KİP

I
прил. плотный (закрытый, закрывающийся наглухо), герметический. Kip mufta тех. герметическая муфта
2. глухой (совершенно закрытый, сплошной, без отверстия). Kip bağlac горн. глухой затвор, kip tikiş мед. глухой шов
II
нареч. плотно, вплотную:
1) очень тесно. Tamaşaçılar kip oturmuşdular зрители сидели вплотную друг к другу
2) наглухо, так, чтобы не было никаких отверстий, просветов, промежутков. Qapıları kip bağlamaq плотно (наглухо) закрыть двери
KİOSKÇU
KİP-KİP
OBASTAN VİKİ
Azərbaycan-Cənubi Kipr futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan-Kipr futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Cənubi Kipr futbol matçları
== Kişilər ==
Azərbaycan–Kipr münasibətləri
Azərbaycan–Kipr münasibətləri — Azərbaycan Respublikası ilə Kipr Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Şimali Kipr münasibətləri
Azərbaycan–Şimali Kipr münasibətləri — Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil. == Tarixi == 14 yanvar 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının ilk prezidenti olmuş Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı vermişdir. == Diaspor == === Şimali Kipr azərbaycanlıları === 2012-ci ildə Şimali Kipr Doğu Akdeniz Universitetində 500 nəfər azərbaycanlı tələbə təhsil almışdır. Həmin vaxt Universitetin Azərbaycanlı Tələbələr Cəmiyyətinin sədri Elçin Süleymanov olmuşdur. Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzidir. Həmin Mərkəzin sədri azərbaycanlı professor Fəxrəddin Məmmədovdur. O, həm də Yaxın Şərq Universitetinin prorektorudur. Daha bir təşkilat isə Azərbaycan-Şimali Kipr Gəncləri Birliyidir.
Banksia kippistiana
Banksia kippistiana (lat. Banksia kippistiana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bir zamanlar Kipr (teleserial, 2021)
Bir zamanlar Kipr (türk. Bir Zamanlar Kıbrıs) — TRT 1-də yayınlanan türk serialı. Serial "TMC Film" imzalıdır. == Süjet == Serial 1970-ci illərdə Kipr və Yunanıstan yunanlarının sülhpərvər və mülki Kipr türk əhalisinə qarşı apardığı soyqırım siyasətini və Kıbırs Sülh Hərəkatını anladır.
Canarium kipella
Canarium kipella (lat. Canarium kipella) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinin canarium cinsinə aid bitki növü.
Con Kiprian Fipps Vilyams
Con Kiprian Fipps Vilyams (16 noyabr 1922, Vellinqton) — Yeni Zelandiyalı kardioloq, onun adını daşıyan sindromu kəşf edən. == Bioqrafiyası == 1945 və 1947-ci illərdə Vellinqtondakı Viktoriya Kollecindən (indiki Universitet) Elm və İncəsənət Bakalavr dərəcələrini aldı. 1953-cü ildə tibbi təhsilini Danidində aldı. Bundan sonra cərrah olaraq işə başladı. 1961-ci ildə sonradan adının verildiyi bir sindrom aşkarladı. Acı çəkənlərin məntiq pozğunluqları, ürək problemləri və "elf" üzləri var. 1969-cu ildən bəri, sevdikləri ilə təmaslarını dayandırdı, digərləri ilə yanaşı, yazıçı Janet Frame ilə əlaqələrini kəsdi (bir həftə əvvəl rəsmiləşdirməyi təklif etdi, Frame istəmədi), amma həmkarları onunla Avropada görüşməyə davam etdilər. Bu görüşlərin intensivliyi 1970-ci illərin ikinci yarısından bəri azalmışdır. 1979-cu ildə Cenevrədə pasportunu yeniləndi, 1988-ci ildə İnterpol , bacısının istəyi ilə, alimi izləyə bilmədi və Yeni Zelandiya Ali Məhkəməsi onu "1978-ci ildən bəri öldüyünü güman etdi". Vilyams haqqında son məlumat 2000-ci ilin yanvarında, Yeni Zelandiya tarixçisi Maykl Kinqin tərcümeyi-halında onun haqqında məlumatların görünməsinin qarşısını almağa çalışdığı zaman gəldi.
Cənubi Kipr
Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
David Kipiani
David Kipiani (gürc. დავით ყიფიანი; 18 noyabr 1951, Tbilisi – 17 sentyabr 2001, Tbilisi) gürcü futbolçu yarımmüdafiəçisi və meneceri olmuşdur. Kipiani əsasən pleymeyker kimi oynamışdır və Gürcüstanın ən böyük oyunçularından biri hesab olunur. O, zərif oyun tərzi, ötürmə məsafəsi ilə tanınırdı. == Oyun karyerası == Kipiani Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Karyerasının ilk mərhələlərində 35№ məktəbdə oynamağa başladı. Kipiani 1967-ci ildə Tiflis Dinamo komandasında oynamağa dəvət almışdı. Zədəli olduğu üçün yalnız iki mövsüm bir oyunda iştirak edə bildi. Daha sonra Kipiani Tiflisdə yerləşən Lokomotiv komandada oynamağa getdi. Lokomotiv ilə uğurlu mövsümdən sonra Kipiani Gavril Kaçalin tərəfindən yenidən Dinamo komandasına dəvət edildi.
Dimitri Kipiani
Dmitri İvanoviç Kipiani (gürc. დიმიტრი ივანეს ძე ყიფიანი, 14 aprel (26), 1814, Mereti, Tiflis quberniyası - 24 oktyabr (5 noyabr) 1887, Stavropol, Rusiya imperiyası) - gürcü siyasətçisi, publisist, yazıçı və tərcüməçisi. == Həyatı == O dövrdə artıq Rusiya imperiyasının bir hissəsi olan Mereti kəndində (Qori yaxınlığında) knyaz ailəsindən törəyən bir ailədə dünyaya gəlmişdir. 1830-cu ildə 1-ci Tiflis zadəgan məktəbini bitirib, sonra onun əsasında yaradılan gimnaziyada müəllim işləyib. 1832-ci ildə Gürcüstanın müstəqilliyi məqsədi ilə gürcü zadəganlarının çar hakimiyyətinə qarşı çevrilişdə iştirak etmışdir. Buna görə Voloqda şəhərinə sürgün edildi və burada qısa müddət qqubernator dəftərxanasında çalışmışdır. 1837-ci ildə Dmitri Kipianiyə Gürcüstana qayıtmağa icazə verildi. O, burada dövlət qulluğuna girdi və 1864-cü ilə qədər qubernatorluqda müxtəlif vəzifələrdə çalışdı. 1861-ci ildə, təhkimçiliyin ləğv etmək islahatı zamanı, Dmitri Kipianiyə Gürcü zadəganları ilə danışıqlar aparmaq və Gürcüstanda təhkimçiliyin ləğv edilməsinin şərtlərini hazırlamaq həvalə edildi. 1862-ci ildəki Kipianinin planına görə, kəndlilər torpaq almadı, ancaq torpaq sahiblərinə kirayə haqqı ödəməli oldular.15 mart 1864-1870-ci illərdə Tiflis zadəganlarının, sonra 12 avqust 1885-ci ildən 6 avqust 1886-cı ilədək - Kutaisi əyalətlərinin lideri idi.
Eliud Kipçoqe
Eliud Kipçoqe (5 noyabr 1984, Kapsisiva[d]) — Keniyalı atlet, Marafon üzrə olimpiya çempionu. == Həyatı == Eliud Kipçoqe 12 oktyabr 2019-cu ildə marafon qaçışı tarixində rekord nəticəyə imza atıb. O, dünya tarixində marafon məsafəsini iki saatdan az müddətdə (1 saat 59 dəqiqə 40 saniyə) qət edən ilk şəxs kimi tarixə düşüb.
Ermənistan–Kipr münasibətləri
Ermənistan—Kipr münasibətləri — Kipr və Ermənistan arasında iki tərəfli diplomatik əlaqələr həmişə yaxın olmuşdur. Kipr Qondarma Erməni Soyqırımının tanınması, iqtisadi sabitlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanı dəstəkləyir. Ermənistan 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra birləşmiş Kiprin tərəfdarıdır və Kipr münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bu gün Ermənistan və Kipr arasındakı münasibətlər ticarət, hərbi, kəşfiyyat xidmətləri, xarici siyasət və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir. == Çağdaş münasibətlər == === Ermənistan müstəqillik qazandıqdan sonra === ==== Dağlıq Qarabağ müharibəsi ==== Dağlıq Qarabağ Vilayətinin parlamenti 20 fevral 1988-ci ildə vilayətin Ermənistana birləşdirilməsinə səs verməsindən az sonra Ermənistan və qonşu Azərbaycan arasında millətlərarası qarşıdurmalar başlayır. Ermənistanda 1980-ci illərin sonlarında Qarabağı Ermənistanla birləşdirmək tələbi Sovet İttifaqı dağıldıqca tədricən Dağlıq Qarabağdakı etnik qruplar arasında şiddətli qarşıdurmaya çevrildi. 2011-ci ilin yanvarında Kipr və Ermənistan arasında verilmiş ortaq bəyannamədə, Kipr Respublikasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ölkələrin prezidentlərinin təklif etdiyi elementlər əsasında danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Ermənistanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün konstruktiv səylərini dəstəklədiyini ifadə etdiyi qeyd edildi. == İddia olunan erməni soyqırımının tanınması == Kiprin Xarici iİşlər naziri Spiros Kuprianou 25 yanvar 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında soyqırım məsələsini ilk dəfə qaldırır. Kipr eyni zamanda 24 aprel 1975-ci ildə Erməni Soyqırımını rəsmən tanıyan ilk Avropa ölkəsi (və Uruqvaydan sonra dünyada) olur. Daha sonra 24 aprel Kiprdə Erməni Soyqırımının Milli Anma Günü elan edilir.
Evans Kiplaqat
Evans Kiplaqat (d. 10 noyabr 1988 Nayrobi, Keniya) — Keniya əsilli Azərbaycanlı atlet (marafon və yarım-marafon yarışı üzrə). Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Niderlandın paytaxtı Amsterdam şəhərində baş tutan Avropa Çempionatı və Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Evans Kiplaqat 10 noyabr 1988-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində anadan olub. O, 2016-cı ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. == Karyerası == Evans Kiplaqat Azərbaycan bayrağı altında birinci yarışına 2016-cı ildə qatıldı. O, Niderlandın paytaxtı Amsterdam şəhərində кeçirilən 23-cü Avropa Çempionatında yarım-marafon yarışlarında iştiraк etdi və 1 saat 5 dəqiqə 1 saniyəliк nəticə ilə 92 atlet sırasında 19-cu yeri tutdu. Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarında təmsil etdi və məsafəni 2 saat 15 dəqiqə 31 saniyəyə qət edərək 28-ci yeri tutdu.
Helah Kiprop
Helah Kiprop (d. 7 aprel 1985) — Keniyanı təmsil edən marafonçu. Helah Kiprop Keniyanı 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2015-ci il Dünya Çempionatında gümüş medal qazanıb. == Karyerası == Helah Kiprop birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da məsafəni sona gədər qət edə bilmədi.
Henrix Kipert
İohan Samuil Henrik Kipert (31 iyul 1818, Berlin – 21 aprel 1899, Berlin) — alman coğrafiyaçısı və kartoqrafıdır. Rusiya və Avstriya elmlər akademiyasının üzvüdür. == Tərcümeyi-halı == Henrik Kipert ticarətçi ailəsində anadan olub. Uşaqlığından səyahət etməyə marağı var idi. Ailə dostları tarixçi Leopold fon Rank onun bu marağına dəstəkləmiş və səyyah etməyə kömək etmişdir. O həmçinin tarixə marağı var idi. 1836-cı ildə Berlin universitetinə daxil olur, filogiyanı və coğrafiyanı öyrənir. Bu illərdə o dostu Karl Ritterin köməkliyi ilə öz tarixini xəritəsini çəkir. 1839-cu ildə Ritter Kiçik Asiyanın topoqrafik xəritəsini tərtib edir. 1841-ci ildə Konstantinopula, Yunanıstana səyahət edir.
Kipr rumları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Kipr türk milliyətçiliyi
Kipr türk milliyətçiliyi — Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini dəstəkləyən etnik milliyətçilik. İdeologiyanın əsasları daha çox ŞKTR-nin Türkiyədən müstəqil qalmasını arzulayır, eyni zamanda yunanların dominantlıq etdiyi Kipr Respublikası ilə birləşmiş Kipr ideyasına qarşı çıxır. "Taksim"in məqsədi – Kipr adasının türk və yunan hissələrinə bölünməsi Kipr türk milliyətçiləri arasında geniş yayılmışdır. Buna baxmayaraq, onların xeyli hissəsi Türkiyənin Kipri ilhaq etməsini arzulayır. == Tarixi == 1911-ci ildə adanın hər yerində Kipr türkləri tərəfindən enozisə qarşı 3 mitinq təşkil edilmişdir. Bu mitinqlər XX əsrdə Kipr türk milliyətçiliyinin ilk böyük hadisəsi və Kipr türklərinin enozisə qarşı ilk təşkil etdiyi aksiya idi. 1920-ci illər daha sərt etnik-dini bölmələr baxımından kritik bir onillik olmuşdur. Adada qalan Kipr türkləri kamalçı inqilabın təsiri ilə yavaş-yavaş Türkiyə milliyətçiliyi ideologiyasını mənimsəmişdilər.20 iyul 1974-cü ildə Yunanıstan xuntasının adanı Yunanıstanla birləşdirmək məqsədi ilə prezident Makarios əleyhinə dövlət çevrilişindən sonra Türkiyə adaya hücum əməliyyatı keçirmişdir. "Attila-2" kod adı altında həyata keçirilmiş ikinci əməliyyat 1974-cü il avqustun 14-dən 18-dək baş tutmuşdur.
Kipr türkləri
Kipr türkləri və ya Kiprli türklər — Kipr adasında yaşayan türklərin mənşəyi, Osmanlı İmperiyasının 1571-ci ildəki Kipr adasını ələ keçirməsindən sonra, Anadoludan Kiprə köç etdirilən türklərdir. 1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə ada ikiyə bölünmüşdür. Hal-hazırda Kipr türklərinin əksəriyyəti Şimali Kipr Türk Respublikasında yaşayır. 1975-ci ildən sonra Anadoludan gələn köçkün türklər də Kipr türkü tərifinə daxil olmuşdur. Osmanlı hakimiyyəti dövründə dinini dəyişdirib türkləşən yunanlardan başqa Kipr türklərinin, etnik mənsubiyyət baxımından Anadolu türklərindən çox da fərqi yoxdur.
Kipr yunanları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Kipr əhalisl
== Əhalinin hərəkəti == Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir. 1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir.
Kiprian
Karfagenli Kiprian (lat. Thascius Caecilus Cyprianus; 200-258) - ilk dövr xristian ilahiyyatçılarından biri === Həyatı === O, Şimali Afrikanın Karfagen şəhərində, zəngin senator ailəsində doğulmuşdur. Burada mükəmməl təhsil almış və natiqlik sənəti üzrə məşhurlaşmışdır. Məktəbdə fəlsəfə və ritorika müəllimi vəzifəsində çalışmış, həmçinin məhkəmələrdə tez-tez vəkil kimi iştirak etmişdir. Kiprian bu dövrdə həyatını, əsasən, əyləncələrə həsr etmiş, tüfeyli həyat tərzi sürmüşdür. Dövrün məşhur ilahiyyatçısı Tertullianın əsərləri ilə tanış olduqdan sonra isə Xristianlığı qəbul etmişdir. Çox keçməmiş yepiskop vəzifəsinə seçilmişdir. İmperator Desius xristianlara qarşı təqib siyasətinə başlayan vaxt xeyli xristian əzab-əziyyətə qatlaşmaqdan çəkinərək, dindən dönmüşdülər. Onların sonradan kilsəyə geri qəbul edilməsi məsələsi ilahiyyatçılar arasında mübahisələrə səbəb olmuşdur. Kiprianın təkidilə bu problemin həlli üçün Karfagendə kilsə məclisi çağırılmışdır.
Kiprian Tatarușanu
Anton Çiprian Teteruşanu (rum. Anton Ciprian Tătărușanu; 9 fevral 1986, Buxarest, Buxarest, Rumıniya) — rumıniyalı futbolçu, "Milan" klubunun və Rumıniya millisinin qapıçısı. == Karyera == 12 sentyabr 2020-ci ildə oyunçu, 500 000 avro müqabilində İtaliyanın Milan klubuna keçib.
Kiprikli zəngçiçəyi
Kiprikli zəngçiçəyi - (lat. Campanula ciliata) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu şaquli, yoğundur. Gövdəsi 7-15 sm hündürlükdə, düz, birçiçəklidir. Kökyanı yarpaqları sıx rozet əmələ gətirirlər, demək olar ki, oturaq, xəttvari-lansetvari və ya uzunsovlansetvari, qıraqları vəzivari dişcikli və arxaya burulmuş kirpikli, hər iki tərəfdən çılpaqdır. Gövdə yarpaqları nisbətən kiçik, dar xəttvari, qıraqları kirpiklidir. Kasacığı çılpaq, dişcikləri ağkirpikli, xəttvari-lansetvari və ya xəttvaridir. Tacı mavi, tərs konusvari və ya zınqırovvari, çılpaq, bəzən damarlar boyu kirpiklidir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Qayaların üstündə, töküntü torpaqlarda, yüksək dağ çəmənlərində bitir.

Digər lüğətlərdə

алоги́ческий беспеча́льная бузотёрничать вы́вихнутость выплавле́ние голубова́тый Госстра́х закоро́биться неже́нственный привноси́ться штурмовщи́на буя́н гайдама́к детекти́в како́й-никако́й небу́дничный перемести́ть раскача́ть baked slaw Takla Makan unburned лобный отвадить толковательница