KİÇİLMƏK

f.
1. Həcmcə, miqdarca, ölçücə daha kiçik olmaq; azalmaq, balacalaşmaq, xırdalanmaq.
…Başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə.

// Getdikcə kiçik görünmək, balacalaşmaq.
Müəllim uzaqlaşdıqca kiçilir, kiçildikcə fərq edilməyəcək bir hal alırdı. S.Hüseyn.
Çox keçmədi [Bəndalı] bir nöqtə kimi kiçildi, gözdən itdi. Mir Cəlal.
Gedir, gedir, nəhayət; Kiçilir bir xal kimi. M.Rahim.

2. məc. Vəzifəcə, rütbəcə alçalmaq; hörmətdən, nüfuzdan düşmək.
[Xacə Nizam:] Sən kiçilsən də, böyüsən də; Hətta qopsa zülmət; Yenə parlar o zəka!… H.Cavid.

3. məc. Yaltaqlanmaq, özünü alçaltmaq, alçalmaq.
O, divanxanada hər kəsə kiçilir, hər kəsin üzünə gülür… H.Nəzərli.

Синонимы

  • KİÇİLMƏK kiçilmək bax balacalanmaq
  • KİÇİLMƏK alçalmaq
  • KİÇİLMƏK balacalanmaq
  • KİÇİLMƏK cılızlaşmaq
  • KİÇİLMƏK gödəlmək — qısalamaq

Антонимы

  • KİÇİLMƏK KİÇİLMƏK – BÖYÜMƏK Niyə kiçildim; Nə oldu birdən (İ.Tapdıq); Bunu, əziz ata, ona görə yazıram ki, bilsən, mən daha böyümüşəm (S
KİÇİLMƏ
KİÇİLTMƏ

Значение слова в других словарях

бегле́ц обеща́ться пту́шка сучка́стый вельве́т видеомагнитофо́н иррациона́льный надуби́ть просмея́ть самораспада́ться стопроце́нтный упа́сть в ноги усы́ enjoyable famine fever ferny flat-footed main line plant warfare антимир вещать выварка околоточный радиотелескоп шарик