KİLSƏ
KİMİ
OBASTAN VİKİ
Kim
Kim (ad)
Doktor Kim
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Kim (ad)
Kim — ad.
Kim Bum
Kim Bum (7 iyul 1989, Seul) — Cənubi Koreyalı aktyor, müğənni və model. O, "Boys over flowers" serialında So Yi-cun rolu ilə tanınmışdır. == Həyatı == Kim San-bum 1989-cu il 7 iyulda Cənubi Koreyada anadan olub. Onun ailəsi atasından, anasından və bir kiçik bacısından ibarətdir.
Kim Cenni
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni,aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. == Həyatı == === İlk İllər === Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Kim Ciha
Kim Jiha(Kor.:김지하; 4 fevral 1941, Mokpxo – 8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu. == Həyatı == Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir.
Kim Cisu
Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür. == Həyatı == === İlk illəri === Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır. == Karyera == === 2011-günümüz === 2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı. Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, Roze və Lisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.
Kim Jiha
Kim Jiha(Kor.:김지하; 4 fevral 1941, Mokpxo – 8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu. == Həyatı == Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir.
Kim Kardaşyan
Kimberli Noel Kardaşyan Vest (ing. Kimberly Noel Kardashian West; 21 oktyabr 1980[…], Los-Anceles, Kaliforniya) — amerikalı şou-biznes ulduzu. Ata tərəfindən erməni, ana tərəfindən holland və şotland əsillidir. Daha çox sosial həyatı ilə, original versiyası E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians və Kourtney and Kim Take New York adlı realiti şouları ilə tanınır. Bunlardan başqa istehsalçılıq, mankenlik, stilistlik, SKIMS adlı qadın geyim brendinin sahibi və iş qadını olaraq fəaliyyət göstərir. Kardaşyan indiyə qədər müxtəlif ətirlər istehsal etmişdir, olduqca məşhur jurnallarda poza verib jurnal baş səhifələrində yer almışdır, qonaq aktrisa və ya münsif olaraq çox sayda televiziya istehsallarında yer almışdır, Amerika ABC kanalında yayımlanan Dancing With the Stars (Ulduzlarla Rəqs) adlı televiziya proqramında yarışmışdır. America's Next Top Model (Amerikanın Sonrakı/Yeni Top Modeli — Amerika Top Modelini Axtarır) adlı proqramda qonaq münsif olmuşdur. Karmen Elektra ilə birlikdə Qəribə Film və Vadinin Mələkləri adlı kinoteatr filmlərində, How I Met Your Mother, Beyond the Break, CSI: NY kimi seriallarda rol almışdır. 2010-cu ildə isə kiçik bacıları Kourtni və Kloe ilə Kardashian Konfidential adında avtobioqrafik kitab nəşr etdirmişdir.
Kim Kempbel
Kim Kempbel (ing. Avril Phædra Douglas "Kim" Campbell; 10 mart 1947) — Kanadalı siyasətçi, diplomat, yazıçı və professor. 25 iyun — 4 noyabr 1993-cü il tarixləri arasında Kanadanın 19-cu baş naziri olmuşdur (132 gün). Kanadanın ilk və bugünədək yeganə qadın baş naziri, həmçinin Britaniya Kolumbiyasında doğulmuş yeganə baş nazir və İkinci dünya müharibəsindən sonra dünyaya gəlmiş ilk baş nazirdir. Siyasi karyerası ərzində dörd müxtəlif nazirliyə rəhbərlik etmiş, o cümlədən Kanadanın ilk qadın Ədliyyə naziri, Baş Prokuror və Müdafiə naziri olmuşdur. O, 1996-cı ildə nəşr etdirdiyi və öz bioqrafiyasını əks etdirən "Vaxt və İmkan" kitabında keçdiyi həyat yolunu geniş şəkildə əks etdirmişdir. == Həyatı == Kim Kempbell 10 mart 1947-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətinin Port-Alberni şəhərində Corc Tomas Kempbel və Filis Liza Kukun ailəsində dünyaya gəlmişdir. O 12 yaşında olarkən anası ailəni tərk etmiş və onunla bacısı Aliksin qayğısına ataları qalmışdır. Kempbel gənc yaşlarında özünə, aktrisa Kim Novakın şərəfinə "Kim" ləqəbini götürmüşdür. Erkən yaşlarında Kim Kempbel CBS kanalının Uşaq televiziya klubunda aparıcı və müxbir kimi çalışmışdır.
Kim Kibom
Kim Ki-bum (koreyaca: 김기범, d. 23 sentyabr 1991-ci il) - SHINee qrupunun repçisi, solisti.
Kim Petras
Kim Petras (27 avqust 1992, Bonn, Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan Alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar buraxmışdır. Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başladı, 2011-ci ildə "One Piece of Tape" adlı debüt mini albomunu buraxdı. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı beynəlxalq debüt sinqlini buraxdı, həmin mahnı Spotify-da bir neçə viral musiqi hit-paradlarında birinci yerə çıxdı. Mahnı Billboard-da hit olan "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə) kimi sinqllarla davam etdi. Erkən uğurunun ardınca Petras Era 1 kimi tanınan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını buraxdı. Petras 28 iyun 2019-cu ildə Clarity adlı debüt albomunu buraxdı. Rekorddan əvvəl doqquz həftəlik tanıtım kampaniyası keçirildi, bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxdı. Clarity musiqi tənqidçilərindən bəyənmə qazandı, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar cədvəlində isə 26-cı yerə çıxdı. Bunun ardınca Petras, 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan Turn Off the Light-ı buraxdı.
Kim Pik
Kim Pik (ing. Kim Peek ;d. 11 noyabr 1951,Solt-Leyk Siti,ABŞ-ö. 19 dekabr 2009)- fenomenal yaddaşa malik amerikalı, əldə etdiyi məlumatların 98%-ə qədərini yadda saxladığı üçün “Kim-puter” ləqəbini almış, “Yağış adam” (1988,ABŞ) filmində Dastin Hofmanın oynadığı qəhrəmanın prototipi. == Həyatı == Qeyri-proporsional böyük başa malik olan Kim Pik ənsəsində beysbol topu ölçüsündə olan kəllə-beyin yırtığı ilə anadan olmuşdur. Onun beyinciyi zədələnmiş, beynin sağ və sol yarımkürələrini bir-biri ilə birləşdirən qabarıq cisim isə mövcud olmamışdır. Kimin anadangəlmə olan bu xəstəliklərdən heç biri nə onun zəkasına, nə də əqli geriliyinə təsir göstərmişdir. Alimlərin fərziyyələrinə görə, qabarıq cismin yoxluğuna baxmayaraq beynin neyronları Kimin yaddaşını dəfələrlə möhkəmləndirən yeni bir birləşmə yaratmışdır. Atasının xatirələrinə görə, Kim artıq 16 aylığında oxumağı öyrənmişdir. 3 yaşında o qəzetlər oxuyur və tanış olmayan sözlərin mənasını başa düşmək üçün izahlı lüğətdən istifadə edirdi.
Kim Possibl
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Kim Ran
Kim Ran (d. 9 sentyabr 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Ran Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Kim Seokjin
Kim Sokçin (kor. 김석진; 4 dekabr 1992, Kvaçxon[d], Kyonqido) — bilinən səhnə adı ilə Jin müğənni, söz yazar. Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılmış Cənubi Koreya-lı Oğlan qrupu BTS-in vokalistidir.Kim BTS ilə birlikdə üç solo mahnı yazdı və buraxdı: "Awake" (2016), "Epiphany" (2018) və "Moon" (2020), bunların hamısı Cənubi Koreyanın Gaon Digital Chart-da yer alıb. 2019-cu ildə Kim ilk müstəqil mahnısı olan "Tonight" adlı rəqəmsal trekini buraxdı. O, həmçinin BTS üzvü V ilə birlikdə Hvaran-nın musiqisində göründü, müğənni kimi falsettosu və emosional diapazonu üçün tənqidi təriflər aldı. Kim oxumaqdan başqa, 2016-2018-ci illərdə Cənubi Koreyanın bir çox musiqi proqramlarında aparıcı kimi çıxış edib. 2018-ci ildə o, Cənubi Koreya Prezidenti tərəfindən BTS-in digər üzvləri ilə birlikdə Koreya mədəniyyətinə verdiyi töhfələrə görə beşinci dərəcəli Xvaqvan Mədəni Xidmət Ordeninə layiq görülüb. == Erkən həyat və təhsil == Kim Sokçin, 4 dekabr 1992-ci ildə Cənubi Koreyanın Köngido vilayətnin Kvaçxon şəhərində anadan olmuşdur.Ailəsi anası, atası və böyük qardaşından ibarətdir.2007-ci ildə o, ingilis dilini öyrənmək üçün Avstraliyaya təhsil düşərgəsinə getdi. O, əvvəlcə jurnalist olmaq istəyirdi. Lakin Kraliça Seondeokda Kim Nam-gilə baxdıqdan sonra o, aktyorluğu davam etdirmək qərarına gəldi.Orta məktəbdə oxuyarkən Kim Cənubi Koreyanın K-pop agentliyi SM Entertainment tərəfindən izlənildi, lakin o zaman təklifi rədd etdi.Əvvəlcə aktyor olmaq niyyətində idi və buna görə də Konkuk Universitetini sənət və aktyorluq ixtisası ilə 22 fevral 2017-ci ildə bitirdi.
Kim Sokçin

Kim Sowol
== Haqqında == Kim Sowol (김소월) (7 sentyabr 1902 – 24 dekabr 1934) koreyalılar tərəfindən ən çox sevilən Koreya şairlərindəndir. Yapon müstəmləkəsi dövründə fəaliyyət göstərmiş bu şairin əsl adı Kim Jeongsikdir (김정식) və Kim Sowol əsərini dərc edərkən istifadə etdiyi təxəllüsdür. Kim Sowol 33 illik qısa bir ömür yaşasa da, o, bir xalq şairi kimi 150-yə yaxın şeir yazıb və bu gün də koreyalıların duyğularını özündə əks etdirən şeirləri ilə sevilib. == Həyat və fəaliyyəti == Şair Kim Sowol (김소월), 1902-ci ildə Şimali Pyonqan əyalətinin Qusonqqun, Seosanmyeon, Vanginri şəhərində Kim Seongdo və Jang Gyeongsukun ailəsində anadan olub. O, atasının məmləkəti Namdandong, Qwaksanmyeon, Jeongjugun, Şimali Pyonqan əyalətində (indiki Namdanri, Qwaksangun, Şimali Pyonqan vilayəti) böyüyüb. 1904-cü ildə onun atası Kim Seonqdo qohumunun evində at sürərkən, Çenju ilə Qvaksan arasında dəmiryolunu çəkən yapon çobanları yemək oğurlamaq üçün Kim Seonqdonu qaçırmağa çalışırlar. Xoşbəxtlikdən onun həyatı xilas edilir, lakin o, ağır hücumlardan sonra TSSB-dən əziyyət çəkməyə başladı. O, yeməkdən imtina etdi və ailəsi ilə danışmadan otaqda qalırdı. Sonra aclıqdan öldü. Gənc Kim Sowol atasına yazığı gəlirdi.
Kim Suhyun
Kim Soo-hyun (kor. 김수현; Çincə:金秀賢; 16 fevral 1988, Seul)-Cənubi Koreya-lı aktyor. Cənubi Koreya-nın ən çox qazanan aktyorlarından biridir. Onun mükafatları arasında dörd "Baeksang Sənət Mükafatı", iki "Grand Bell Mükafatı" və bir "Blue Dragon Film Mükafatı" var. 2012–2016 və 2021-ci illərdə "Forbes Korea Power Celebrity 40" siyahısında yer aldı. 2014-cü ildə "Gallup Koreya"-da "İlin Televiziya Aktyoru" seçildi və Forbes tərəfindən 30 yaş altı "30 Asiya 2016" siyahısında yer aldı. == Həyatı və təhsili == 16 fevral 1988-ci ildə anadan olan Su-hyon-un atası Kim Çunghun, 80-ci illərin "Seven Dolphins" qrupunun solisti idi. Suhyunun anası, utancaq və içinə qapalı şəxsiyyətini aşmasına kömək etmək üçün onu məktəb illərində aktyorluq dərsləri almağa təşviq edirdi. Aktyor olmaq istəkləri orta məktəbi ilə liseyi arasında həqiqətən yarandı. İlk böyük aktyorluğu Şekspirin " A Midsummer Night's Dream " komediyasında Puck rolunu canlandıran bir səhnə oyununda idi.
Kim Sunmin
Kim Seung-min,(kor. 김승민;22 sentyabr 2000) səhnə adı ilə Seungmin, Cənubi Koreyanın Stray Kids oğlan qrupunun əsas vokalisti və rəqqasıdir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 13 mahnı var. == Bioqrafiya == Kim Sunmin 22 sentyabr 2000-ci ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. Ailənin ən kiçiyi olan Sunminin böyük bacısı var. Sunmin ibtidai və orta təhsilini Bonqeun məktəbində və liseyi isə Çondam liseyində bitirmişdir.9 yaşında ikən Kim peşəkar beysbol komandası olan "SK Wyverns" üçün açılış meydançasına çıxdı. O, bir neçə ay ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bir müddət Los Ancelesdəki məktəbdə oxuduğu üçün ingilis dilində sərbəst danışır. O, orta məktəbdə uşaq xor müsabiqəsində qalib olub və peşəkar müğənni olmaq qərarına gəlib. O, 2017-ci ildə JYP Entertainment-in stajçısı oldu və bu, JYP Entertainment-in 13-cü dinləmələrində ikinci yeri tutduqdan sonra baş verdi. O, müsabiqədə Cənubi Koreyalı müğənni Kim Don Ryolun "Old Song" mahnısını ifa edib.2017-ci ildə JYP Entertainment yeni bir oğlan qrupu yaratmaq üçün oyun şousu keçirdikləri müsabiqəyə qatıldı.
Kim Uayld
Kim Vayld (ing. Kim Wilde) — Böyük Britaniya pop müğənnisidir. == Həyatı == 18 noyabr 1960-cı il Londonda dünyaya gələn İngilis pop sənətçisi Kim Vayld anasının musiqi dünyasında iştirak etməsindən ötrü uşaqlıq vaxtından bəri bütün marağını musiqiyə yönəltmişdi. Onun atası müğənni Marti Vayld (əsl adı Recinald Leonard Smitdir), anası isə müğənni və "The Vernons Girls" musiqi qrupunun rəqqasəsi olan Coys Beyker olub. Kim uşaqlıqda Londonun qərb-cənub hissəsində yerləşən Okfild məktəbində dərs alırdı. 9 yaşında olan zaman Kim ailəsi ilə birlikdə Hartfordşir krallığına köçür və Tevində təhsilini davam etdirir. Kim burada fortepiano sənətini mənimsəməyə başlayır. Paralel olaraq Kim Vayld "Müqəddəs Elbanın İncəsənət Kolleci" mətəbində dərs alır. Kim 20 yaşı tamam olanda təhsil aldığı kollecin məzunu olur və qısa müddətdən sonra seçilən ingilis prodüserlərindən biri olan Mikki Moust ilə görüşür. Bu görüşdən sonra Kim "RAK Records" studiyası ilə müqavilə bağlayır və musiqi karyerasına başlayır.
Kim Van
Kim Van (27 mart 1961) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Van Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.
Kim Vayld
Kim Vayld (ing. Kim Wilde) — Böyük Britaniya pop müğənnisidir. == Həyatı == 18 noyabr 1960-cı il Londonda dünyaya gələn İngilis pop sənətçisi Kim Vayld anasının musiqi dünyasında iştirak etməsindən ötrü uşaqlıq vaxtından bəri bütün marağını musiqiyə yönəltmişdi. Onun atası müğənni Marti Vayld (əsl adı Recinald Leonard Smitdir), anası isə müğənni və "The Vernons Girls" musiqi qrupunun rəqqasəsi olan Coys Beyker olub. Kim uşaqlıqda Londonun qərb-cənub hissəsində yerləşən Okfild məktəbində dərs alırdı. 9 yaşında olan zaman Kim ailəsi ilə birlikdə Hartfordşir krallığına köçür və Tevində təhsilini davam etdirir. Kim burada fortepiano sənətini mənimsəməyə başlayır. Paralel olaraq Kim Vayld "Müqəddəs Elbanın İncəsənət Kolleci" mətəbində dərs alır. Kim 20 yaşı tamam olanda təhsil aldığı kollecin məzunu olur və qısa müddətdən sonra seçilən ingilis prodüserlərindən biri olan Mikki Moust ilə görüşür. Bu görüşdən sonra Kim "RAK Records" studiyası ilə müqavilə bağlayır və musiqi karyerasına başlayır.
Kim Çonqsou
Kim Çonqsou (6 iyun 1947, Seul)— Koreya Respublikası Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Kim Şarma
Kim Şarma (ing. Kim Sharma; d. 21 yanvar 1980) — məşhur Hindistan aktrisası və modeli . == Həyatı == 21 yanvar 1980-ci ildə anadan olub.Onun əmisi oğlu, məşhur aktyor - Arjun Rampaldır.Üç bacısı var. Anası yaponiyalı atası hindistanlıdır.Ailəlidir.
"Kimyaçı" Mədəniyyət Sarayı
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi == Tarixi == "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. == Sarayın qarşısındakı meydan == "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verir. == İstinadlar == == Xarici keçidlər == Sumqayıt.
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi (kitab)
"Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi — Şükufə Məmmədovanın Qazi Əhməd Quminin "Xülasət ət-təvarix" əsəri haqqında yazdığı kitab. == Məzmunu == Oxuculara təqdim olunan Qazi Əhməd Quminin bu əlyazmasında Azərbaycanın XVI əsr tarixinə aid sosial və iqtisadi əsasən siyasi məlumatlar öz əksini tapmışdır.Sovet tarixşünaslıq elmi bele bir amili əsas tuturdu ki, mənbələrdə verilən tarixi məlumatlar dövrün xüsusiyyətlərini,tarixçinin, səlnaməçinin, səyyahın sinfi mənsubiyyətini,siyasi mövqeyini,dini-siyasi dünyagörüşünü özündə əks etdirir.Bu baxımdan Xülasət ət-təvarix əlyazması da Azərbaycan tarixinin öyrənilməsində əsas yer tutur. Monoqrafiyada əlyazmanın Tehran və Berlin nüsxələrindən istifade edilmişdir.Əsər giriş,beş fəsil,nəticə,istifadə edilmiş ədəbiyyat və mənbələr bölümündən ibarətdir.Giriş hissəsində, əsərin Azərbaycan tarixşünaslığı üçün önəmi qeyd olunmuş, əsərdə yer alan problemin marksizm-leninizm nəzəriyyəsinə uyğun şəkildə hazirlandığı bildirilmişdir.Əlyazma şəklində olan bu əsərdə XVI əsr Yaxın və Orta Şərq ölkələrinin,Orta Asiyanın, İran və Azərbaycanın tarixinə dair zəngin məlumatların olduğu bildirilir.Məhz giriş hissəsində yuxarıda qeyd etdiyimiz əlyazmanın nüsxələrinin, müəllifin digər əsəri "Gülüstani-hünər”, Həsən bəy Rumlunun "Əhsən ət-təvarix”, Budaq Qəzvininin "Cəvahir əl-əxbar”,Qazi Əhməd Qaffarinin "Nusəx-i cahanara”,Miryəhya əl-Qəzvininin "Lobb ət-təvarix”,Şərəfxan Bidlisinin "Şərəfnamə”,İskəndər bəy Münşinin "Tarixi aləmarayi Abbasi”,Mirxondun "Rövzət əs-səfa”(VII cild),anonim "Tarixe aləmaraye Şah İsmayıl”,anonim "Tarixe aləmaraye Səfəvi”,Molla Kamalın "Tarixi Səfəviyan” ilə müqayisə olunmuşdur.Bundan əlavə XVI əsrdə Azərbaycanda səfərdə olmuş səyyahların gündəliklərindən,çap olunmuş rəsmi dövlət sənədlərindən,epiqrafik və numizmatik materiallardan istifadə edilmidir. Azərbaycanın XVI əsr tarixinin bir sıra problemləri Sovet və xarici ölkə tarixçiləri tərəfindən tədqiq edilmişdir.Bunların içərisində İ.P.Petruşevskinin "XVI əsr-XIX əsrin əvvəllərində Azərbaycanda və Ermənistanda feodal munasibətləri tarixi oçerkləri”, O.Ə.Əfəndiyevin "Azərbaycan Səfəvi dövləti” Ə.Ə.Rəhmaninin "XVI əsrin sonu XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövləti” monoqrafiyalari əhəmiyyətli yer tutur ki, bu da əsərdə öz əksini tapmışdır.Qeyd edək ki, əsərin giriş hissəsində Ş.F.Fərzəliyevin dövrun mənbəyi olan Həsən bəy Rumlunun "Əhsən ət-təvarix” əsərinə dair elmi cəhətdən maraqli mülahizələr irəli sürdüyü qeyd edilmişdir.Azərbaycan tarixinin bu dövr tarixşünaslığının İran və Türkiyə tarixşünaslığında da öz əksini tapdığı bildirilmişdir.Giriş hissədə İran tarixçilərinin əsərlərindən Əhməd Kəsrəvinin "Şeyx Səfi və təbarəş” əsərinin,Nəsrullah Fəlsəfinin "Zendeqaniyi Şah Abbas-i əvvəl” əsərinin və Əhməd Kaviyan purun "Tarix-i ümum-i Azərbaycan” əsərləri,türk tarixçilərinin əsərlərindən isə Faruk Sümərin "Səfəvi dövlətinin quruluşu və gəlişməsində Anadolu türklərinin rolu” İsmayıl Həqqi Danışməndin "Osmanlıların xronoloji tarixi” əsərlərinin adı çəkilmişdir. === I fəsil === Şükufə xanımın əsərinin I fəslində Qazi Əhməd Quminin həyatı və onun "Xülasət ət təvarix” əsəri barəsində məlumatlar verilmişdir.Qeyd olunur ki,Qazi Əhməd Qumi 1546-cı il mayın 17-də İranın Qum şəhərində anadan olmuşdur.Şəhərin XVI əsrdə Şiə məzhəbinin əsas mərkəzlərindən birinə çevrildiyi bildirilir.1556-cı ildə Qazi Əhmədin 10 yaşı olarkən ailəsi ilə birlikdə Qum şəhərindən Məşhədə köçdüyü barəsində məlumat verilir.Onun burada Mazandaran valisi Əmir xanın oğlu Sultan Murad xandan təlim alması və xanın istedadlı şagirdlərindən biri olması barəsində məlumatlar vardır.Qazi Əhmədin yazdığına görə "Həmin gənclik illəri” onun həyatında ən gözəl və unudulmaz günlər olmuşdur.İyirmi yaşında olarkən onun I Şah Təhmasibin sarayında olması bildirilir.Şah Təhmasibin fərmanı ilə dövlət sənədlərinin üzünü köçürüb 70 nüsxədə cildləyərək ölkənin bütün bəylərbəyilərinə və valilərinə göndərilməsində Qazi Əhmədin və atası Mir Münşi Şərafəddinin böyük rolu olmuşdur. Şah Təhmasibin oğlu II İsmayılın hakimiyyəti donəmində (1576-1578) mustofi əl-məmalik vəzifəsində olan Mirşah Qazi İsfahaninin yanında bir müddət xidmət etmişdir.1589-cu ilin sonlarında Qazi Əhməd I Şah Abbasın sarayında çalışmışdır.Həmin il Qazi Əhməd özbək feodallarının Məşhədə hücumu və şəhərin dağıdılması barəsində qəsidə yazaraq məlumat verir ki, bu məlumatlar Şükufə xanımın qeyd olunan əsərində öz əksini tapmışdir.Qazi Əhməd bu qəsidədən bir parçanı "Xülasət ət-təvarix” əsərində qeyd etmişdir. O,əsərdə özü haqqinda axırıncı dəfə 1590-cı ilin sonlarında baş vermiş hadisələrdən bəhs edərkən məlumat verir.O, Şiraz şəhərini alim və mütəfəkkirlərin məskəni kimi vəsf edərək həmin yerə yollandığını yazır.Qazi Əhməd həyatının son illərində Böyük Moğol imperatoru Cahangirin sarayında yaşamışdır. "Gülüstan-i hünər”-in Tehran nüsxəsində bir sıra faktlar Qazi Əhmədin vətəni tərk edərək Hindistana getməsinin səbəbini aydınlaşdırır.Qazi Əhməd yazır ki, 1605-ci ildə dövrün xəttat və alimlərindən Mir Sədrəddin paxıllıq hissi ilə ona iftira atmış,onu Məşhəddə vəzir olarkən şahın kitabxanasından kitab oğurlamaqla təqsirləndirmiş və beləliklə bu gorkəmli şəxsiyyəti şahın gözündən salmışdır.Bu ağır böhtandan sonra Quma qayıtmış buradan da Hindistana yollanmışdır.Qazi Əhməd Quminin vəfat ili təəssüf ki,müəyyən olunmamışdır.Bu haqda ondan sonra yaşamış tarixçilər də məlumat verməmişdir. Qazi Əhməd Quminin yaradıcılığında böyük yer tutan "Xülasət ət-təvarix” əsərinin beş cilddən ibarət olması barəsində məlumat olsa da əsərin bizə gəlib çatmış hissəsi V cilddir.Şükufə xanım bu barədə qeyd edir ki, Qazi əhməd Qumi beş cildi on iki ilə tamamlamışdır.Əsər I Şah İsmayılın dönəmindən başlamalı və II Şah İsmayılın hakimiyyət illərini də əhatə etməli idi.Əsərdə xronoloji ardicilliğa fikir verilmişdir.O,Səfəvi hökümdarı Məhəmməd Xüdabəndənin səfərlərində iştirak etdiyi üçün Azərbaycanın bir çox yerlərini gəzib öyrənə bilmişdir.O,V cildi Səfəvilər xanədanının geneologiyası ilə başlayır.Əsərdə I Şah İsmayılın hakimiyyət döveündən yalnız əsas hadisələr xronoloji ardıcıllıqla qeyd olunur.O,gostərir ki, II Şah İsmayılın tarixinin təsvirinə qədər olan hissə V cildin I yarısını təşkil edir.Cildin II hissəsi isə II Şah İsmayılın taxta çıxması ilə başlanıb I Şah Abbasın hakimiyyəti dövründə 1591-ci ildə qurtarır. Şükufə xanım qeyd edir ki, "Xülasət ət-təvarix” əsərinin hələlik dord əlyazma nüsxəsi məlumdur.Berlin nüsxəsi,Tehranda Mehdi Bəyaninin şəxsi xitabxanasindakı nüsxə,Tehranda Kitabxanaye Milliyyə Məlikdə saxlanılan əlyazma,Tehranda professor Səid Nəfisinin şəxsi kitabxanasında saxlanılan əlyazma.
5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
AMEA Aşqarlar Kimyası İnstitutu
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
AMEA Kimya Problemləri İnstitutu

AMEA Neft-Kimya Prosesləri İnstitutu
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. == Fəaliyyət istiqamətləri == Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması. İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi. == Tarixi == Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı. MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı. == Tarixi == AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır. AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir. == Fəaliyyət istiqamətləri == Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır. AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir. == Elmi nəticələr == Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır. Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur. Son illərdə TSZ-də aparılmış elmi-tədqiqat işlərinin nəticəsində sulfolaşdırılmışmış bitki yağları əsasında dünyada analoqu olmayan texnologiya üzrə yeni nəsil universal kompleks sürtkü materialı alınmışdır.Əsas texniki göstəricilərinə görə bu sürtkü növü öz analoqlarını (solidol, litol-24, ЛЗ-ЦНИИ,ЦИАТИМ-201 və s.) üstələyir.Zavodda elmi-təcrübə işləri ilə yanaşı müxtəlif mühərrik, transmissiya, kompressor, hidravlika yağları, ox yağı, plastik sürtkü materialları, superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri, hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s.
Abbas Quliyev (kimyaçı)
Abbas Quliyev (10 fevral 1940) — Aşqarlar Kimyası İnstitutunun "Mövsümi yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi" laboratoriyasının rəhbəri, “Üzvi kimya” ixtisası üzrə kimya elmləri doktoru, professor, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sabiq elmi işlər üzrə direktor müavini. == Həyatı == Abbas Binnət oğlu Quliyev 1940-cı il fevralın 10-da Tovuz rayonunun Əlibəyli kəndində kəndli ailəsində anadan olmuşdur. 1946-cı ildı Əlibəyli orta məktəbinin birinci sinfinə daxil olmuş və oranı 1956-cı ildə qızıl medalla bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə qəbul olmuş və 1961-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və Azərbaycan Elmlər Akademiyası (EA) Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1961-64-cü illərdə həmin institutun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra, orada mühəndis, 1965-ci ildən isə Aşqarlar Kimyası İnstitutunda mühəndis, böyük mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində, 1979-cu ildən laboratoriya müdiri, 1983-cü ildən ömrünün sonunadək elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.1965-ci ildə "Alkilfenollar və onların bəzi törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda namizədlik, 1977-ci ildə isə "Bütün fəsillərdə işləyə bilən qatılaşdırılmış yağlar üçün yeyilmə və çoxfunksiyalı aşqarların və onların kompozisiyalarının alınması və tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir və kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1979-cu ildən “ Universal mövsümlü yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi” laboratoriyasına rəhbərlik etmişdir. 1983-cü ildə Üzvi kimya ixtisası üzrə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Müxtəlif növ üzvi birləşmələrin sintezi, onların xassələrinin və aşqar qismində yağlara təsir mexanizminin tədqiqi sahəsində A.Quliyev yeni elmi istiqamət- ekstremal şəraitlərdə, xüsusilə Sibir və Uzaq Şimal şəraitində istismar oluna bilən universal mövsümi yağların sintezi istiqamətini yaratdı. Yeni sintez olunmuş aşqarların tətbiqi ilə alınan M-2AKİ və M-3AKİ universal mövsümlü yağlar T-130, T-220, T-330, T-500, K-700 sovet istehsalı traktorlarında və idxal olunan “Katerpiller” traktorlarında istifadə olunmuşdur.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Akif Əliyev (kimyaçı)
Akif Şıxan oğlu Əliyev (21 sentyabr 1955, Bənəniyar, Culfa rayonu) — kimyaçı, elektrokimya ixtisası üzrə kimya elmləri doktoru, professor. == Həyatı == Akif Şıxan oğlu Əliyev 21 sentyabr 1955-ci ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşdur. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. 1978-ci ildən A. Ş.Əliyev Azərbaycan EA Naxçıvan elm mərkəzində ixtisas artıran tədqiqatçı vəzifəsində fəaliyyətə başlamışdır. 1980-ci ildən Azərbaycan EA QÜFKİ mühəndis vəzifəsinə köçürülmüş və 1980-ci ildə aspiranturaya daxil olmuşdur. 1982–1984-cü illərdə İ. V. Kurçatov adına atom enerjisi institutunda elmi-tədqiqat işləri aparmışdır. A. Ş.Əliyev 1986-cı ildən "Metalların və ərintilərin elektrokimyası" laboratoriyasında kiçik elmi işçi, 1990-cı ildən elmi işçi, 1993-cü ildən böyuk və 2003-cü ildən KPİ-da aparıcı elmi işçi vəzifəsində çalışıb. 2011-ci ildən "Fotoelektrokimyəvi tədqiqatlar" qrupuna rəhbərlik etmişdir. 2012-ci ildən "Metalların və ərintilərin elektrokimyası, korroziyadan mühafizəsi" laboratoriyasının müdiri olmuşdur və 2014-cü ildən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Nanoelektrokimya və elektrokataliz" laboratoriyasının müdiri vəzifəsində çalışır. A. Ş.Əliyev 1986-cı ildə – "Elektrokimya " ixtisası üzrə fəlsəfə doktoru, 2010-cu ildə isə doktorluq dissertasiyasini müdafiə etmişdir.
Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)
Ali neft, qaz və neft-kimya təhsili qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1978-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur. == Məzmun == Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur.
Analitik kimya
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir. == Növləri == Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir. Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır.
Analitik kimyanın inkişaf tarixi
Analitik kimyanın inkişaf tarixi Analitik kimyanın tarixi çox qədimdir. Bəzi xammal və hazır məhsulların tərkibini vəsfi cəhətdən təyin etmək üsulları hələ eramızdan əvvəl çox əvvəlki dövrlərə aiddir. Dəmir, mis, qurğusun və s kimi metalları, onlarin filizlərdən istehsal etməyi, gildən hazırlanması və onların üzərinə müxtəlif rəngli arnamentlərin çəkilməsini kəşf edən insanlar əvvəlcə onları sınaqdan keçirmiş , sonra isə nisbətən geniş miqyasda tətbiq etməyə başlamışlar. Qızıl və gümüşün təmizlik dərəcəsinin yoxlamaq kimi kimyəvi analiz üsulları qədim misirlilərə məlum imiş.16-cı əsrdə italiya alimi V. Birinqççio və alman alimi Q. Aqrikola ilk dəfə olmaq eetibarilə ətraflı və ardıcıl "quru üsul" analizi tərtib etmişlər. Qədim rus dövlətində dəmir və misin əridilməsi, müxtəlif ərintilərin, şüşənin hazırlanması üsulları və tətbiqi məlum idi. 1581-ci ildə İvan Qroznunun təşəbbüsü ilə Moskvada ilk aptek açılır. O zaman aptekler istehsal olunan maddələrin və filizin analizi ilə məşğul olmaq vəzifəsini daşıyırdı. I Pyotr vaxtında Moskvada 8 belə aptek varidi. Kimyəvi analizin böyük əhəmiyyətə malik olmasını başa düşən I Pyotr 1720-ci ildə Peterburqda ilk texniki kimyəvi laboratoriyası təsis edir, burada filiz və tikinti materiallaı analiz edilməyə başlayır. 1725-ci ildə Rusiyada elmlər akademiyası təsis edilir.
Arava Kimura
Arava Kimura (8 iyul 1931, Hiroşima – 21 fevral 2007, Kanaqava prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Arif Heydərov (kimyaçı)
Heydərov Arif Əmrah oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Arif Heydərov 5-iyul 1954-cü ildə Ukrayna Respublikasının Stalin Vilayətində (indiki Torez şəhəri) anadan olmuşdur. O, 1970-ci ildə Yardımlı rayonu Yolocaq kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji Universiteti) Kimya fakültəsində təhsil almışdır. 1975-1977-ci illər ərzində Yardımlı rayonu Yolocaq kənd orta məktəbində kimya müəllimi işləmişdir. Arif Heydərov 1977-ci ildə Azərbaycan Elmlər Akademyasının (indiki Milli Elmlər Akademyası ) Qeyri-üzvi və Fiziki kimya İnstitunun (indiki MEA-ın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) "Mineral maddələrin texnologiyası" laboratoriyasında aspiranturaya daxil olmuş və 1986-cı ildə "Filizçay polimetallik filizindən alınan sink konsentrantının emalı prosesində qalliumun çıxarılması"mövzusunda namizədlik, 2010-cu ildə isə "Filizçay polimetal sulfid filizinin əsas və müşayət edən komponentlərə görə kompleks emalının elmi əsaslarının işlənib hazırlanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Azərbaycan Respublikasının Prezdenti yanında Ali Atestasiya komissyasının 4 fevral 2011-ci il tarixli qərarı ilə ona kimya elmləri doktoru adı, 8 may 2015-ci il tarixli qərarı ilə ona "Qeyri-üzvi kimya" ixtisası üzrə professor elmi adı verilmişdir. 2011-ci ildən "Mineral maddələrin emalının kimyası və texnologiyası" laboratoriyasının nəzdində yaradılmış "Əlvan və nadir metallar" qrupunun rəhbəri olmuş,2014-cü ildən "Əlvan metal tərkibli mineral xammalın emal" laboratoryasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Arif Heydərovun elmi fəaliyyəti Azərbaycan ərazisində olan zəngin və kasıb filizlərdən və qeyri-üzvi istehsalat tullantılarından əlavən və nadir metalların çıxarılmasının elmi əsaslarının işlənib hazırlanması durur. 2011-ci ilə kimi o, inert mühitdə Filizçay polimetallik sulfid filizinin pirrotinləşmiş yanmasını və alınan pirrotinləşmiş yanığın avtoklav həll olması şəratini tədqiq etmişdir. Həmçinin onun tərəfindən ağır neftin emalından alınan mazut fraksiyasının yanma külünün emal məhsullarında Vanadiumun paylanması , qatılaşma yerləri və çıxarılmasını təmin edən prinsipial texnoloji sxem təklif olunmuşdur. Sonrakı illərdə Gədəbəy mis tərkibli oksidləşmiş filizin xlorid və hipoxlorit məhlulları ilə yuyulmasının və yuyulmadan alınan məhlullardan mis və sinkin ion dəyişdirici sorbentlər vasitəsi ilə ayrılmasının optimal şəraitini tədqiq etmişdir.Daşkəsən Filiz saflaşdırma kombinatının tullantılarından qiymətli metalların (Co, Cu, Zn, Mn) çıxarılmasının səmərəli parametr və rejimləri müəyyən edilmişdir.
Arif Əfəndiyev (kimyaçı)
Arif Cavanşir oğlu Əfəndiyev (10 oktyabr 1948, Qafan) — Azərbaycanlı alim, AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kimya elmləri doktoru, Professor. == Həyatı == Arif Əfəndiyev 10 oktyabr 1948-ci ildə Ermənistan SSR-in Qafan şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Professor Arif Əfəndi AMEA-nın Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Xlorlu karbohidrogenlərin katalitik oksidləşmə reaksiyalarının kinetika və mexanizminin elmi əsasları hesablanmışdır. Aşağı molekullu spirtlərin, karbohidrogenlərin katalitik oksidləşdirici dehidrogenləşmə reaksiyalarının elmi əsaslarınin hazırlanması. 60-a qədər yeni bioloji aktiv maddələr sintez olunmuşdur. == Pedaqoji fəaliyyəti == Azərbaycan Pedaqoji Universitetində Dövlət İmtahan komissiyasının sədri. Bakı Dövlət Universitetinin Fiziki və Kolloid kimya kafedrasında əvəzedici müəllim.
Asif Məmmədov (kimyaçı)
Məmmədov Asif Nəsib oğlu (2 may 1947, Ağdam) — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Asif Məmmədov 2 may 1947-ci ildə Ağdamda anadan olmuşdur. O, 1965-ci ildə Ağdam 5 saylı orta məktəbini qızıl medalla bitirdikdən sonra, 1965–1970 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. Asif Məmmədov universiteti fərqlənmə diplomu ilə qurtarmış, həmin təhsil ocağının "Fiziki kimya" kafedrasının qiyabi aspiranturasında oxumuşdur.O, Bakıda "Yn-Bi-Sb, Tl-Bi-Sb və Tl-Rb-As ərintilərinin termodinamiki tədqiqi" mövzusunda namizədlik (1974), Tbilisidə "İki-dörd komponentli qeyri-molekulyar birləşməli sistemlərdə faza tarazlığı və termodinamiki funksiyaların hesablanması və approksimasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1990).Asif Məmmədov Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda, Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, böyük elmi işçi (1971–81), Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük elmi işçi (1981–86), bölmə müdiri (1986–1992), laboratoriya müdiri işləmişdir. Hazırda o, AMEA Kimya Problemləri İnstitutunun baş elmi işçisidir.Asif Məmmədova anadan olmasının 60 illiyi münasibətilə Fəxri Fərman verilmişdir. == Elmi fəaliyyəti == Asif Məmmədov 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifidir. Apardığı elmi tədqiqat işləri Rusiya, Çexoslovakiya, Avstriya, Almaniya, Fransa, İngiltərə, Yaponiya və ABŞ-də çap edilmişdir.Əldə etdiyi elmi nəticələr 1973-cü ildən termodinamikaya dair Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən Çexoslovakiya (1983), İtaliya (1991), ABŞ (1993, 1995), Yaponiya və Fransada keçirilən konfransların proqramlarına salınmış və nəşr edilmişdir (1995–2000). Asif Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti qeyri-üzvi birləşmələrin və ərintilərin fiziki kimyəvi xassələri, termodinamiki funksiyaların proqnozu və korrekt hesablama məsələlərini əhatə edir. O, bir sıra praktiki əhəmiyyətli iki və çoxkomponentli yarımkeçirici və metal sistemlərin hal diaqramları və termodinamiki funksiyalarını təyin edib, yeni korrekt hesablama üsulları hazırlamışdır. Onun təklif etdiyi termodinamiki funksiyaların approksimasiya üsulu sorğu kitabına daxildir.
Azər Qasımov (kimyaçı)
Azər Əlibala oğlu Qasımov — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyası müdiri, texnika üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == Azər Əlibala oğlu Qasımov 1942-ci il fevralın 17-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1950-60-cı illərdə Bakı şəhəri 160 saylı məktəbdə təhsil almışdır. 1960-cı ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş və 1965-ci ali təhsilini başa vurmuşdur. İnstitutu bitirdikdən sonra A.Ə.Qasımov 1965-1968-ci illərdə Yeni Bakı Neftayırma zavodunda mühəndis vəzifəsində çalışmışdır. 1968-1972-ci illərdə təhsilini Azərbaycan Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında davam etdirmişdir. Aspiranturanı bitirdikdən sonra həmin institutun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən həmin laboratoriyaya rəhbər təyin edilmişdir. A.Ə.Qasımov hal-hazırda həmin laboratoriyanın müdiri vəzifəsində çalışır.
Azərbaycan Dövlət Neft və Kimya İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Kimya Jurnalı
Azərbaycan Kimya Jurnalı – ölkəmizdə kimya üzrə ən məşhur еlmi nəşrlərdən biridir. Jurnal kimya və kimya tехnоlоgiyasının aktual prоblеmlərinə, qеyri-üzvi, üzvi və fiziki kimyaya, nеftkimyasına, kinеtika və katalizə, mоdеlləşmə və оptimallaşdırmaya aid оlan tədqiqatlara və həmçinin еkоlоgiya prоblеmlərinə həsr оlunmuş məqalələri çap еdir. Azərbaycan Kimya Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir. Jurnal SIS (Scientific Indexing Services) bazasında indeksləşdirilmişdir. Jurnal ID: 4591. Jurnal 1959-cu ildən dərç оlunur. Jurnalın birinci baş rеdaktоru məşhur Azərbaycan alimi Yusif Məmmədəliyеv оlmuşdur. 1961–1975-ci illərdə Azərbaycan kimya jurnalının baş rеdaktоru görkəmli alim, kimyaçı-tехnоlоq akadеmik Murtuza Nağıyеv idi. 1975-ci ildən 2011-ci ilədək jurnalın baş rеdaktоru məşhur alim akadеmik Toğrul Şahtaхtınski, 2011–2014-cü illərdə isə akadеmik Ağadadaş Əliyеv оlmuşdur. 2015-ci ildən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev jurnalın baş redaktorudur.
Azərbaycan Neft və Kimya İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycanın böyük kimyası (film, 1961)
Azərbaycanın böyük kimyası qısametrajlı sənədli filmi rejissor Arif Nərimanbəyov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanda kimya sənayesinin inkişafından, xalq təsərrüfatında kimyanın həlledici rolundan söhbət açır. == Məzmun == Film Azərbaycanda kimya sənayesinin inkişafından, xalq təsərrüfatında kimyanın həlledici rolundan söhbət açır.
Aşqarlar Kimyası İnstitutu
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
BDU Kimya fakültəsi
Bakı Dövlət Universitetinin Kimya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Kimya fakültəsi 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən "Ümumi və qeyri-üzvi" kimya kafedrasının bazası əsasında yaradılmışdır. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Azərbaycan qədim neft ölkəsi olduğundan müasir kimyanın inkişafı hələ XIX əsrin ortaları və XX əsrin əvvəllərində başlamışdır. Nobel qardaşlarının, V.İ.Roqozinin və digər maqnatların neftdən daha səmərəli istifadə etməsi üçün o dövrün böyük kimyaçı alimlərindən olan D.İ.Mendeleyev, V.V.Markovnikov, V.O.Kovalevski, F.F.Beylşteyn, A.A.Kurbatov, V.N.Oqloblin və digər görkəmli kimyaçıları Bakıya dəvət etmələri ümumilikdə Azərbaycanda kimya elminin inkişafına, yerli ali təhsilli mütəxəssislərin, ali məktəblərdə kimya kafedralarının yaranmasına böyük təkan vermişdir. Sonralar 1960-cı illərin əvvəllərində o vaxtkı SSRİ-nin dövlət başçısı N.S.Xruşovun "ölkənin kimyalaşdırılması" çağırışı da bu elmin inkişafına növbəti təkan vermişdir. 1960-cı illərin sonuna qədər davam edən bu kampaniyanın nəticəsində Azərbaycanda (həm də Gürcüstanda, Ermənistanda yaşayan soydaşlarımız) orta məktəbi yüksək göstəricilərlə, medalla bitirən gənclərin əksəriyyəti ali təhsil almaq üçün Kimya fakültəsini seçdilər və nəticədə XX əsrin ortalarından başlayaraq Azərbaycanda çox güclü kimyaçı alimlər ordusu hazırlandı. Kimya fakültəsini müxtəlif illərdə bitirmiş, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı alimlərimiz çoxdur. Onlar kimyaçı kadrların yetişməsinə, respublikamızda kimya elminin inkişafına öz töhfələrini vermişlər. Məzunları olduqları universitetin kimya fakültəsinə həmişə şərəf gətirmiş bu ziyalılar dünyanın bir çox elmi mərkəzlərində Azərbaycanı layiqincə təmsil etmişlər.

Значение слова в других словарях

-нев-(ый) кардиогра́мма отрезви́тельный послужи́ть фа́кельщицкий насоса́ть ноготко́вый позднёшенько склеп тиф Литва constrict ethnographer farther full stop mercy drug shelter deck Spencer Gulf tread tuck-in бросаться газик дёрнуть специфицировать фермата