KİLİDLƏNMƏK

məch.
1. Kilid vurulmaq, kilidlə bağlanmaq. Qapı kilidlənmişdi.
– Evin qapısı dışarıdan kilidlənmişdi. M.Hüseyn.

2. məc. Bərk, möhkəm qapanmaq; açılmamaq. Göz qapaqları kilidlənmək.
– …[Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn.
İdrak da boğular, söz də, sənət də; Ağıl kilidlənər dildə, dodaqda; Azadlıq olmayan bir məmləkətdə; Nadan başda gəzər, aqil ayaqda. B.Vahabzadə.

3. məc. Bağlanmaq, tutulmaq.
Qurtuluş yolları kilidləndi bax… R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİLİDLƏNMƏK KİLİDLƏNMƏK, BAĞLANMAQ, QIFILLANMAQ

Antonimlər (əks mənalı sözlər)

  • KİLİDLƏNMƏK KİLİDLƏNMƏK – AÇILMAQ Dili kilidləndi (Ə.Vəliyev); Əhmədin boğazı açıldı, dili söz tutdu (Ə.Vəliyev)
KİLİDLƏNMƏ
KİLİDLƏTMƏ

Digər lüğətlərdə

безору́жность бескоры́стие вса́сывание вы́шпарить зава́жничать наслю́ниваться обушко́вый окра́инный па́ханый прикрове́нный бу́квица звони́ться кри́зисный неумы́шленный степня́чка праца фуфынить accordion pleats games master mediterranean mica mounted nexus peace-pipe settle in