KİMSE
KİN
OBASTAN VİKİ
Analitik kimya
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir. == Növləri == Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir. Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır.
Azərbaycan Kimya Jurnalı
Azərbaycan Kimya Jurnalı – ölkəmizdə kimya üzrə ən məşhur еlmi nəşrlərdən biridir. Jurnal kimya və kimya tехnоlоgiyasının aktual prоblеmlərinə, qеyri-üzvi, üzvi və fiziki kimyaya, nеftkimyasına, kinеtika və katalizə, mоdеlləşmə və оptimallaşdırmaya aid оlan tədqiqatlara və həmçinin еkоlоgiya prоblеmlərinə həsr оlunmuş məqalələri çap еdir. Azərbaycan Kimya Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir. Jurnal SIS (Scientific Indexing Services) bazasında indeksləşdirilmişdir. Jurnal ID: 4591. Jurnal 1959-cu ildən dərç оlunur. Jurnalın birinci baş rеdaktоru məşhur Azərbaycan alimi Yusif Məmmədəliyеv оlmuşdur. 1961–1975-ci illərdə Azərbaycan kimya jurnalının baş rеdaktоru görkəmli alim, kimyaçı-tехnоlоq akadеmik Murtuza Nağıyеv idi. 1975-ci ildən 2011-ci ilədək jurnalın baş rеdaktоru məşhur alim akadеmik Toğrul Şahtaхtınski, 2011–2014-cü illərdə isə akadеmik Ağadadaş Əliyеv оlmuşdur. 2015-ci ildən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev jurnalın baş redaktorudur.
BDU Kimya fakültəsi
Bakı Dövlət Universitetinin Kimya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Kimya fakültəsi 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən "Ümumi və qeyri-üzvi" kimya kafedrasının bazası əsasında yaradılmışdır. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Azərbaycan qədim neft ölkəsi olduğundan müasir kimyanın inkişafı hələ XIX əsrin ortaları və XX əsrin əvvəllərində başlamışdır. Nobel qardaşlarının, V.İ.Roqozinin və digər maqnatların neftdən daha səmərəli istifadə etməsi üçün o dövrün böyük kimyaçı alimlərindən olan D.İ.Mendeleyev, V.V.Markovnikov, V.O.Kovalevski, F.F.Beylşteyn, A.A.Kurbatov, V.N.Oqloblin və digər görkəmli kimyaçıları Bakıya dəvət etmələri ümumilikdə Azərbaycanda kimya elminin inkişafına, yerli ali təhsilli mütəxəssislərin, ali məktəblərdə kimya kafedralarının yaranmasına böyük təkan vermişdir. Sonralar 1960-cı illərin əvvəllərində o vaxtkı SSRİ-nin dövlət başçısı N.S.Xruşovun "ölkənin kimyalaşdırılması" çağırışı da bu elmin inkişafına növbəti təkan vermişdir. 1960-cı illərin sonuna qədər davam edən bu kampaniyanın nəticəsində Azərbaycanda (həm də Gürcüstanda, Ermənistanda yaşayan soydaşlarımız) orta məktəbi yüksək göstəricilərlə, medalla bitirən gənclərin əksəriyyəti ali təhsil almaq üçün Kimya fakültəsini seçdilər və nəticədə XX əsrin ortalarından başlayaraq Azərbaycanda çox güclü kimyaçı alimlər ordusu hazırlandı. Kimya fakültəsini müxtəlif illərdə bitirmiş, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı alimlərimiz çoxdur. Onlar kimyaçı kadrların yetişməsinə, respublikamızda kimya elminin inkişafına öz töhfələrini vermişlər. Məzunları olduqları universitetin kimya fakültəsinə həmişə şərəf gətirmiş bu ziyalılar dünyanın bir çox elmi mərkəzlərində Azərbaycanı layiqincə təmsil etmişlər.
AMEA Kimya Problemləri İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Kimya
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini ,çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsini və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir. == Etimologiyası == Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı. XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məfhumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing. chemistry, alm. chemie, çex və hollandca chemic, fransızca və rumın dilində chimie, italyanca chimica, polyak, slovak və latın dillərində chemia, litva dilində chemija, ispan və portuqal dillərində quimica, İsveç dilində kemi, eson dilində keemia, xorvat və sloven dillərində kemija, latış dilində kimija, Norveç dilində kjeıııi adlanır. Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır.
Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. == Duzların alınması == Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Ekstremal kimya
Ekstremal kimya Ekstremal kimya – kimyəvi proseslərin ekstremal şəraitdə öyrənilməsidir: güclü elektrik və maqnit sahələri, ultrayüksək təzyiq və sürüşmə deformasiyaları, gərginliyi molekulun daxilindəki elektrik sahəsi ilə müqayisə edilən güclü işıq sahələri, ultraböhran şəraiti, güclü qravitasiya sahəsi, səs və mikrodalğa sahələri və s. Ekstremal halların kimyasına, həmçinin plazmokimya, radiasiya kimyası, yüksək enerjilər və yüksək temperaturlar kimyası daxildir. Yanaşmadan asılı olaraq ekstremal kimyanın bölmələrini müxtəlif qaydada təsnif etmək olar. == Yüksək enerjilər kimyası == Yüksək enerjilər kimyası (YEK) – fiziki-kimyanın bölməsidir, qeyri-istilik enerji mənbələrinin (ionlaşdırıcı şüalanma, işıq, plazma, ultrasəs, mexaniki zərbə və s.) təsiri ilə gedən kimyəvi və fiziki-kimyəvi prosesləri tədqiq edir. Qeyri-istilik enerjisinin təsiri ilə gedən reaksiyaların mexanizm və kinetikası, həyacanlanmış və ionlaşdırılmış çox sürətli hissəcikilərin qeyri-tarazlıq qatılığı ilə xarakterizə olunur; bu hissəciklərin enerjisi istilik hərəkəti enerjisindən, bəzi hallarda kimyəvi rabitə enerjisindən çoxdur. Maddəyə təsir edən qeyri-istilik enerji daşıyıcıları: sürətləndidrilmiş ion və elektronlar, sürətli və yavaş neytronlar, alfa- və beta-hissəciklər, pozitronlar, müonlar, pionlar, ultrasəs sürətli atom və molekullar, elektromaqnit şüalan-manın kvantları, impuls elektrik, maqnit və akustik sahələri. Yüksək enerjilər kimyasının proseslərini zaman mərhələrinə görə fiziki, fiziki-kimyəvi və kimyəvi proseslərə bölürlər. Fiziki mərhələ femtosaniyə və daha az müddətdə baş verir. Bu müddətdə qeyri-istilik enerjisi mühitdə qeyri-bərabər paylanır, “qaynar ləkə” əmələ gəlir. Fiziki-kimyəvi mərhələdə qaynar ləkədə tarazsızlıq və müxtəlicinsilik təzahür edir.
Fiziki kimya
Fiziki kimya — Fizika və Kimyaya aid bütün ümumi qanunları öyrənir. Fiziki kimyada kimyəvi təsirləri öyrənən zaman kimya və fizikanın həm nəzəri, həm də eksperimental metodlarından istifadə edilir. Fiziki kimya elmi kimyəvi proseslərin mahiyyətini öyrənir. Kimyəvi reaksiyalar fiziki proseslərlə - istilikkeçirmə, istiliyin udulması və ya ayrılması, işığın udulması və şüalanması, elektrik hadisələri, həcmin dəyişməsi və s. ilə əlaqədardır. Məsələn, hər-hansı bir kimyəvi reaksiyada sistemi əmələ gətirən maddə molekullarının qarşılıqlı təsiri nəticəsində xarici mühitə enerji verilir və ya xaricdən enerji udulur. Buxarlanma və sublimasiya proseslərində, eləcə də, müxtəlif parçalanma reaksiyalarında maddənin temperaturunun artması molekul hissəciklərinin intensivləşməsinə və beləliklə də, molekulda atomlar arasındakı kimyəvi rabitənin zəifləməsinə və nəhayət onların parçalanmasına səbəb olur. Qalvanik elementlərdə elektrodlarda gedən oksidləşmə-reduksiya prosesləri elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Yüksək temperaturlarda bərk maddələrin səthində adsorbsiya və desorbsiya prosesləri nəticəsində hidrogenləşmə, dehidrogenləşmə, izomerləşmə, polimerləşmə və s. reaksiyalar gedir.
Kimya ekologiyası
Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər. Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir.
Kimya fəlsəfəsi
Kimya fəlsəfəsi — fəlsəfənin əsas anlayışları, inkişaf problemlərini və elmin bir hissəsi kimi kimya metodologiyasını öyrənən bir bölməsidir. Elm fəlsəfəsində kimyəvi problemlər fizika fəlsəfəsi və insan biliyinə gətirib çıxaran həddindən artıq idrak vəziyyətlərinin təzahür etdiyi riyaziyyat fəlsəfəsindən daha təvazökar bir yer tutur. Kimyəvi biliklərin inkişafı və kimya təməl konsepsiyalarının təkamülünün fəlsəfi təhlili kimya fəlsəfəsində mühüm rol oynayır. Bu analizdə mühüm rolu kimya elminin inkişafı üçün konseptual sistemlər nəzəriyyəsini yaradan və inkişaf etdirən görkəmli rus kimyaçısı və filosofu V.İ.Kuznetsov oynamışdır. Mütləq ideyanın formalaşma tarixini təsvir edən Hegelin “Məntiq” də üç növ “obyektivlik” — mexanizm, kimya və orqanizm qeyd olunur. == Kimya ilə fizika arasındakı əlaqənin fəlsəfi problemləri == Kvant mexanikası faktiki olaraq kimya problemlərini tətbiqi riyaziyyat problemlərinə qədər azaldır. Q.M. Şvab bu vəziyyəti kimyanın nəzəri və idrak böhranı adlandırdı. Bununla birlikdə, kimyəvi fenomenlər mürəkkəbliyinə görə fiziki hadisələrlə azaldır. “Bir fizik üçün bir maddə ən çox sadəcə maraq fəaliyyətinin baş verdiyi arenadır; fərqli maddələrə yalnız müşahidə olunan fenomen tamamilə fərqli yollarla davam etdiyi təqdirdə, prosesin fərqli modellərinin yaradılması tələb olunduqda müraciət edəcəkdir. Kimyaçı maddə ilə və xüsusilə vacib olan maddələr seriyası ilə maraqlanır.
Kimya mühəndisliyi
Kimya mühəndisliyi — kimya, fizika, riyaziyyat, biologiya və iqtisadiyyatın prinsiplərindən istifadə edərək enerji və materiallardan istehsalatı, istehsalatın dizaynını, nəqliyyatını və transformasiyasını təmin edən mühəndislik sahəsidir. Kimya mühəndislərinin işi laboratoriyada nano-texnologiya və nano-materialların istifadəsindən kimyəvi maddələri, xammalları, canlı hüceyrələri, mikroorqanizmləri və enerjini faydalı forma və məhsula çevirən genişmiqyaslı sənaye proseslərinə kimi ola bilər. Kimya mühəndisləri zavod layihələşdirməsi və istismarının təhlükəsizlik və risk qiymətləndirilməsi, proses dizaynı və analizi, modelləmə, idarə etmə mühəndisliyi, kimyəvi reaksiya mühəndisliyi, nüvə mühəndisliyi, biomühəndislik, tikinti xüsusiyyətləri və idarə təlimatları kimi sahələrində xidmət edirlər. Kimya mühəndisləri əsasən Kimya Mühəndisliyi və ya Proses Mühəndisliyi dərəcəsinə sahib olurlar. Təcrübələrlə məşğul olan mühəndislər bu sahə üzrə peşəkar qurumların sertifikatına sahib ola və ya bu orqanların üzvü ola bilirlər. Belə qurumlara Kimya Mühəndisləri İnstitutu (ing. IChemE) və ya Amerika Kimya Mühəndisləri İnstitutu (ing. AIChE) daxildir. Kimya mühəndisliyi dərəcəsi digər mühəndislik sahələri ilə birbaşa əlaqədardır. == Etimologiya == Elm Tarixi haqqında İngilis jurnalının (ing.
Kimya tarixi
Kimya tarixi maddələrin xüsusiyyətlərinin və çevrilmələrinin öyrənilməsi ilə bağlı xüsusi biliklərin toplanması kimi mürəkkəb prosesi izah edir və təsvir edir; kimya inkişafı ilə əlaqəli hadisələri və prosesləri insan cəmiyyətinin tarixi ilə bağlayan sərhəd bilik sahəsi hesab edilə bilər. Kimya tarixi ümumiyyətlə bir neçə dövrə bölünür; nəzərə alınmalıdır ki,bu dövrləşdirmə,şərti və nisbi olmaqla daha çox didaktik məna daşıyır. Kimya tarixini elmi bir fənn kimi quranlardan biri alman alimi Hermann Kopp (1817-1892) idi. == Əlkimyadan əvvəlki dövr: III əsrə qədər == Əlkimyəvi dövrdə maddə haqqında biliklərin nəzəri və praktikcəhətləri bir-birindən nisbətən müstəqil şəkildə inkişaf etmişdir. Maddə ilə praktiki əməliyyatlar sənətkarlıq kimyası üçün əlverişli oldu. Onun yaranması ilk növbədə metallurgiyanın yaranması və inkişafı ilə əlaqələndirilməlidir. Qədim dövrlərdə yeddi metal: mis,qurğuşun,qalay,dəmir,qızıl,gümüş və civə, xəlitə şəklində də arsen,sink və bismut saf formada tanınırdı. Metallurgiya ilə yanaşı,keramika və şüşə istehsalı,boya,dəri,dərman və kosmetika istehsalı kimi digər sahələrdə də praktik biliklər toplanmışdır. Antik dövrün praktik kimyasının uğurları və nailiyyətləri əsasında kimyəvi biliklərin inkişafı sonrakı dövrlərdə baş verdi. Maddənin xassələrinin mənşəyi problemini nəzəri dərk etmək cəhdləri qədim Yunan təbiət fəlsəfəsində elementlər doktrinasının meydana gəlməsinə səbəb oldu.
Kimya Əlizadə
Kimya Əlizadə (fars. کیمیا علیزاده زنوزی‎; 10 iyul 1998) — əslən azərbaycanlı İran taekvondoçusu. İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı. == Həyatı == 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir. == Karyerası == Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb. Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb. O, ilk döyüşdə seneqallı Elsa Nqassanı 23:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Növbəti rəqibinə — belçikalı Amber Pannemansa da şans verməyib — 15:2. Yarımfinalda isə kolumbiyalı Nataliya Qomezi 12:2 hesabı ilə üstələyərək, adını finala yazdırıb.
Kolloid kimya
Kolloid kimya yüksək dispersliyə malik heterogen sistemlərin fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid hissəciklər böyük xüsusi səthə malik olduqlarından kolloid sistemdə səth hadisəsi böyük rol oynayır. Əgər hər hansı bir faza xırdalanmış şəkildə digər fazanın həcmində paylanarsa belə sistemlərə dispers sistemlər deyilir. Həcmdə paylanan faza dispers faza, həcmində paylanma baş verən faza dispers mühit adlanır. Dispers sistemlər dispersliyə görə fərqləndirilirlər: Xüsusi səth hissəciyin səthinin sahəsinin onun həcminə olan nisbətidir. Aydındır ki, disperslik böyük olduqca xüsusi səth də böyük qiymətə malik olur. Dispersliyə görə dispers sistemlər 3 yerə bölünürlər: Kobud dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a>10-7 m Kolloid dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a=10 -710 -9m Molekulyar dispers sistemlər a<10 -9mKobud dispers sistemlər heterogendirlər, özbaşına əmələ gəlmirlər, termodinamiki davamsızdırlar. Heç bir süzgəcdən keçmirlər, dializə uğramırlar, adi mikroskopla, bəzən gözlə də görünürlər.
Radikal (kimya)
Kimyadakı sərbəst radikallar - xarici elektron qabığında bir və ya daha çox boşaldılmış elektron hissəciklər. Sərbəst radikallar bərk, maye və qazlı maddələrdir və çox qısa (saniyənin bir hissəsi) çox uzun müddətə (bir neçə ilədək) mövcud ola bilər. Radikallar yalnız neytral deyil, həm də ion (radikal ionlar) ola bilər və eyni zamanda birdən çox boşaldılmayan elektrona malikdirlər (məsələn, biradikallarda). Sərbəst radikallar paramaqnetik xüsusiyyətlərə malikdir və çox reaktiv hissəciklərdir. == Kəşfi tarixi == Sərbəst radikalların mövcudluğu XIX əsrdə təkrarlanmışdı.1849-cu ildə İngilis kimyaçı Eduard Franklend, etil radikalının olduğuna inanaraq yodetanı sinklə qızdıraraq butan əldə etdi. Bənzər bir səhv Alman kimyaçısı German Kolbe tərəfindən etilin metil radikalı kimi qəbul edilməsi ilə edildi. C 2 H 5 I + Z n → C 4 H 10 + Z n I 2 {\displaystyle {\mathsf {C_{2}H_{5}I+Zn\rightarrow C_{4}H_{10}+ZnI_{2}}}} Həlldəki ilk sərbəst radikal Amerikalı kimyaçı Musa Qomberq tərəfindən kəşf edildi. 1900-cü ildə o, trifenilmetil xlorid üzərində gümüşün təsiriylə əldə edərək trifenilmetil radikalını kəşf etdi. Bu radikalın olması səbəbindən məhlul sarı rəngə boyandı və sonra bu radikalın dimerinin ağ kristalları məhluldan çıxdı. 1901-ci ildə nitroksil quruluşunun sərbəst bir radikalı olan porfireksid əldə edildi, ancaq onu qəbul edənlər O idi.
Riyazi kimya
Riyazi kimya — riyaziyyatın kimyaya yenilikci tətbiqləri ilə məşğul olan tədqiqat sahəsi; əsasən kimyəvi hadisələrin riyazi modelləşdirilməsiylə məşğul olur. Riyazi kimya bəzən kompüter kimyası adlanır, lakin bu hesablamalı kimya ilə qarışdırılmamalıdır. Riyazi kimyanın başlıca tədqiqat sahələrinə kimyəvi qraf nəzəriyyəsi, izomerliyin riyazi tədqiqi və kəmiyyət struktur-xassəli münasibətlərdə tətbiq tapan topoloji deskriptorların və ya indekslərin təkmilləşdirilməsi və stereokimya və kvant kimyasında tətbiqlər tapan qrup nəzəriyyəsinin kimyəvi aspektləri daxildir. Digər mühüm sahə zülallar və nuklein turşuları kimi qatlanmış xətti molekulların topologiyasını təsvir edən molekulyar düyün nəzəriyyəsi və dövrə topologiyasıdır. Bu yanaşmanın tarixi 19-cu əsrə qədər uzanır. Georq Helm 1894-cü ildə "Riyazi Kimyanın Əsasları: Kimyəvi hadisələrin energetikası" adlı traktatını nəşr etdirdi. Bu sahədə ixtisaslaşan daha müasir dövri nəşrlərdən bəziləri ilk dəfə 1975-ci ildə nəşr olunan MATCH Communications in Mathematical and Computer Chemistry və ilk dəfə 1987-ci ildə nəşr olunan Journal of Mathematical Chemistry jurnalıdır. 1986-cı ildə Dubrovnikdə reallaşan bir sıra illik MATH/CHEM/COMP konfransları mərhum Ante Qrovak tərəfindən başladıldı. Riyazi kimya üçün əsas modellər molekulyar qraf və topoloji indeksdir. 2005-ci ildə Dubrovnikdə (Xorvatiya) Milan Randiç tərəfindən Beynəlxalq Riyazi Kimya Akademiyası (IAMC) yaradılmışdır.
Substrat (kimya)
Substrat (kimya) — Kimyada substrat ümumiyyətlə bir məhsul əmələ gətirmək üçün bir reaktivlə reaksiya verən kimyəvi reaksiya zamanı müşahidə olunan kimyəvi birləşmədir. Digər kimyəvi reaksiyaların baş verdiyi səthə də istinad edə bilər və ya müxtəlif spektroskopik və mikroskopik metodlarda köməkçi rol oynaya bilər. Sintetik və üzvi kimya, bir substrat dəyişdirilən maraqlanan bir kimyəvi maddədir. Biokimyada substrat, fermentin təsir etdiyi bir materialdır. Substrat konsentrasiyası dəyişən reaktivdir. "Substrat" ​​termini yüksək dərəcədə kontekstə həssasdır. Spontan reaksiya S ⟶ P {\displaystyle {\ce {S -> P}}} S substrat, P isə məhsuldur.Kataliz olunmuş reaksiya S + C ⟶ P + C {\displaystyle {\ce {{S}+ C -> {P}+ C}}} S substrat olduğu yerdə P məhsul və C katalizatordur. == Mikroskopiya == Substratlar tez-tez incə olur və kimyəvi elementlərdən və ya qüsurlardan nisbətən azaddır. Gümüş, qızıl və ya silikon lövhələr istehsal asanlığı və mikroskopik məlumatlara müdaxilə olmadığı üçün ümumiyyətlə istifadə olunur. Nümunələr, etibarlı qalınlıq və elastikliyin möhkəm bazası rolunu oynaya biləcəyi nazik təbəqələrdə bir substrata tətbiq olunur.
Yatro kimya
Yatro kimya — Kimya ilə tibbin birləşməsi. Yunanca "yatros" sözündən olub, mənası "həkim" deməkdir. Bu sahənin tədqiqatçıları xəstəliklərin baş verməsində əsas rolu orqanizmdə kimyəvi proseslərin pozulmasına aid etmiş və onların müalicəsi üçün kimyəvi maddələr tapmaq vəzifəsini qoymuşlar. Yatrokimyanın yaranması və inkişafı yatrokimyanın əsas müddəalarını formalaşdıran və Leyden Universitetində analiz üçün ilk kimyəvi laboratoriyanı açan Paracelsus, Ya.B.van Helmont və Sylviusun fəaliyyəti ilə bağlıdır. Yatrokimyanın nümayəndələri həzm proseslərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər. = istinadlar = 1. https://bigenc.ru. Böyük rus ensiklopediyası.
Yaşıl kimya
Yaşıl kimya- (ing. “Green chemistry”) – kimyada bir elmi istiqamət olub, ətraf mühitə müsbət təsir edən istənilən kimya proseslərinin hər hansı bir təkmilləşməsidir. Elmi istiqamət kimi XX əsrim 90-cı illərində yaranmışdır. == Yaşıl kimyanın strateqiyası == Yaşıl kimya mühüm strateqiyanı da irəli sürür. Bu , zərərli maddələrdən ümumiyyətlə, azad olan ilkin materialların və proseslərin düşünülmüş seçimidir. Yaşıl kimya özü bir incəsənətdir ki, hansı ki, istənilən bir lazımi maddənin alınmasında ətraf mühit üçün ən zərərsiz olan yolların seçimini təmin edir. == Yaşıl kimyanın fərqliliyi == Ətraf mühitin kimyası – kimyəvi çirkləndiricilərin mənbə, yayılma, davamlıq və təsirlərini öyrənir. Ətraf mühit üçün kimya (Yaşıl Kimya)- bu növ çirklənmələrdən azad olmağın kimyəvi həllərini axtarır və onların tətbiqini təşkil edir. Burada bir neçə mümkün yol mövcuddur: Ətraf mühitə daxil olan çirkləndiricilərin məhv edilməsi; Çirkləndiricilərin yaylmasının qarşısını almaq; Onların istehsalını dayandırmaq – kimya məhsullarının mövcud olan alınma üsullarının yeni üsullarla əvəz edilməsi. .İlk iki istiqamət Ekoloji kimyanın tətbiq sahəsinə aiddir, üçüncü istiqamət isə Yaşıl kimya sahəsini təmsil edir.
Üzvi kimya
Üzvi kimya — tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir elmdir. Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər 2 elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ gətirən əsas dörd elementdir (O, H, N, C). == Üzvi kimya həyatımızda == Üzvi kimyanın ilkin cəhdi həyatin kimyasını başa düşmək olmuşdur. Kimya hətta, kimyanın insanların həyatında olan rolundan xəbərdar olmadan, geniş çoxmilli sənayenin (qida, paltar və milyonlarla müalicə vasitələri) inamlı əsaslarına çevrilmişdir. Kimyaçilar molekulların hərəkətini başa düşmək üçün fiziklər və riyaziyyatçılar ilə əməkdaşlıq edirlər. Eyni zamanda onlar molekulların həyati prosesləri necə müəyyənləşdirdiyini başa düşmək üçün bioloqlarla əməkdaşlıq edirlər. Bütün elmlər kimi kimya da, kainatın dərk edilməsi üçün olan modellərdə unikal yer tutur. Bu molekullar haqqında elmdir. Lakin üzvi kimya daha çox bir şeydir.
İndikator (kimya)
İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein). == İstifadəsi == Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir. == Növləri == Əsasən 5 növdür: Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir. Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin). Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirənmaddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir.
Kimya Problemləri İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Kimya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Risalə fi-Kimya
Risalə fi-kimya — Əlyazmada müəllif və əsər haqqında əlavə məlumata rast gəlinmir. Həmadaninin bu əsəri Əlyazmalar İnstitutunda yeganə nüsxədədir. Əsər ümumi kimyaya həsr edilmiş bir traktatdır. Cildi tünd qəhvəyi rəngli dəridir. Kağızı mavi rəngli, fliqranlı Avropa istehsalı olan bu əlyazma qara mürəkkəblə nəstəliq xətti ilə köçürülmüşdür. Həcmi 43 vərəq, ölçüsü 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 24 sətir var. Əsər bablara bölünmüşdür. Babların başlıqlarının üzərindən qırmızı xətt çəkilib. Katibi-Şeyx Məhəmməd Həsəndir.
Kimya Problemləri (jurnal)
"Kimya Problemləri" (Chemical Problems) jurnalı — 2003-cü ildən Azərbaycanda dərc olunur. Jurnalın təsisçiləri: AMEA-nın akad. M. F. Nağıyev adına Kataliz və Qeiri-üzvi Kimya İnstitutu. R. Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan), Akif Şıxan oğlu Əliyev və "Turan" kiçik müəssisəsidir. Jurnalda kimya elminin müxtəlif sahələrinə aid tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Alman firması "Kubonund Zaqner"(Kubon&Sagner) xaricdə jurnalın yayımı ilə məşğul olmuşdur. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (19.09.2002-ci il tarixli 105 saylı reqistrasiya), Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-cü il tarixli (protokol № 13 – Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir. Jurnal dövrü nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221–8688 (print) və 2522–1655 (online) ISSN indeksini alıb və bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib: CAS, İndexCopernicus, e. Library.ru, CYBERLENİNKA, VİNİTİ, ResearchBib, ULRICHSWEB, SİS, TheJournalİmpactFactor, İİJİF, ScienceLibraryİndex, İAEA|İNİS, WCOSJ, AcademicKeys, EBSCO, CrossRef. Jurnalın "chemprob.org" saytı fəaliyyət göstərir.
"Kimyaçı" Mədəniyyət Sarayı
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi == Tarixi == "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. == Sarayın qarşısındakı meydan == "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verir. == İstinadlar == == Xarici keçidlər == Sumqayıt.
5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
AMEA Aşqarlar Kimyası İnstitutu
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
AMEA Neft-Kimya Prosesləri İnstitutu
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu. == Fəaliyyət istiqamətləri == Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması. İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi. == Tarixi == Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı. MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı. == Tarixi == AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır. AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir. == Fəaliyyət istiqamətləri == Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır. AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir. == Elmi nəticələr == Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır. Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur. Son illərdə TSZ-də aparılmış elmi-tədqiqat işlərinin nəticəsində sulfolaşdırılmışmış bitki yağları əsasında dünyada analoqu olmayan texnologiya üzrə yeni nəsil universal kompleks sürtkü materialı alınmışdır.Əsas texniki göstəricilərinə görə bu sürtkü növü öz analoqlarını (solidol, litol-24, ЛЗ-ЦНИИ,ЦИАТИМ-201 və s.) üstələyir.Zavodda elmi-təcrübə işləri ilə yanaşı müxtəlif mühərrik, transmissiya, kompressor, hidravlika yağları, ox yağı, plastik sürtkü materialları, superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri, hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s.
Abbas Quliyev (kimyaçı)
Abbas Quliyev (10 fevral 1940) — Aşqarlar Kimyası İnstitutunun "Mövsümi yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi" laboratoriyasının rəhbəri, “Üzvi kimya” ixtisası üzrə kimya elmləri doktoru, professor, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sabiq elmi işlər üzrə direktor müavini. == Həyatı == Abbas Binnət oğlu Quliyev 1940-cı il fevralın 10-da Tovuz rayonunun Əlibəyli kəndində kəndli ailəsində anadan olmuşdur. 1946-cı ildı Əlibəyli orta məktəbinin birinci sinfinə daxil olmuş və oranı 1956-cı ildə qızıl medalla bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə qəbul olmuş və 1961-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və Azərbaycan Elmlər Akademiyası (EA) Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1961-64-cü illərdə həmin institutun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra, orada mühəndis, 1965-ci ildən isə Aşqarlar Kimyası İnstitutunda mühəndis, böyük mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində, 1979-cu ildən laboratoriya müdiri, 1983-cü ildən ömrünün sonunadək elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.1965-ci ildə "Alkilfenollar və onların bəzi törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda namizədlik, 1977-ci ildə isə "Bütün fəsillərdə işləyə bilən qatılaşdırılmış yağlar üçün yeyilmə və çoxfunksiyalı aşqarların və onların kompozisiyalarının alınması və tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir və kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1979-cu ildən “ Universal mövsümlü yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi” laboratoriyasına rəhbərlik etmişdir. 1983-cü ildə Üzvi kimya ixtisası üzrə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Müxtəlif növ üzvi birləşmələrin sintezi, onların xassələrinin və aşqar qismində yağlara təsir mexanizminin tədqiqi sahəsində A.Quliyev yeni elmi istiqamət- ekstremal şəraitlərdə, xüsusilə Sibir və Uzaq Şimal şəraitində istismar oluna bilən universal mövsümi yağların sintezi istiqamətini yaratdı. Yeni sintez olunmuş aşqarların tətbiqi ilə alınan M-2AKİ və M-3AKİ universal mövsümlü yağlar T-130, T-220, T-330, T-500, K-700 sovet istehsalı traktorlarında və idxal olunan “Katerpiller” traktorlarında istifadə olunmuşdur.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Akif Əliyev (kimyaçı)
Akif Şıxan oğlu Əliyev (21 sentyabr 1955, Bənəniyar, Culfa rayonu) — kimyaçı, elektrokimya ixtisası üzrə kimya elmləri doktoru, professor. == Həyatı == Akif Şıxan oğlu Əliyev 21 sentyabr 1955-ci ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşdur. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. 1978-ci ildən A. Ş.Əliyev Azərbaycan EA Naxçıvan elm mərkəzində ixtisas artıran tədqiqatçı vəzifəsində fəaliyyətə başlamışdır. 1980-ci ildən Azərbaycan EA QÜFKİ mühəndis vəzifəsinə köçürülmüş və 1980-ci ildə aspiranturaya daxil olmuşdur. 1982–1984-cü illərdə İ. V. Kurçatov adına atom enerjisi institutunda elmi-tədqiqat işləri aparmışdır. A. Ş.Əliyev 1986-cı ildən "Metalların və ərintilərin elektrokimyası" laboratoriyasında kiçik elmi işçi, 1990-cı ildən elmi işçi, 1993-cü ildən böyuk və 2003-cü ildən KPİ-da aparıcı elmi işçi vəzifəsində çalışıb. 2011-ci ildən "Fotoelektrokimyəvi tədqiqatlar" qrupuna rəhbərlik etmişdir. 2012-ci ildən "Metalların və ərintilərin elektrokimyası, korroziyadan mühafizəsi" laboratoriyasının müdiri olmuşdur və 2014-cü ildən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Nanoelektrokimya və elektrokataliz" laboratoriyasının müdiri vəzifəsində çalışır. A. Ş.Əliyev 1986-cı ildə – "Elektrokimya " ixtisası üzrə fəlsəfə doktoru, 2010-cu ildə isə doktorluq dissertasiyasini müdafiə etmişdir.
Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)
Ali neft, qaz və neft-kimya təhsili qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1978-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur. == Məzmun == Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur.
Analitik kimyanın inkişaf tarixi
Analitik kimyanın inkişaf tarixi Analitik kimyanın tarixi çox qədimdir. Bəzi xammal və hazır məhsulların tərkibini vəsfi cəhətdən təyin etmək üsulları hələ eramızdan əvvəl çox əvvəlki dövrlərə aiddir. Dəmir, mis, qurğusun və s kimi metalları, onlarin filizlərdən istehsal etməyi, gildən hazırlanması və onların üzərinə müxtəlif rəngli arnamentlərin çəkilməsini kəşf edən insanlar əvvəlcə onları sınaqdan keçirmiş , sonra isə nisbətən geniş miqyasda tətbiq etməyə başlamışlar. Qızıl və gümüşün təmizlik dərəcəsinin yoxlamaq kimi kimyəvi analiz üsulları qədim misirlilərə məlum imiş.16-cı əsrdə italiya alimi V. Birinqççio və alman alimi Q. Aqrikola ilk dəfə olmaq eetibarilə ətraflı və ardıcıl "quru üsul" analizi tərtib etmişlər. Qədim rus dövlətində dəmir və misin əridilməsi, müxtəlif ərintilərin, şüşənin hazırlanması üsulları və tətbiqi məlum idi. 1581-ci ildə İvan Qroznunun təşəbbüsü ilə Moskvada ilk aptek açılır. O zaman aptekler istehsal olunan maddələrin və filizin analizi ilə məşğul olmaq vəzifəsini daşıyırdı. I Pyotr vaxtında Moskvada 8 belə aptek varidi. Kimyəvi analizin böyük əhəmiyyətə malik olmasını başa düşən I Pyotr 1720-ci ildə Peterburqda ilk texniki kimyəvi laboratoriyası təsis edir, burada filiz və tikinti materiallaı analiz edilməyə başlayır. 1725-ci ildə Rusiyada elmlər akademiyası təsis edilir.
Arif Heydərov (kimyaçı)
Heydərov Arif Əmrah oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Arif Heydərov 5-iyul 1954-cü ildə Ukrayna Respublikasının Stalin Vilayətində (indiki Torez şəhəri) anadan olmuşdur. O, 1970-ci ildə Yardımlı rayonu Yolocaq kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji Universiteti) Kimya fakültəsində təhsil almışdır. 1975-1977-ci illər ərzində Yardımlı rayonu Yolocaq kənd orta məktəbində kimya müəllimi işləmişdir. Arif Heydərov 1977-ci ildə Azərbaycan Elmlər Akademyasının (indiki Milli Elmlər Akademyası ) Qeyri-üzvi və Fiziki kimya İnstitunun (indiki MEA-ın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) "Mineral maddələrin texnologiyası" laboratoriyasında aspiranturaya daxil olmuş və 1986-cı ildə "Filizçay polimetallik filizindən alınan sink konsentrantının emalı prosesində qalliumun çıxarılması"mövzusunda namizədlik, 2010-cu ildə isə "Filizçay polimetal sulfid filizinin əsas və müşayət edən komponentlərə görə kompleks emalının elmi əsaslarının işlənib hazırlanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Azərbaycan Respublikasının Prezdenti yanında Ali Atestasiya komissyasının 4 fevral 2011-ci il tarixli qərarı ilə ona kimya elmləri doktoru adı, 8 may 2015-ci il tarixli qərarı ilə ona "Qeyri-üzvi kimya" ixtisası üzrə professor elmi adı verilmişdir. 2011-ci ildən "Mineral maddələrin emalının kimyası və texnologiyası" laboratoriyasının nəzdində yaradılmış "Əlvan və nadir metallar" qrupunun rəhbəri olmuş,2014-cü ildən "Əlvan metal tərkibli mineral xammalın emal" laboratoryasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Arif Heydərovun elmi fəaliyyəti Azərbaycan ərazisində olan zəngin və kasıb filizlərdən və qeyri-üzvi istehsalat tullantılarından əlavən və nadir metalların çıxarılmasının elmi əsaslarının işlənib hazırlanması durur. 2011-ci ilə kimi o, inert mühitdə Filizçay polimetallik sulfid filizinin pirrotinləşmiş yanmasını və alınan pirrotinləşmiş yanığın avtoklav həll olması şəratini tədqiq etmişdir. Həmçinin onun tərəfindən ağır neftin emalından alınan mazut fraksiyasının yanma külünün emal məhsullarında Vanadiumun paylanması , qatılaşma yerləri və çıxarılmasını təmin edən prinsipial texnoloji sxem təklif olunmuşdur. Sonrakı illərdə Gədəbəy mis tərkibli oksidləşmiş filizin xlorid və hipoxlorit məhlulları ilə yuyulmasının və yuyulmadan alınan məhlullardan mis və sinkin ion dəyişdirici sorbentlər vasitəsi ilə ayrılmasının optimal şəraitini tədqiq etmişdir.Daşkəsən Filiz saflaşdırma kombinatının tullantılarından qiymətli metalların (Co, Cu, Zn, Mn) çıxarılmasının səmərəli parametr və rejimləri müəyyən edilmişdir.
Arif Əfəndiyev (kimyaçı)
Arif Cavanşir oğlu Əfəndiyev (10 oktyabr 1948, Qafan) — Azərbaycanlı alim, AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kimya elmləri doktoru, Professor. == Həyatı == Arif Əfəndiyev 10 oktyabr 1948-ci ildə Ermənistan SSR-in Qafan şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Professor Arif Əfəndi AMEA-nın Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Xlorlu karbohidrogenlərin katalitik oksidləşmə reaksiyalarının kinetika və mexanizminin elmi əsasları hesablanmışdır. Aşağı molekullu spirtlərin, karbohidrogenlərin katalitik oksidləşdirici dehidrogenləşmə reaksiyalarının elmi əsaslarınin hazırlanması. 60-a qədər yeni bioloji aktiv maddələr sintez olunmuşdur. == Pedaqoji fəaliyyəti == Azərbaycan Pedaqoji Universitetində Dövlət İmtahan komissiyasının sədri. Bakı Dövlət Universitetinin Fiziki və Kolloid kimya kafedrasında əvəzedici müəllim.
Asif Məmmədov (kimyaçı)
Məmmədov Asif Nəsib oğlu (2 may 1947, Ağdam) — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Asif Məmmədov 2 may 1947-ci ildə Ağdamda anadan olmuşdur. O, 1965-ci ildə Ağdam 5 saylı orta məktəbini qızıl medalla bitirdikdən sonra, 1965–1970 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. Asif Məmmədov universiteti fərqlənmə diplomu ilə qurtarmış, həmin təhsil ocağının "Fiziki kimya" kafedrasının qiyabi aspiranturasında oxumuşdur.O, Bakıda "Yn-Bi-Sb, Tl-Bi-Sb və Tl-Rb-As ərintilərinin termodinamiki tədqiqi" mövzusunda namizədlik (1974), Tbilisidə "İki-dörd komponentli qeyri-molekulyar birləşməli sistemlərdə faza tarazlığı və termodinamiki funksiyaların hesablanması və approksimasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1990).Asif Məmmədov Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda, Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, böyük elmi işçi (1971–81), Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük elmi işçi (1981–86), bölmə müdiri (1986–1992), laboratoriya müdiri işləmişdir. Hazırda o, AMEA Kimya Problemləri İnstitutunun baş elmi işçisidir.Asif Məmmədova anadan olmasının 60 illiyi münasibətilə Fəxri Fərman verilmişdir. == Elmi fəaliyyəti == Asif Məmmədov 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifidir. Apardığı elmi tədqiqat işləri Rusiya, Çexoslovakiya, Avstriya, Almaniya, Fransa, İngiltərə, Yaponiya və ABŞ-də çap edilmişdir.Əldə etdiyi elmi nəticələr 1973-cü ildən termodinamikaya dair Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən Çexoslovakiya (1983), İtaliya (1991), ABŞ (1993, 1995), Yaponiya və Fransada keçirilən konfransların proqramlarına salınmış və nəşr edilmişdir (1995–2000). Asif Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti qeyri-üzvi birləşmələrin və ərintilərin fiziki kimyəvi xassələri, termodinamiki funksiyaların proqnozu və korrekt hesablama məsələlərini əhatə edir. O, bir sıra praktiki əhəmiyyətli iki və çoxkomponentli yarımkeçirici və metal sistemlərin hal diaqramları və termodinamiki funksiyalarını təyin edib, yeni korrekt hesablama üsulları hazırlamışdır. Onun təklif etdiyi termodinamiki funksiyaların approksimasiya üsulu sorğu kitabına daxildir.
Azər Qasımov (kimyaçı)
Azər Əlibala oğlu Qasımov — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyası müdiri, texnika üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == Azər Əlibala oğlu Qasımov 1942-ci il fevralın 17-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1950-60-cı illərdə Bakı şəhəri 160 saylı məktəbdə təhsil almışdır. 1960-cı ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş və 1965-ci ali təhsilini başa vurmuşdur. İnstitutu bitirdikdən sonra A.Ə.Qasımov 1965-1968-ci illərdə Yeni Bakı Neftayırma zavodunda mühəndis vəzifəsində çalışmışdır. 1968-1972-ci illərdə təhsilini Azərbaycan Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında davam etdirmişdir. Aspiranturanı bitirdikdən sonra həmin institutun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən həmin laboratoriyaya rəhbər təyin edilmişdir. A.Ə.Qasımov hal-hazırda həmin laboratoriyanın müdiri vəzifəsində çalışır.
Azərbaycan Dövlət Neft və Kimya İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Neft və Kimya İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycanın böyük kimyası (film, 1961)
Azərbaycanın böyük kimyası qısametrajlı sənədli filmi rejissor Arif Nərimanbəyov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanda kimya sənayesinin inkişafından, xalq təsərrüfatında kimyanın həlledici rolundan söhbət açır. == Məzmun == Film Azərbaycanda kimya sənayesinin inkişafından, xalq təsərrüfatında kimyanın həlledici rolundan söhbət açır.
Aşqarlar Kimyası İnstitutu
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
Aşqarlar Kimyası İnstitutu (Azərbaycan)
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
Aşqarlar kimyası
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarix == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bensın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pforsxaym şəhərindən Manqeym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.

Digər lüğətlərdə

за дела́ми засусо́ливание зате́я отгла́живать помиле́ть промока́емый са́льце у́ти зашифрова́ть изби́ться неврологи́ческий трёхле́ток ультраконсервати́зм фека́л це́нность ball park darkmans hosen public charge rook split product грязелечебница обалдеть остготский руль