KİMSƏ

1. əvəz. Məlum olmayan şəxs, adam.
Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi.
Vaqif, bir kimsə ki bizdən yaşına; Yəqin bil ki, bizlən olmaz aşina. M.P.Vaqif.

2. Heç kim, heç kəs, heç bir adam, heç biri. Kimsə onun qabağına çıxa bilməz. Kimsəyə boyun əyməz. Kimsə gəlmədi. Kimsəni görmədim.
– Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şənilə hər gün çeşmi-bidar axtarır. Qövsi.
Kimsə bilməz ki, neçə yardən oldum məyus. S.Ə.Şirvani.
Həyətdə kimsə yoxdu. S.Hüseyn.

3. Kimsədən şəklində – heç kimdən, heç kəsdən, heç bir adamdan. Kimsədən minnət götürməz.
– Kim olduğumuzu yəqin ki, kimsədən soruşmadan bilirlər. M.İbrahimov.

KİMONO
KİMSƏNƏ
OBASTAN VİKİ
Bu şəhərdə kimsə yoxdur
Bu şəhərdə kimsə yoxdur — azərbaycanlı yazıçı, filosof-şərqşünas və psixoloq Rövşən Abdullaoğlunun ilk romanı. == Məzmun == Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir.
Bu şəhərdə kimsə yoxdur (roman)

Qırx kimsənə məscidi
Qırx kimsənə məscidi — Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyəti nümunələrindən biri də XIV əsrə aid “Qırx kimsənə” məscididir. Оrdubad rayonunun Nüsnüs kəndində yerləşən və yerli əhali arasında “Qırx kimsənə” adlanan bu məscid həm də ziyarətgahdır. Məscidin binasının оrtasında birinci mərtəbədən başlayaraq qalxan, daşdan hündürlüyü təxminən beş metr оlan bir sütun vardır. Məscidin birinci mərtəbəsində yerləşən ziyarətgahın giriş qapısı üzərində ərəb dilində dоqquz sətirdə həkk edilmiş kitabənin mətnindən aydın olur ki, bu məscid Səid Bahadır xanın səltənəti dövründə (1316-1335-ci illər) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkin tərəfindən inşa edilmişdir. Kitabə hicri təqvimi ilə çərşənbə axşamı, 4 ramazan 726-cı ildə (4.08.1326) yazılmışdır. Kitabədə verilən məlumatdan aydın оlur ki, Naxçıvan ərazisi Hülakilər dövlətinin sоn dövrlərində də həmin dövlətin tərkibində оlmuşdur. Məscid 1993-cü ildə bərpa edilmişdir.

Digər lüğətlərdə

ась льноубо́рочный натурализа́ция перегло́хнуть расфранти́ть сентимента́льно А́рктика игра́ не стоит свеч обер- перенала́живать эве́нки 've channel off dishorn force up horner izzard lime-spreader modifier need tumble up tung-oil water-sick клякса юрист