KİŞVƏR
KÖKKƏB
OBASTAN VİKİ
Klara Espar
Klara Espar (d. 29 sentyabr 1994) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Klara Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Klara Hitler
Klara Hitler (qızlıq soyadı Pölzl) (d. 12 avqust 1860 — ö. 21 dekabr 1907) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin anasıdır. == Ailə keçmişi və evliliyi == Atası Johann Baptist Pölzl, anası isə Johanna Hiedler idi. Ailə həkiminin qeydlərində yazdıqlarına görə, çox səssiz, şirin və sevimli bir qız idi.1876-cı ildə 16 yaşındakı Klara Alois Hitlerin evində qulluqçuluğa başladı. Gənc Klara Alois Hitlerin ögey əmisi Johann Nepomuk'un 16 yaşlı nəvəsi idi. Ancaq bundan narazı olan Alois Hitlerin xanımı Matzelsberger'in istəyilə Alois Hitler Klaraya başqa bir iş tapdı. Ancaq çox keçmədən Matzelsberger 23 yaşında ikən ağciyər xəstəliyinə tutuldu. Ağır xəstəlik günlərində balaca uşaqlara və xəstə Fanni'yə baxmaq üçün Klara Pölzl yenidən Aloisin evinə gəldi. Nəhayət, 10 avqust 1884 tarixində Matzelsberger vəfat etdi.
Klara Petaççi
Klaretta Petaççi kimi tanınan Klara Petaççi (28 fevral 1912, Roma – 28 aprel 1945) italyan diktator Benito Mussolininin məşuqəsi olmuş və onunla birlikdə edam edilmişdir. == Mussolini ilə münasibət == Petaççi Mussolininin Rakele Mussolini ilə ailəli olduğu dövrlərdən onunla uzun müddət münasibətləri olmuşdur. Benito Petaççidən 28 yaş böyük idi.Onların yazışdığı məktublar bu gün də Milli Arxiv idarəsi ilə məxfilik səbəbindən mübahisəlidir. == Ölümü == 1945-ci il 27 aprel tarixində, Mussolini və Petaççi İtaliya Sosial Respublikası üzvləri ilə birlikdə konvoy ilə səyahət edərkən partizanlar tərəfindən tutulmuşdur. 28 aprel tarixində o və Mussolini Medzeqraya aparılaraq orada güllələnmişdir. Növbəti gün isə Mussolini və Petaççinin bədənləri Milanda yerləşən Loreto meydanına gətirilmiş və buradakı yanacaqdoldurma məntəqəsi ilə üzbəüz ayaqlarından asılmışlar. Asılanlar arasında Mussolininin yaxın adamlarından bir neçəsidə var idi. Bu mənzərə foto ilə çəkilmiş və izdiham öz qəzəblərini onların üzərinə yağdırmışdır. == Ailə == Klara Petaççinin atası Françesko Petaççi XI Piyin əsas həkimi idi. Onun bacısı Miriam di San Servolo (31 may 1923 – 24 may 1991) isə aktrisa idi.
Klara Rumyanova
Klara Mixaylovna Rumyanova (8 dekabr 1929, Leninqrad – 18 sentyabr 2004, Moskva) — Sovet və rus radio və kino aktrisası, RSFSR-in əməkdar artisti. == Həyatı == Klara Mixaylovna Rumyanova 1929-cu ildə Leninqradda anadan olub.1940-cı ildə Leninqraddan Moskvaya yola düşür. Paytaxta yenicə gələn gənc qız burada ilk çətinliklərlə qarşılaşır: onun pulunu oğurlayırlar və gələcək aktrisa uzun müddət ac qalmalı olur. Hətta rejissor Sergey Gerasimovun rəhbərliyi ilə aparılan imtahan zamanı Klaranın auditoriya qarşısında acından ürəyi gedir. Məhz S. Gerasimovun göstərişi ilə K. Rumyanovaya yemək verilir və o, bu peşədə gələcək aktrisanın ilk müəllimi olur. K. Rumyanova kinoya ilk dəfə birinci kursda oxuyarkən çəkilir. O, ilk təcrübəsini isə S. Gerasimovun "Kənd həkimi" filmində keçir. Çəkiliş zamanı belə bir hadisə yaşanır: ssenariyə əsasən, filmdə körpə qışqıraraq ağlamalı idi, lakin bütün heyət nə qədər çalışsa da, "balaca aktrisa" rejissorun tələbini yerinə yetirmir. Bu zaman körpənin yerinə Klara Rumyanova "ağlayır" və bununla da məşhur səs kəşf edilir. Klara karyerasına epizodik rollarda çəkilməklə başlayır: Leonid Qaydayın "O dünyadan adaxlı" komediyasında, Mixail Şveytserin "Dirilmə" filmində kiçik rolda oynayır.
Klara Setkin
Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar gününün ideyasının müəlifidir. == Həyatı == Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər. == Klara Setkin Azərbaycanda == 1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür.
Klara Yusifzadə
Klara Yusifzadə və ya Zerkalo Klara (16 aprel 1934 – 26 fevral 2011, Bakı) — Azərbaycanın tanınmış qadın qanuni-oğru. == Həyatı == 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İddialara görə şəxsiyyət vəsiqəsində Klara Ağababa oğru Yusifzadə yazılmışdır. Zerkalo Klara 1950–1960-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.Başçıları qadın olan bu qruplaşma dövrünün ən məşhur qruplaşmalarından olub. Hətta bu qruplaşma Cəmşid Əmirovun "Qara Volqa" əsərinin əsas mövzusu olmuşdur. === Həbsi === İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini həbsxanada keçirmişdir.
Klara Zamenhof
Klara Aleksandrovna Zamenhof (qızlıq soyadı Zilbernik; 5 oktyabr 1863, Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 6 dekabr 1924, Varşava, Polşa) — esperantist, Lüdviq Zamenhofun həyat yoldaşı. Kovno (indiki Kaunas, Litva) şəhərində sabun fabrikinin sahibi Aleksandr (Sender Leyboviç) Zilbernikin ailəsində anadan olmuşdur.1886-cı ildə Lüdviq Zamenhof ilə tanış oldu və 1887-ci ildə onlar evləndilər. Onların Adam (1888—1940), Zofiya (1889—1942) və Lidiya (1904—1942) adlı üç uşağı oldu. O, beynəlxalq dil esperantonu yaratmaq istəyində ər ilə həmfikir idi. O, 10 min rubl dəyərində olan cehizini bağışladı ki, Unua Libro adlı ilk esperanto dərsliyinin nəşr olunmasında əməyi olsun. Həyatı boyu ərinin köməkçisi, tez-tez şəxsi katib vəzifəsini icra edirdi. L. Zamenhofun vəfatından sonra esperantonun dünyaya yayılması işində aktiv olmağa davam etdi. 1921-ci ildə Konkordo adlı Varşava Esperantistlər Cəmiyyətinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. 1905-1924-cü illər arasında keçirilən bütün Ümumdünya Esperanto Konqreslərində iştirak etmişdir.
Zerkalo Klara
Klara Yusifzadə və ya Zerkalo Klara (16 aprel 1934 – 26 fevral 2011, Bakı) — Azərbaycanın tanınmış qadın qanuni-oğru. == Həyatı == 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İddialara görə şəxsiyyət vəsiqəsində Klara Ağababa oğru Yusifzadə yazılmışdır. Zerkalo Klara 1950–1960-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.Başçıları qadın olan bu qruplaşma dövrünün ən məşhur qruplaşmalarından olub. Hətta bu qruplaşma Cəmşid Əmirovun "Qara Volqa" əsərinin əsas mövzusu olmuşdur. === Həbsi === İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini həbsxanada keçirmişdir.
Santa Klara adası
Santa Klara adası (isp. Isla Santa Clara) — Xuan Fernandez adalarına daxil olan ən kiçik ada. Ada Robinzon Kruzo adasının cənub qərbində yerləşir. == Coğrafiyası == Robinzon Kruzo adasınıdan 1,5 km cənub-qərbdə yerləşir. Sahəsi 2,2 km²-dir. Yaşayışı olmayan adanın ən hündür nöqtəsi 375 metrdir.
İzabella Klara Yevgeniya
İzabella Klara Yevgeniya (isp. Isabel Clara Eugenia) (12 oktyabr 1566 – 1 dekabr 1633[…], Brüssel[d], İspaniya imperiyası) — İspaniya və Portuqaliya kralı II Filip və üçüncü xanımı Valualı Elizabetin qızı, Habsburq Niderlandiyasının naibəsi. Bibisi oğlu Avstriyalı Albertlə evləndi və onunla birlikdə bölgəni 35 il boyunca idarə etdi. Onların bölgədəki naiblik dönəmi Habsburq Niderlandiyasının Qızıl dövrü olaraq qiymətləndirilir. İzabella XVI-XVII əsr Avropasında ən güclü qadınlardan biri idi. == Həyatı == İzabella Klara Yevgeniya 1566-cı ildə Seqoviyadakı Valsayn sarayında dünyaya gəldi. O, İspaniya kralı II Filippin və onun üçüncü xanımı Valualı Elizabetin həyatda qalan ilk qızları idi. Özündən yaşca böyük Karlos adlı qardaşı olsa da, atasıyla münasibətləriylə uzaq idi və bu səbəblə hər kəs ona kralın yeni varisi olaraq yanaşırdı. Gələcəkdə VII Urban adıyla Roma papası olan rahib Xuan Bautista Kastano tərəfindən vəftiz edilən İzabellanın xaç atası ögey əmisi Avstriyalı Con oldu. Bir il sonra dünyaya gələn doğma bacısı Ketrinlə birlikdə böyüsə də, hələ 2 yaşında ikən anası bir doğum əsnasında vəfat etdi.
Santa Klara FK
Santa Clara Football Club — Portuqaliyanın Azor adalarında yerləşən futbol klubu. Klub 1927-ci ildə yaradılıb və oyunlarını 13.277 nəfərlik Estádio de São Miguel stadionunda keçirir. Santa Klara öz tarixində bir neçə dəfə Portuqaliyanın birinci divizionunda çıxış edib, lakin son illər klub uğurlu çıxış edib və yüksəlib. 2017–2018 mövsümündə klub Portuqaliya İkinci Divizionunun qalibi olub və Primeira Liqasına yüksəlib. O vaxtdan klub Primeira Liqada çıxış edir. Klubun rəngləri yaşıl və ağdır. Klub Azor adalarında mühüm yer tutur və tərəfdarları ona böyük dəstək verir. Klub öz tarixində bir çox uğurlu futbolçuları qəbul edib və bir çox gənc istedadlar burada yetişərək özünü göstərib. Santa Klara tarixində iki dəfə Portuqaliya kubokunun yarımfinalına yüksəlib. 2002–2003 mövsümündə yarımfinala çıxan klub "Benfika"ya 1:0 hesabı ilə məğlub olub və finala yüksələ bilməyib.
Abraham a Santa-Klara
Abraham a Santa-Klara (alm. Abraham a Sancta Clara‎, əsl adı İohann (Hans) Ulrix Megerle; 2 iyul 1644[…], Krenhaynştetten[d] – 1 dekabr 1709[…], Vyana) — xətib və satirik, avqustin rahibi. O, 1677-ci ildən Vyanada saray xətibi olmuşdur. == Yaradıcılığı == Santa-Klaranın xütbələri və tərbiyəvi yazıları xalq yumoru ilə qarışmışdı. O, dövrün katolik təbliğatçılarını çaşbaş salan sxolastika və mistisizmə tamamilə yad idi. Onun yaradıcılığında klerikalizm nisbətən azdır. Hans Ulrix dünyəvi münasibətləri təsvir etmiş, dövrünün mənfi xüsusiyyətlərini ifşa etmişdir. Çıxışları, moizələri gündəlik həyata yaxın idi və təsirli olmaq üçün heç nəyi nəzərdən qaçırmırdı. Onun yüksək pafosu oyunbazlığa çevrilmişdi, qəribə müqayisələr edir, oyuncaq sözlərdən istifadə edirdi. Santa-Klara belə bir qabığın altında dini və əxlaqi fikirləri həyata keçirməyə çalışırdı.
Blanka, Klara və Kandida
Blanka, Klara və Kandida novellası ilkin variantda "Hakendovr zəvvarları" adı altında "Ulenşpigel" jurnalında çap olunmuşdur. Bu topluya daxil olan həcmcə ən kiçik əsərdir. Söhbət "Flamand əfsanələri" toplusundan gedir. Bu, topluya daxil olan dörd əsərdən biridir. Müəllifi Şarl de Koster olmuşdur. Bu novella poetik səciyyəli bir əsərdir. Bu novellanın birinci hissəsi arxaik, qalan iki hissəsi isə müasir fransız dilində yazılmışdır. Bu əsərdə üç bacının Hakendovrda kilsə tikməklərindən bəhs edir. Bu novellanın əsasını təşkil edən əfsanəni həmin kilsənin ruhaniləri 1472-ci ildə latın dilində qələmə almışdırlar.
Santa-Klara qraflığı (Kaliforniya)
Santa-Klara — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,685,585 nəfər olmuşdur. Mərkəzi San-Xose şəhəridir.
Santa-Klara uğrunda döyüş
Santa-Klara uğrunda döyüş (isp. Batalla de Santa Clara) — 28 dekabr 1958-ci ildən inqilabçılar və Batista rejimi arasında başlayan və 1 yanvar 1959-cu ildə başa çatan toqquşmalar. Santa-Klara uğrunda döyüş İnqilabın sonun qoydu Santa-Klara İnqilabçılara keçəndən 12 saat sora Fulxensio Batista Dominikan Respublikasına qaçır. == Döyüş qabağı vəziyyət == 28 dekabr 1958 ci ildə Çe Gevara 340 partizan ilə Kaybaryen limanından Kamanxuani şəhərinə üz tutdular.Yolda [[Çe Qevara və partizanların qabaqlarına sakinlər çıxaraq dəstək olurdular.Kamanxuani şəhərinin müdəfiəsi üçün ayrılan qoşun Kamanxuanidən qaçırlar inqilabçılar döyüşsüz Santa-Klaranı ələ keçirirlər.Axşam Çe Gevara və Partizanlar Santa-Klaraya çatdırlar. == Döyüşün gedişi == Çe Gevara partizanları iki hissəyə bölür cənubi qoşun şəhəri müdafiə edən polkovnik Kasilyas Lumpuyanın qoşunları ilə döyüşə başlayır.Şəhərin içində dövlət qoşunları və inqilabçılar arasında çox sayda toqquşmalar baş verir.Sakinlər bu vaxtı inqilabçılara içi partlayacı maddə ilə doldurulmuş şüşə qablarla təmin edirdilər. Döyüşün uzanmasın görən Batista qoşunları üçün içi silah-sursatla dolu olan qatar yollayır.Çe Qevara qatarın ünvanına çatmamasını təmin etmək üçün Roberto Rodriqesin başçılığı altında partizanlar qrupu yaradır.Partizanlar əl qumbaralarından istifadə edərək qatarın ekipajını qaçmaya vadar eliyirlər. Çe Qevara yaxınlığda yerləşən Kənd Təsəruffatı institutnda olan traktorları döyüşə cəlb edir.Partizanlar traktorlardan istifadə edərək Qatar yolunun relslərini qalxızdılar nəticədə qatar relslərdən kənara çıxaraq aşır.İçində 350 əsgər və zabit olan qatar partizanların əlinə keçir.Bəzi mənbələrə əsasən partizanlar əvvəlcədən qatarın heyəti ilə danışmışdılar və heyət könüllü olaraq təslim olmuşdur,amma Çe Qevara öz gündəliyində yazdığına görə isə partizanlar içində alışan maddələr olan şüşə qablar ilə qatarı atəşə tutmuşlar qatar və heyəti isə "isti sobanın" içində idilər. İçində 3900 əsgərə bəs edən silah sursat qatarının ələ keçirilməsi döyüşdə böyük rol oynamışdır.Qələbəyə inamı itirmiş əsgərlər partizanlara təslim olaraq olara qatılırdılar.3900 əsgəri ağır zirehli texnika və Aviasiya köməyi olan dövlət qoşunları 340 partizan tərəfindən məğlubiyyətə uğradıldı. == Döyüşdən sonraki vəziyyət == Dövlət İnqilabı dayandırmaq və dövlət qoşunlarının qələbə ruhunu qalxızmaq naminə Kubada Batistanın qalib olduğu haqqında xəbərlər yayır,amma Kastro tərafdaşları doğru dövlətin yalanını üzə çıxararaq döyüşün əsl hadisələrini yayır.İnqilabın bitməsini görən Batista Dominkan respublikasına qaçır.
армату́ра обло́жковый посте́ль размо́льщица полузабытьё ро́ссыпь хлёстче ртуть свинец angola bocage ectasis Emily laywoman mother pitchpipe ponderable sealed stenobathic visor водрузить противоположение самоуплотниться средневековый шагреневый