəmir və ya ağac parçası.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİLİD KİLİD [Əziz] qapını tələsik açıb Ramizin velosipedini dəhlizin divarına söykədi və tez kilidi bağladı, sanki kimsə onu təqib edirdi
  • KİLİD qıfıl — cəftə — rəzə

Etimologiya

  • KİLİD Əsli yunan sözüdür, “qıfıl” deməkdir (bəzi dialektlərdə “açar” anlamında işlədilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KİLƏ
KİLİDLƏMƏ

Digər lüğətlərdə