Kilimancaro
Kilimancaro - Afrikanın ən yüksək zirvəsi. Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro 5,895 metr (19,341 ft) hündürlükdədir.
== Adın etimologiyası ==
Kilimancaro adının mənşəyi məlum deyil, lakin bir sıra fərziyələr mövcuddur. Avropalı tədqiqatçılar bu adın 1860-cı ilə qədər qəbul edildiyini və Kilimancaronun Suahili adı olduğunu bildirdilər."The Nuttall Encyclopædia"nın 1907-ci il nəşrində də dağın adı Kilima-Njaro olaraq qeyd olunur.Con Ludviq Kraf 1860-cı ildə yazdı ki, suahililər sahil boyunca dağı Kilimancaro adlandırırlar. Heç bir əsas təqdim etməsə də, iddia edirdi ki, Kilimancaro "böyüklük dağı" və ya "karvan dağı" deməkdir. Sonuncu mənaya əsasən kilima dağ, jaro isə karvanlar demək idi. Cim Tompson 1885-ci ildə yenidən heç bir əsası olmadan iddia etdi ki, Kilima-Njaro termini ümumiyyətlə böyüklük (njaro) dağı (klima) mənasını verir. O, eyni zamanda sözün "ağ dağa" mənasını verə biləcəyi fikrini də irəli sürdü. Njaro, parıldamaq mənasında qədim bir suahili sözündəndir.
1880-ci illərdə dağ Almaniya Şərqi Afrikasının bir hissəsinə çevrildi və suahili dilindəki varianta uyğun olaraq Alman dilində Kilima-Ndscharo adlandırıldı.