Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • MEH

    MEH1 f. adətən səhər əsən xəfif yel. Mehi-ənvər işıq saçan meh, nurlu yel; mehi-taban parıldayan meh

    Tam oxu »
  • MEHDİ

    ə. bax məhdi

    Tam oxu »
  • MEHİN

    f. ən böyük, daha böyük

    Tam oxu »
  • MEHİR

    f. bax mehriyyə

    Tam oxu »
  • MEHMAN

    f. qonaq

    Tam oxu »
  • MEHMANDAR

    f. bax mehmannəvaz

    Tam oxu »
  • MEHMANNƏVAZ

    f. bax mehmanpərvər

    Tam oxu »
  • MEHMANPƏRVƏR

    f. qonaqpərəst, qonaqsevən, qonaqcıl

    Tam oxu »
  • MEHR

    MEHR1 f. Günəş, gün. Mehri-cəhantab dünyanı işıqlandıran günəş; mehri-fələk fələyin günəşi; mehri-pürənvər çox nurlu günəş

    Tam oxu »
  • MEHRAB

    ə. 1) məscidin qiblə tərəfindəki divarda oyuq; 2) qiblə; 3) m. inanılan yer; 4) m. sevgilinin qaş(lar)ı

    Tam oxu »
  • MEHRDAR

    f. 1) sevən; 2) mehriban

    Tam oxu »
  • MEHRİBAN

    f. əziz, istəkli

    Tam oxu »
  • MEHRİBANANƏ

    f. mehribancasına

    Tam oxu »
  • MEHRİBANİ

    f. mehribanlıq, səmimiyyət

    Tam oxu »
  • MEHRİYYƏ

    ə. kəbin haqqı; başlıq

    Tam oxu »
  • MEHRNİŞAN

    f. məhəbbətli, şəfqətli

    Tam oxu »
  • MEHTƏR

    MEHTƏR1 f. daha böyük, çox böyük. MEHTƏR2 f. atlara qulluq edən // tövlə başçısı

    Tam oxu »
  • MEHTƏRXANƏ

    f. tövlə işçilərinin yaşadığı yer

    Tam oxu »
  • MEHVƏR

    ə. 1) dolanan çarx və yuvarlaq şeyin ortasından keçən ox; 2) coğrafiyada: Yer kürəsinin iki qütbü arasında uzanıb onun mərkəzindən keçən xəyali xətt;

    Tam oxu »
  • MEMAR

    ME’MAR ə. arxitektor

    Tam oxu »
  • MEMARİ

    ME’MARİ ə. memara aid olan

    Tam oxu »
  • MEMARİYYƏ

    ME’MARİYYƏ ə. 1) memarlıq; 2) memara verilən əmək haqqı

    Tam oxu »
  • MERAC

    ME’RAC ə. 1) nərdivan; 2) çıxılacaq yer, yüksəklik; 3) Məhəmməd peyğəmbərin göyə getməsi və Allahla danışması

    Tam oxu »
  • MERACNAMƏ

    ME’RACNAMƏ ə. və f. peyğəmbərin meracı haqqında yazılmış şeir

    Tam oxu »
  • MEY

    f. şərab, çaxır. Meyi-səhba qırmızı mey

    Tam oxu »
  • MEYALUD

    f. içki düşkünü

    Tam oxu »
  • MEYAR

    ME’YAR ə. 1) çəki, qiymət və saflıq dərəcəsini göstərən ölçü; 2) bir şeyə qiymət vermək üçün əsas götürülən əlamət

    Tam oxu »
  • MEYDAN

    f. 1) açıqlıq, düz yer; 2) bir neçə küçə arasındakı şahə. Meydani-cəng döyüş meydanı; meydani-eşq eşq meydanı

    Tam oxu »
  • MEYDANGƏRD

    f. meydanda olan, meydan sulayan, meydanda vuruşmağa hazır duran

    Tam oxu »
  • MEYDANGİR

    f. meydan tutan, özünə yer tutan

    Tam oxu »
  • MEYFÜRUŞ

    f. şərab satan

    Tam oxu »
  • MEYGUN

    f. şərab rəngində, al-qırmızı

    Tam oxu »
  • MEYXANƏ

    f. 1) mey və başqa spirtli içkilər satılan və ya içilən yer; 2) Azərbaycan şifahi xalq ədəbiyyatında şeir formalarından biri

    Tam oxu »
  • MEYXAR

    f. bax meyxor

    Tam oxu »
  • MEYXOR

    f. mey içən, şərab içən

    Tam oxu »
  • MEYXOŞ

    f. turşla şirin arasında olan; nə turş, nə də şirin; turşaşirin

    Tam oxu »
  • MEYİT

    MEY(Y)İT ə. 1) cənazə, ölü, nəş; 2) m. çox zəif; arıq, sısqa

    Tam oxu »
  • MEYİTXANƏ

    MEY(Y)İTXANƏ ə. və f. ölüxana

    Tam oxu »
  • MEYİTSİFƏT

    MEY(Y)İTSİFƏT ə. meyit rəngində; solğun

    Tam oxu »
  • MEYKƏDƏ

    f. şərab içilən yer; meyxana

    Tam oxu »
  • MEYKƏŞ

    f. 1) şərab içən, çaxır içən; 2) şərab çəkən, çaxır hazırlayan; 3) şərabı bir qabdan başqa qaba boşaldan cihaz, qamış

    Tam oxu »
  • MEYKÜSAR

    f. şərab içən

    Tam oxu »
  • MEYL

    ə. 1) əyilmə; 2) arzu, istək

    Tam oxu »
  • MEYLAN

    ə. 1) bir tərəfə doğru əyilmə; 2) m. bir tərəfi çox sevmə, ona çox meyl salma

    Tam oxu »
  • MEYLİYYƏT

    ə. bir tərəfi arzulama, istəmə, meyli olma

    Tam oxu »
  • MEYMƏNƏ

    ə. ordunun sağ cinahı, sağ qolu

    Tam oxu »
  • MEYMƏNƏT

    ə. 1) uğur, bəxtiyarlıq, səadət; 2) bərəkət

    Tam oxu »
  • MEYMUN

    ə. 1) uğurlu; xoşbəxt; gözəl; 2) meymun

    Tam oxu »
  • MEYMUŞ

    f. 1) şərab içən; 2) m. sevən

    Tam oxu »
  • MEYPƏRƏST

    f. şərab düşkünü; əyyaş

    Tam oxu »