Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • ƏBRNİSAR

    f. və ə. yağış yağ(dır)an, yağışlı (bulud haqqında)

    Tam oxu »
  • ƏBRU

    ƏBRU1 f. qaş. ƏBRU2 f. bulud kimi, bulud rəngində

    Tam oxu »
  • ƏBRUKƏMAN

    f. qaşları kaman kimi olan, kaman qaşlı

    Tam oxu »
  • ƏBRVƏŞ

    f. bulud kimi, buluda oxşar

    Tam oxu »
  • ƏBSAR

    ə. «bəsər» c. gözlər

    Tam oxu »
  • ƏBSƏM

    ə. dilsiz, lal; dilsiz-ağızsız

    Tam oxu »
  • ƏBTƏR

    ə. 1) sonsuz, övladsız; 2) quyruğu kəsik (heyvan); 3) m. faydasız, xeyirsiz

    Tam oxu »
  • ƏBU

    ə. 1) ata; 2) sahib, yiyə

    Tam oxu »
  • ƏBUS

    ə. hirs, acıq

    Tam oxu »
  • ƏBÜLBƏŞƏR

    ə. «bəşərin atası» Adəm

    Tam oxu »
  • ƏBÜLHARİS

    ə. «qoruyanın sahibi» m. aslan, şir

    Tam oxu »
  • ƏBVAB

    ə. «bab» c. qapılar

    Tam oxu »
  • ƏBYAT

    ə. «beyt» c. beytlər

    Tam oxu »
  • ƏBYƏZ

    ə. ən ağ; daha ağ

    Tam oxu »
  • ƏBZAR

    ə. «bəzr» c. toxumlar

    Tam oxu »
  • ƏCAİB

    ə. «əcibə» c. əcaib şeylər, qəribə şeylər

    Tam oxu »
  • ƏCAİBXANƏ

    ə. və f. qəribə şeylər saxlanılan yer; muzey

    Tam oxu »
  • ƏCAM

    Ə’CAM ə. «əcəm» c. 1) ərəb olmayanlar; əcəmilər; 2) iranlılar

    Tam oxu »
  • ƏCAMİR

    ə. 1) tayfa; 2) dəstə; 3) lotu-potu, əclaf, alçaq

    Tam oxu »
  • ƏCANİB

    ə. «əcnəbi» c. əcnəbilər, xaricilər

    Tam oxu »
  • ƏCDAD

    ə. «cədd» c. 1) babalar; 2) m. ata-baba

    Tam oxu »
  • ƏCƏB

    ƏCƏB ə. 1) təəccüb, şaşqınlıq; 2) təəccüblü; 3) lap yaxşı, yerində. Ə’CƏB ə. ən təəccüblü; daha əcaib

    Tam oxu »
  • ƏCƏBA

    ə. aya! (təəccüb bildirir)

    Tam oxu »
  • ƏCƏBTƏR

    ə. və f. daha təəccüblü, çox qəribə, ən maraqlı

    Tam oxu »
  • ƏCƏL

    ə. ölüm vaxtı, vəfat çağı

    Tam oxu »
  • ƏCƏLƏ

    ə. tələsiklik, tələsmə

    Tam oxu »
  • ƏCƏLƏTƏN

    ə. tələsik, tələsə-tələsə, təcili

    Tam oxu »
  • ƏCƏLL

    ə. ən ali, ən yüksək; daha böyük

    Tam oxu »
  • ƏCƏM

    ə. 1) ərəblərə aid olmayan, qeyri-ərəb; 2) İran ölkəsi

    Tam oxu »
  • ƏCƏMƏ

    ə. kol-kos basmış, bataqlıqlaşmış sahə

    Tam oxu »
  • ƏCƏMİ

    ə. 1) ərəb olmayan adam, qeyri-ərəb; 2) iranlı; 3) m. təcrübəsiz, bacarıqsız, xam

    Tam oxu »
  • ƏCƏZƏ

    ə. «aciz» c. acizlər

    Tam oxu »
  • ƏCFAN

    ə. «cəfn» c. göz qapaqları

    Tam oxu »
  • ƏCHƏL

    ə. ən qanmaz; daha cahil, daha anlamaz

    Tam oxu »
  • ƏCİB

    ƏCİB(Ə) əcaib, təəccüblü, qəribə

    Tam oxu »
  • ƏCİBƏ

    ƏCİB(Ə) əcaib, təəccüblü, qəribə

    Tam oxu »
  • ƏCİNNƏ

    ə. «cin» c. 1) cinlər; 2) m. dəcəl uşaqlar

    Tam oxu »
  • ƏCİNNİ

    ə. cin tayfasından olan

    Tam oxu »
  • ƏCİR

    ə. günəmuzd işləyən, muzdur

    Tam oxu »
  • ƏCLAF

    ə. alçaq (adam haqqında)

    Tam oxu »
  • ƏCMƏİN

    ə. hamısı, cümləsi

    Tam oxu »
  • ƏCMƏL

    ə. ən gözəl; daha qəşəng

    Tam oxu »
  • ƏCN

    ə. xəmir yoğurma

    Tam oxu »
  • ƏCNAD

    ə. «cünd» c. ordular, qoşunlar

    Tam oxu »
  • ƏCNAS

    ə. «cins» c. cinslər

    Tam oxu »
  • ƏCNƏBİ

    ə. 1) başqa ölkənin vətəndaşı; 2) yabançı, biganə

    Tam oxu »
  • ƏCNƏBİYYƏT

    ə. başqa ölkənin vətəndaşı olma; əcnəbilik

    Tam oxu »
  • ƏCNİHƏ

    ə. «cinah» c. 1) cinahlar, tərəflər; 2) qanadlar, qollar

    Tam oxu »
  • ƏCR

    ə. 1) qarşılıq, əvəz; 2) səbir, qərar; 3) savab. Əcri-xeyir mükafat

    Tam oxu »
  • ƏCRAM

    ə. «cirm» c. səyyarələr // göy cisimləri. Əcrami-səmaviyyə göy cisimləri

    Tam oxu »