kilim-gəbə

kilim-gəbə
kilim
kilimarası
OBASTAN VİKİ
Gəbə
Gəbə (gəvə, qaba, qebe, kebe, kepe) — Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə şəhəri və Qazax rayonunda), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalara verilən ad. "Gəbə" sözünə əsasən Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsə də bugünkü yazılı ədəbiyyatda rast gəlinir. Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Kilim
Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. == Ümumi məlumat == Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı. Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır.

Значение слова в других словарях