KİLOQRAMLIQ
KİLOMETRLİK
OBASTAN VİKİ
Kilometr
Kilometr (qısaca km) — geniş yayılmış uzunluq ölçü vahidi.
Kvadrat kilometr
Kvadrat kilometr (qısaca km²) — sahə ölçü vahidi.
30-cu Kilometr
Hamarmeşə (əvvəlki adı: 30-cu Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 30-cu Kilometr kəndi Hamarmeşə kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmış adı Otuzuncu kilometr olmuşdur. Yaşayış məntəqəsi Lənkəran-Lerik avtomobil yolunun 30 km.-liyində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim "düzənlikdə olan meşə" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Lənkərançayın sahilində yerləşir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kəndin tamamı şiə müsəlmanlardır. Kənddə Hamarmeşə kənd məscidi dini icması fəaliyyət göstərir.
37-ci Kilometr
Peştətük (əvvəlki adı: 37-ci Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 37-ci Kilometr kəndi Peştətük kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim talış dilindəki peştə (təpə, yüksəklik, zirvə) və tük (bicar, çəltik, əkin) sözlərindən düzəlib, "dağ ətəyində əkin sahəsi" mənasındadır. == Tarixi == == Əhalisi == Əhalisi 215 nəfərdir.
8-ci kilometr
8-ci kilometr — Bakının Nizami rayonunda şəhər tipli qəsəbə. == Mədəniyyəti == Qəsəbədə tikintisinə 2010-cu ilin mayında başlanmış, ümumi ərazisi 22 min 500 kvadratmetr olan, beynəlxalq standartlara cavab verən, müasir avadanlıqla təchiz edilmiş, 11 min tamaşaçı yeri olan stadion 14 sentyabr 2012-ci ildə istifadəyə verilmişdir. == Tarixi == == Tarixi məkanları == Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir.
Kilometr bölünsün saat
Kilometr bölünsün saat (km/sa formasında da göstərilir), sürət vahidi. Bir cismin 1 saat boyunca getdiyi yolu bildirir. Qısaca km/sa ya da km·sa−1 istifadə olunur. Bir çox ölkədə sürət vahidi kilometr bölünsün saat hesab olunur.
80 kilometr yerin altı ilə (film, 2002)
== Məzmunu == Film 35 yaşlı Bakı metropoliteninin tarixi və fəaliyyətindən bəhs edir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.Filmdə uzunluğu 80 kilometr olan metropolitenin yaranma tarixi vərəqlənir.
Xəzərin sərt kilometrləri (film, 1979)
== Məzmun == Filmdə "Süleyman Vəzirov" borudüzən gəmisindən, onun köməyilə Xəzər dənizinin dibi ilə neft kəməri çəkilişindən söhbət açılır.

Digər lüğətlərdə

галлюцина́ция желобово́й нелю́бо семидесятиле́тний эволюциони́стский а́мбра оче́лье патофизиологи́ческий перевя́зочная подра́нить с секу́нды на секу́нду электропрово́дность зараза могу фордек юсы backcrossing chickenwort dead-lock flute ground-squirrel infantryman pea huller вера выздоровление