KİFLİLİK
KİLİDLƏMƏ
OBASTAN VİKİ
Kilid
Qıfıl; otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Kilid dağı (Culfa)
Əfşar (fars. كليدداغي‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Kilid və açar (serial, 2020)
Kilid və açar (ing. Locke & Key) — Qabriel Rodrigezin eyniadlı komiksinə əsaslanan 2020-ci ildə çıxarılmış ABŞ istehsalı fantaziya, qorxu və dram teleserialı. == Məzmun == Rendell Lok köhnə şagirdi Sem Lesser tərəfindən öldürüldükdən sonra həyat yoldaşı Nina və üç övladı: Tayler, Kinsey və Bodi Sietldan Massaçusetsə köçürlər. Uşaqlar qısa müddətdə evin gizli sirlərini tapırlar. Beləcə açarlar vasitəsilə müvafiq kilidləri açıb açarların sirlərini kəşf edirlər. Amma pis əməllər üçün açarları istəyən şeytani varlıq onlarla savaşmağa başlayır.
Kilidbahir qalası
Kilitbahir qalası — 1452-ci ildə İstanbulu mühasirə etməsi əsnasında Papalıq donanmasının Bizans İmperiyasına kömək etməsini qarşısını almaq məqsədilə Fateh Sultan Mehmet tərəfindən Dardanel qarşısındakı Kilitbahir kəndində inşa etdirilmişdir. Qala, daxili və xarici sur divarlarından və həyət içində 7 mərtəbəli üçbucaq bir qüllədən ibarətdir. İç qala 7 mərtəbəlidir. Daha sonra ilk dəfə 1541-ci ildə Qanuni Sultan Süleyman tərəfindən bərpa edilmiş, bu bərpa zamanı cənub hissəsi əhatə edən bir sur divarı xarici ucda bir qüllə (Sarıqüllə) inşa edilmişdir. Qala 1870-ci ildə Sultan Əbdüləziz tərəfindən ikinci dəfə bərpa edilmişdir. Şimal hissəsinin orijinal xarici dəniz divarı günümüzdə yoxdur. Bu bölümün şimal hissəsi 1894-cü illərdə II Əbdülhəmid tərəfindən yenidən inşa etdirilib. Xarici sur divarları (xarici qala) 4 mt, ikinci xarici qala 18 mt, iç qala 30 mt hündürlüyündədir. Divar qalınlıqları 4-6 mt arasındadır. Dəniz divarlarının cənub hissələri top mazğalı olaraq istifadə edilmişdir.
On iki raund 3: Kilidlənmə
12 Raund 3: Kilidlənmə, 2015 -ci ildə ABŞ -da çəkilmiş olan bir filmdir. Baş rollarda WWE güləşçisi Dean Ambrose və Roger Cross oynamışdır.
Orbit kilidlənməsi
Orbit kilidlənməsi (Qravitasiya kilidlənməsi və ya sinxron fırlanma) — bir cismin öz ətrafında fırlanma sürəti ilə, peyki olduğu planet və ya ulduzun orbitində fırlanma surətinin bərabər olma vəziyyəti. Bu vəziyyətdə cisim, ətrafında fırlandığı "daha böyük kütləli" cismə həmişə eyni üzü baxacaq formada fırlanır. Bu elmə sinxron fırlanma olaraq da məlumdur: nizamlı şəkildə kilidlənmiş cisim, öz oxu ətrafında peyki olduğu planet və ya ulduzun orbitində fırlanmaq üçün kifayət qədər vaxt alır. Məsələn, Ayın eyni tərəfi həmişə Yerə baxır, baxmayaraq ki, Ayın orbiti mükəmməl dairəvi olmadığı üçün bir sıra dəyişkənliyi var. Bu halda peyk, özündən daha böyük cisimə kilidlənir. Bununla birlikdə, iki cisim arasındakı kütlə fərqi və aralarındakı məsafə nisbətən azdırsa, hər biri digərinə səliqəli kilidlənə bilər; bu, Pluton və onun peyki Xaron üçün də belədir. İki cisim arasında təsir, hər iki cisimin cazibə qüvvələrinin qarşılıqlı şəkildə fırlanaraq yavaşca kilidlənənə qədər yaranır. Zamanla, milyonlarla il ərzində, təsir gücü, enerji mübadiləsi və istilik yayılması nəticəsində hər iki cisimin öz orbitlərində fırlanma nisbətləri dəyişir. Cisimlərdən biri orbit ərzində fırlanma sürətindən artıq bir dəyişikliyin olmadığı bir vəziyyətə çatdıqda bu zaman kilidlənmə baş verir. Cisim ayrılarkən bu halda yerində qalmağa meyilli olur çünki onun sistemə geri enerji ötürməsi lazımdır.

Значение слова в других словарях

во́ронов кав... кандида́тская наро́дно-демократи́ческий пухлоли́цый тунея́д геобота́ника отвора́чиванье офе́нский подколе́нный припряга́ться просма́ливать пулемётчица этало́н этю́дный alcohol concerned free-fire zone frustum holo- jag tessellae Tisza vestibule накладная