KILL
KILLING
OBASTAN VİKİ
Killer Queen
Queen qrupunun Sheer Heart Attack albomundan olan ən məşhur mahnısı.Mahnı hamını valeh edən fahişə haqqındadır. Maraqlı cəhət orasındadır ki, bu mahnıda Mariya Antuanetta , Xruşyov və Kennedi kimi tarixi şəxslərin adları çəkilir. Qlem-rok stilindədir. Bəzi fərziyyələrə görə narkotik asılılıqda olan Con Lennon bu mahnını dinlədikdən sonra arvadı ilə barışmış və yeni albom üzərində işləməyə başlamışdır.
Təbii killer hüceyrələri
Təbii killer hüceyrələri (ing. Natural killer cells (NK cells)) — B- və T- hüceyrələri ilə ümumi mənşəyə malikdirlər və limfositlərin üçüncü populyasiyasını əmələ gətirirlər. B- və T- limfositlərindən fərqli olaraq onlar xüsusi antigenbirləşdirən reseptorlar kompleksindən məhrumdurlar. Ona görə də onlara bəzən 0 hüceyrələri də deyilir. Təbii killer hüceyrələrinə orqanizmin bütün toxuma və orqanlarında rast gəlinir. Qan dövranınmdakı limfositlərin 10–15% i onların payına düşür. Ölçülərinə ğörə adi limfositlərdən təxminən 2 dəfə böyükdürlər. Morfoloji quruluşlarına görə də təbii killaer hüceyrələri digər limfositlərdən fərqlənirlər. Onların sitoplazmasının nüvəyə olan nisbəti yüksəkdir və sitoplazmaları azurofil qranullarla zəngindir. Qranullarda ehtiyat şəklində perforin zülalı, apoptozun induksiyasını həyata keçirən qranzimlər(serin esterazaları) və təbii killer hüceyrələrini autolizisdən qoruyan proteoqlikan molekulları toplanırlar.
Killer List of Videogames
"Killer List of Video Games" (qısaca "KLOV") — arkada oyunlarının onlayn ensiklopediyası olan veb-sayt. Məlumat bazasında 1972-ci ildən indiyədək istehsal olunmuş 4,650-dən çox maşın haqqında məlumat var. Hər bir maşın üçün korpusun növü, displey, sistem, prosessor, səs və digər texniki xüsusiyyətlər haqqında ətraflı məlumatlar verilir. İstifadəçilər maşınların fotoşəkillərinə, oyunların ekran görüntülərinə və bəzi başlıqlar üçün hətta üçölçülü modellərə və istifadəçi təlimatlarına daxil ola bilərlər. ABŞ-nin həftəlik "Newsweek" jurnalının rəyçisi "KLOV"u bir dəfə "oyunçular üçün IMDb" adlandırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == McLemore G. Killer List of Videogames // Encyclopedia of Video Games, Set: The Culture, Technology, and Art of Gaming. ABC-CLIO. 2012. 347–348. ISBN 9780313379369.

Значение слова в других словарях

второчи́ть высо́вываться забеле́ть кочкоре́з латини́ст лопарь метеопати́ческий несво́йственный рабо́тать стрепети́ный засу́нуть идти́ по линии лунохо́д непогреши́мо нецерко́вный понасажа́ть посвисте́ть падеж чекчуры aseptisize denga iron rations недоброкачественность отверстие оценивать