KİNAYƏ

is. [ ər. ]
1. Üstüörtülü, dolayı məna verən söz və ya ifadə.
[Gülsabah Mirzə Camala:] Mən artıq bu acı kinayələrdən usandım, öldüm, məni öldür. C.Cabbarlı.
[Tahirə] baxır, deyəsən, o da Cəmilin kinayəsində həqiqət olduğunu təsdiq edərək istehzalı bir təbəssümlə gülürdü. M.Hüseyn.

□ Kinayə etmək – kinayə təriqi ilə söyləmək, işarə etmək.
…Şair Nəim “Füyuzat”ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə, özü bilər, ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsvir edib… Ü.Hacıbəyov.

// Üstüörtülü, toxunan söz. Bu kinayələr, görəsən, kimə aiddir?
2. ədəb. Bir şəxs və ya şey haqqında olan həqiqi fikir, təsəvvürü yalandan əks şəkildə ifadə edən söz, ibarə.
3. “ilə” qoşması ilə zərf – məsxərə ilə, kinayəli-kinayəli. Kinayə ilə danışmaq. Kinayə ilə süzmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİNAYƏ kinayə bax 1. istehza; 2. masqara
  • KİNAYƏ eyham — him — istehza — rişxənd

Etimologiya

  • KİNAYƏ Kin farsca “nifrət” deməkdir. Kinayə nifrət qarışığı olan münasibətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KİN-KÜDURƏT
KİNAYƏLİ
OBASTAN VİKİ
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, “dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz” mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə “Mən onu bilirəm ki, heç nə bilmirəm” deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.

Digər lüğətlərdə

заставля́ть коко́точный мешкови́дный паф пусты́нничество ро́звязью смешли́вость безу́мствовать гидроэлектри́ческий кли́ринговый проку́риваться профмастерство́ расце́нивать хва́тский шурка air-cushioned ancipital catalog decolonize heriot shire-moot градоначальник мгла окуляр презирать