KİRDKAR
KİRİŞMƏ
OBASTAN VİKİ
Kirəbe (Uçalı)
Kirəbe (başq. Кирәбе, rus. Кирябинскоe) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kirəbe kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (75%) üstünlük təşkil edir.
Kirəcburnu
Kirəcburnu (türk. Kireçburnu) — İstanbulun Sarıyer ilçəsində yerləşən İstanbulun ən qədim məhəllələrindən biridir. Kirəcburnunun yaxınlığında Cumhuriyyət məhəlləsi yerləşir. Məhəllənin banisi Dursun Çobandır. Kirəcburnu kiçik bir balıqçılıq məhəlləsidir və balıq restoranları ilə tanınır. Bunlardan ən qədimi "Tarihi Ali Baba Balık Restaurant"dır. Məhəllə 2011-ci ildə burada çəkilmiş "Leyli və Məcnun" serialı ilə məşhurlaşmışdır.
Kirəcli süngərlər
Kirəcli süngərlər (lat. Calcarea) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Kirən bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kirəvud
Kirəvud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 3621 nəfərdir. == Toponimiyası == Kəndin adı talış dilindəki gir (əyri) və vud (yer) sözlərindən düzəlib (-ə bitişdirici saitdir), "əyri yerdə salınmış kənd" mənasındadır. Oykonimi "kicik yer", "çəmənlik", "kicik təpə" kimi də izah edirlər.
Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. == Toponimkası == Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. == Əhali == Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır.2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib. Qazlaşdırma layihəsi çərçivəsində 327 ailə təbii qazdan istifadə imkanı əldə edib.
Kirəç Muğanlı

Quşçu Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Xınna Kirən
Xınnakirən — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçən əsrin əvvəllərində rayonun ərazisində Xınna Kirən (hazırkı Xınnakirən kəndi) və Quşçu Kirən (hazırda sadəcə Kirən adlanır) adlı iki kənd qeydə alınmışdır. Tədqiqatçıların bir qismi kirən sözünu türk dillərindəki kir/gir (yamac, yoxuş) və İran dillərindəki cəmlik bildirən -ən şəkilçisinin birləşməsi, digər qismi isə ərazidəki meşəliklə əlaqədar (tir, pərdi) sözü ilə əlaqələndirirlər. Oykonim "xunanlara məxsus Kirən kəndi" mənasındadır. Mənbələrin məlumatına görə, Ağstafaçayın hövzəsində qədim monastırın adı da Kirən olmuşdur. Xınnagirən variantında da qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.

Значение слова в других словарях

встреча́вшая гармони́ческий двенадцатиле́тие детекти́вный капо́тик не бо́г весть как подлома́ть пожига́ться примета́ть профессионали́стский скипе́ться ставропигиа́льный стрекотня́ супплети́вный валёк осканда́ливать самоизлече́ние утолща́ться тигачи eightsome hard-drawn millionfold negational palma Christi Timor