Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • BARGƏH

    BARGAH, BARGƏH1 f. icazə ilə daxil olmaq mümkün olan yer; saray. BARGAH, BARGƏH2 f. 1) yük boşaldılan və yüklənən yer (dəniz və s

    Tam oxu »
  • BARGİR

    f. bax barkeş

    Tam oxu »
  • BARHA

    f. dəfələrlə, dönə-dönə

    Tam oxu »
  • BARXANƏ

    f. bir dəst mal; tay

    Tam oxu »
  • BARXANƏFÜRUŞ

    f. topdansatış

    Tam oxu »
  • BARXUDA

    f. icazə sahibi, cənab Tanrı

    Tam oxu »
  • BARİ

    BARİ1 ə. 1) yaradan; yaradıcı; 2) Allah, Xaliq. BARİ2 f. yükə məxsus, yükə aid olan, yük üçün olan

    Tam oxu »
  • BARİD

    ə. 1) soyuq; 2) sərin; 3) m. laqeyd

    Tam oxu »
  • BARİK

    f. 1) incə, nazik; 2) dar, ensiz

    Tam oxu »
  • BARİKBİN

    f. incə şeyləri görən, hər şeyi görən

    Tam oxu »
  • BARİKƏ

    f. cığır

    Tam oxu »
  • BARİQƏ

    ə. 1) işıltı, parıltı; 2) şimşək, ildırım

    Tam oxu »
  • BARİLAHİ

    ə. Allah yaradandır; Tanrı yaradandır

    Tam oxu »
  • BARİŞ

    f. 1) yağma (yağış və qar haqqında); 2) m. yağmur, yağıntı

    Tam oxu »
  • BARİZ

    ə. aşkar, aydın, əyani, açıq

    Tam oxu »
  • BARKEŞ

    f. yükdaşıyan, yükçəkən (heyvan haqqında)

    Tam oxu »
  • BARU

    f. 1) barı, divar, hasar; 2) sığınacaq

    Tam oxu »
  • BARVƏR

    f. 1) meyvə verən, meyvəli; 2) m. nəticəsi yaxşı olan; 3) m. məhsuldar, çox məhsul verən

    Tam oxu »
  • BASƏFA

    f. və ə. səfalı, könülaçan

    Tam oxu »
  • BASƏVAD

    f. və ə. savadlı, oxumuş

    Tam oxu »
  • BASİR

    ə. görən, görücü

    Tam oxu »
  • BASİRƏ

    ə. 1) görmə; 2) göz

    Tam oxu »
  • BASTAN

    f. 1) köhnə, keçmiş, qədim; 2) qədim tarix; 3) m. dünya, aləm

    Tam oxu »
  • BATİL

    ə. 1) doğru olmayan, həqiqətə zidd olan; 2) boş, bihudə, yersiz; 3) məhv olma, heç olma, yoxa çıxma

    Tam oxu »
  • BATİN

    ə. 1) iç, iç üz, iç tərəf; 2) gizli, açıq olmayan. Batini-şum pis ürək

    Tam oxu »
  • BATİNƏN

    ə. daxildən, qəlbən

    Tam oxu »
  • BATİNİ

    ə. daxili, iç

    Tam oxu »
  • BAVƏR

    f. inam, etibar, etimad

    Tam oxu »
  • BAVƏRİ

    f. etibarlı, mötəbər, inanıla bilən

    Tam oxu »
  • BAVÜCUD

    f. və ə. izafət birləşməsinin birinci tərəfi kimi işlədilir, məs.: bavücudi-an(in)ki onunla (bununla) bərabər

    Tam oxu »
  • BAYE

    BAYE’ ə. satıcı, satan

    Tam oxu »
  • BAYİR

    ə. 1) əkilməyən, münbit olmayan; 2) xam (torpaq haqqında); 3) əhali yaşamayan (yer haqqında)

    Tam oxu »
  • BAYTAR

    ə. mal həkimi

    Tam oxu »
  • BAZ

    BAZ1 f. müəyyən bir işin həvəskarı, düşkünü. BAZ2 f. açıq. BAZ3 f. şahin, tərlan. BAZ4 f. yenə, təkrar, bir də, bir daha, yenə də

    Tam oxu »
  • BAZARİ

    f. 1) xırda alverçi; 2) bazara aid olan, bazarda olan; 3) satmaq üçün olan

    Tam oxu »
  • BAZDİD

    BAZDİD1 f. birinin görüşünə getmə, ziyarət etmə. BAZDİD2 f. nəzarət, yoxlama, müayinə etmə

    Tam oxu »
  • BAZƏNDƏ

    f. oynayan, rəqs edən, rəqqas(ə)

    Tam oxu »
  • BAZƏRB

    f. və ə. zərbə ilə, zərblə vuraraq

    Tam oxu »
  • BAZƏRGAN

    f. tacir

    Tam oxu »
  • BAZGƏŞT

    f. 1) geri qayıtma, dönmə, qayıtma; 2) tövbə, peşmançılıq

    Tam oxu »
  • BAZGUN

    BAZGUN(Ə) f. başıaşağı, tərsinə

    Tam oxu »
  • BAZGUNƏ

    BAZGUN(Ə) f. başıaşağı, tərsinə

    Tam oxu »
  • BAZXAST

    f. 1) istintaq, dindirmə, sorğu-sual; 2) məsuliyyətə alma; 3) tənbeh, cəza; 4) məzəmmət, töhmət, qulaqburması

    Tam oxu »
  • BAZİ

    f. 1) oyun, əyləncə; 2) m. hiylə, kələk

    Tam oxu »
  • BAZİÇƏ

    f. oyuncaq

    Tam oxu »
  • BAZİÇƏGAH

    f. oyuncaq yeri, oyun oynanılan yer

    Tam oxu »
  • BAZİL

    ə. əlindən gələni əsirgəməyən; bağışlayan

    Tam oxu »
  • BAZU

    f. 1) qolun çiyindən dirsəyə qədər olan hissəsi; 2) m. qüdrət, əzəmət, qüvvə

    Tam oxu »
  • BAZUBƏND

    f. 1) içərisinə dua və s. qoyulub qola bağlanan meşin və ya parça; 2) qiymətli daşlarla işlənmiş qızıl və ya gümüş qolbaq

    Tam oxu »
  • BE

    ə. ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı

    Tam oxu »