Словарь арабских и персидских слов, используемых в классической азербайджанской литературе

  • BADBAN

    f. çərpələng

    Полностью »
  • BADBEZƏN

    f. «külək vuran» 1) yelpinc, yelpik; 2) ventilyator

    Полностью »
  • BADBƏRF

    f. qarlı külək; boran, çovğun

    Полностью »
  • BADƏ

    f. 1) şərab, çaxır; 2) şərab piyaləsi

    Полностью »
  • BADƏFÜRUŞ

    f. şərab satan, çaxırçı

    Полностью »
  • BADƏXOR

    f. içki içən, içki düşkünü

    Полностью »
  • BADƏM

    f. çəyirdəyi yeyilən meyvə və həmin meyvənin ağacı (badam)

    Полностью »
  • BADƏMİ

    f. badamı, badam kimi (əsasən göz haqqında)

    Полностью »
  • BADƏNUŞ

    f. şərab içən, badə içən

    Полностью »
  • BADƏPƏRƏST

    f. içki düşkünü, şərab düşkünü, əyyaş

    Полностью »
  • BADƏSAR

    f. içki içilən yer, meyxana

    Полностью »
  • BADGİRD

    f. qasırğa

    Полностью »
  • BADİ

    BADİ1 f. 1) küləkli, yelli; 2) yelkənli (gəmi haqqında); 3) nəfəsli (musiqi aləti haqqında). BADİ2 ə

    Полностью »
  • BADİN

    f. bax badyan

    Полностью »
  • BADİRƏ

    ə. gözlənilməz hadisə

    Полностью »
  • BADİYƏ

    ə. çöl, səhra

    Полностью »
  • BADİYƏGƏRD

    ə. və f. 1) çöldə yaşayan, çöldə gəzən; 2) köçəri

    Полностью »
  • BADİYƏNİŞİN

    ə. və f. «çöldə oturan» çöldə yaşayan

    Полностью »
  • BADİYƏPEYMA

    ə. və f. çöldə gəzən, bədəvi

    Полностью »
  • BADKEŞ

    f. 1) həcəmət; 2) havasoran boru

    Полностью »
  • BADNƏVƏRD

    f. küləklə döyüşən, küləyə qarşı duran

    Полностью »
  • BADNÜMA

    f. küləyin istiqamətini və sürətini göstərən cihaz

    Полностью »
  • BADPA

    BADPA(Y) f. «külək ayaqlı» 1) sürətlə hərəkət edən, çox sürətli; 2) sürətlə gedən; löhrəm (at haqqında)

    Полностью »
  • BADPAY

    BADPA(Y) f. «külək ayaqlı» 1) sürətlə hərəkət edən, çox sürətli; 2) sürətlə gedən; löhrəm (at haqqında)

    Полностью »
  • BADPEYMA

    f. «külək ölçən» m. boş, avara, veyil gəzən, sərgərdan

    Полностью »
  • BADYAN

    f. 1) raziyanə; 2) cirə

    Полностью »
  • BAƏDƏB

    f. və ə. ədəbli; ədəblə

    Полностью »
  • BAFTƏ

    f. toxuma parça

    Полностью »
  • BAĞDADİ

    ə. 1) bağdadlı; Bağdad şəhərinə aid; 2) tavana vurulmuş taxta səqf

    Полностью »
  • BAĞISTAN

    f. bağ yeri, bağlıq, bağ-bağat

    Полностью »
  • BAH

    ə. 1) şəhvət hissi; 2) cinsi əlaqə

    Полностью »
  • BAHƏM

    f. bax bəhəm1

    Полностью »
  • BAHİ

    ə. şəhvətə aid olan, şəhvətlə əlaqədar olan

    Полностью »
  • BAHİR

    ə. 1) üstün, gözəl; 2) açıq, aşkar; 3) əla, çox yaxşı

    Полностью »
  • BAHİS

    ə. bəhs edən, bir şey haqqında danışan

    Полностью »
  • BAHNAMƏ

    ə. və f. pornoqrafik yazı və şəkilləri olan məcmuə

    Полностью »
  • BAHÖRMƏT

    f. və ə. hörmətli, möhtərəm

    Полностью »
  • BAHUR

    ə. ilin ən isti günləri

    Полностью »
  • BAXƏBƏR

    f. və ə. 1) xəbərdar, xəbəri olan; 2) məlumatlı, məlumatı olan

    Полностью »
  • BAXT

    f. 1) uduzma, baxtalama; 2) m. itki, zərər

    Полностью »
  • BAXTƏR

    f. günbatan, qərb

    Полностью »
  • BAXUDA

    f. Allahla, Tanrı ilə

    Полностью »
  • BAXÜSUS

    f. və ə. xüsusilə, xüsusən, ələlxüsus

    Полностью »
  • BAİNHƏMƏ

    f. bununla belə

    Полностью »
  • BAİS

    ə. səbəbkar. Baisi-irşad doğru yolu tutmağa səbəb olan; baisi-pişrəft tərəqqiyə səbəb olan

    Полностью »
  • BAİSKAR

    ə. və f. səbəb olan, səbəbkar (əsasən pis işə)

    Полностью »
  • BAK

    f. 1) qorxu, xof; 2) çəkinmə, ehtiyat; 3) qayğı

    Полностью »
  • BAKƏMAL

    f. və ə. 1) kamallı, düşüncəli; 2) tam, tamam. Bakəmali-məmnuniyyət tam məmnuniyyətlə

    Полностью »
  • BAKİ

    ə. 1) ağlayan; 2) ağıçı, ağı deyən

    Полностью »
  • BAKİR

    ə. saf, təmiz, ləkəsiz

    Полностью »